Xəbərlər, Ekspert
13 mart 2018
1492

Rus bölmələrinə maraq təhlükəli həddə - “Bu məktəblər ləğv olunmalıdır”


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş


 

Hər bir ailə övladının əcnəbi dildə səlis danışmasını arzulayır. Bəziləri bunun üçün kurslara müraciət edir, digərləri isə hələ uşaqkən fərdi müəllimlərin köməyindən faydalanırlar.

Orta məktəblərdə ayrıca rus bölmələrinin fəaliyyət göstərməsi də onların bu arzularının reallaşmasına şərait yaradır. Bəziləri bu bölməni övladına dil öyrətmək sevdası ilə, digərləri isə rus bölməsində xüsusi nizam-intizam, səliqə-sahmanın olduğu fikrinə görə seçirlər.

Amma rus bölməsinə olan bu maraq cəmiyyəti çox təhlükəli tendensiya ilə üz-üzə qoyur. Belə ki, Bakı şəhəri üzrə bütün orta məktəblərin rus bölməsi üçün birinci sinfə ayrılmış plan yerləri bir gün ərzində tamamilə dolub. Hətta 138 və 145 nömrəli məktəblərdə bu proses yarım gün ərzində baş verib.

Məsələ burasındadır ki, uşaqlarını rus sektoruna qoyan ailələrin bəzilərində ümumiyyətlə, bu əcnəbi dili bilən olmur. Hazırda aşağı siniflərin tədris proqramlarının kifayət qədər mürəkkəbləşdiyini nəzərə alsaq, şagirdin bilmədiyi, məlumatsız olduğu bir dildə ev tapşırıqlarını sərbəst şəkildə necə hazırlaması sual doğurur. Həmçinin onların oxuduğu sinifdə şagirdlərin 50%-i rusdilli ailələrin uşaqları olduğundan, bəzən yoldaşları ilə münasibətlərində problem yarana bilir.

Qeyd edək ki, Azərbaycanda 4472 orta məktəbdən 340-ında tədris rus dilində aparılır ki, bu da onların 7,6 faizini təşkil edir. Həmin 340 məktəbdə isə 90 min şagird rus dilində təhsil alır. Bu, ölkədə ümumən şagirdlərin 6,3 faizi deməkdir. Bakı üzrə isə 310 ümumi təhsil müəssisələrindən 141-də tədris Azərbaycan dili ilə yanaşı rus dilində aparılır. Bu, Bakıdakı ümumi şagird sayının 17 faizini təşkil edir. Həmçinin ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrində də bütün ixtisasların 70 faizdən çoxu rus dilində də tədris olunur.

Məsələ ilə bağlı AzEDU.az-a danışan sabiq təhsil naziri Firudin Cəlilov Azərbaycanda rus bölmələrinin olmasının çox fəsadlar verə biləcəyini qeyd edib:

"Belə insanlar əksəriyyəti milli mənəviyyatdan uzaq adamlardırlar. Özləri bu dildə təhsil aldıqlarına görə övladlarını da rus bölmələrinə qoyublar. Məktəblərdə rus dili öyrədilməlidir, amma Azərbaycanda rus məktəbi olmamalıdır. Bunlar ayrı-ayrı şeylərdir. Uşaq məktəbdə həm Azərbaycan türkcəsində təhsil alıb, həm də ingilis dilini öyrənə bilər. Eyni prinsiplə rus dilini öyrənmək də vacibdir. Çünki biz hələ uzun illər Rus ədəbiyyatından, elmindən bəhrələnəcəyik. Azərbaycan elminin demək olar ki, 60-70%-i rus elmi vasitəsi ilə gerçəkləşib. Buna görə də bu dildən imtina etmək olmaz, onu öyrənmək lazımdır. Amma məktəblərdə rus bölməsinin olması ziyanlı və yanlışdır”.
 

 

O, rus bölmələrinin bağlanmalı olduğunu qeyd edib:

"Azərbaycanlı ailəsində doğulmuş uşaq orta məktəbdə Füzuli, Nizami, M.F.Axundovu öyrənməlidir. Öz dilinin gücünü oradan dadmalıdır. Öz ədəbiyyatını, mentalitetini öyrənməli, insan kimi milli yöndə formalaşmalıdır. Amma rus bölməsində oxuyan azərbaycanlı uşaq sadaladığım mətləblərdən kənarda qalır. O, orada Dostoyevski, Puşkin, Lermontovu öyrənir. Bir anlıq təsəvvür edin ki, Azərbaycanda çin dilində məktəb var. İnsanlar övladlarını bu məktəbə qoyur. Çin dilində oxuyan uşağın Azərbaycanla bağlılığı nə dərəcədə olacaq? Ümumiyyətlə, olacaqmı? Təbii ki, yox. Bu səbəblərdən rus bölmələri bağlanmalıdır. Amma rus dili məktəblərdə çox yaxşı tədris olunmalıdır”.

F.Cəlilov təhsil sistemimizin çoxsaylı islahatlara ehtiyacı olduğunu vurğulayıb:

"Rus və Azərbaycan bölmələri arasında keyfiyyət fərqi var. Söhbət təlim-tərbiyədən yox, tədris proqramından gedir. Rus bölməsində tədris proqramları çox yaxşı, mükəmməl qurulur. Ona görə də rus bölməsinin məzunları intellekt baxımdan daha üstün olur. Bunu normallaşdırmaq üçün, Azərbaycan türkcəsində olan məktəblərin səviyyəsini ona uyğunlaşdırmaq lazımdır. Yaxşı tədris proqramları işlənməli, əlavə fənlər rədd olunmalı, lazımlıları əlavə olunmalıdır. Ümumiyyətlə, təhsil sistemində böyük reforma lazımdır. Bu bir zəncirdir. Bir həlqəsini düzəldib, digərini saxlasaq, o işləməyəcək. Uşaq bağçasından tutmuş, akademiyasına qədər böyük islahatlar lazımdır”.

AzEDU.az saytı rus bölməsində təhsil alan azərbaycanlı şagirdlərin ailələri ilə də əlaqə saxlayıb. Övladını rus bölməsinə yerləşdirən Könül Rəhmanova burada qayda-qanunun çox güclü olduğunu bilidrib:

"Övladımı rus bölməsinə qoymağımın səbəbi şəxsi istəyim olub. Məhz öz istəyimi nəzərə alaraq uşağımı rus dilinə yönəltmişəm. Bu dili öyrənməsi üçün kurslara aparmışam. Sonradan özü də rus bölməsinə getməyə həvəslənib. İlk 1-2 ayı adaptasiyada çətinlik çəksə də, sonralar heç bir problem qalmadı. Amma kurslara getdikcə bunun çətinliyin görüb yoruldu. İnad etdi. Dərslərini yaxşı oxuduğu halda dedi ki, heç vaxt bu dildə danışmayacaq. Elə də oldu.

Əvvəllər evdə atası ilə rusca ünsiyyət qurardı, amma sonradan heç yerdə kimsə ilə danışmaq istəmədi. Mən də övladımı incitmək istəmədiyim üçün onu Azərbaycan bölməsinə keçirdim.

Rus bölməsində Azərbaycan bölməsində gördüklərimin tam əksini - qayda-qanun, hörmət, səliqə görmüşəm”.

Qardaşı hazırda Rus bölməsində təhsil alan Aysel Əlihüseyn isə bu dildə ədəbiyyatın çox olduğunu qeyd edib:

"Məhz rus dilini daha yaxşı öyərənməsi məqsədilə qardaşımı Rus bölməsinə yerləşdirdik. Həm də düşündük ki, rus dilində ədəbiyyat çoxdur. Bu addımı atarkən onun gələcəkdə iş problemləriylə üzləşəcəyini də nəzərə aldıq. Çünki demək olar, bütün vakansiyalarda rus dili biliyi tələb olunur.

Qardaşımın bəzi çətinlikləri olur, ancaq səbəbini dəqiq bilmirəm. Bəlkə tədrisin başqa dildə olduğuna görədir, bəlkə də tədris metodikasına görə…

Amma o, məktəb həyatına başlamazdan öncə bir il hazırlıq kursu keçmişdi. Buna görə də hələ ki, yoldaşları ilə ünsiyyət qurmaqla bağlı problemlə qarşılaşmayıb”.Lamiyə Süleymanlı//
 
Aztehsil.com






Whatsapp'ta Paylaş

Загрузка...
loading...

Həmçinin oxuyun:
Məktəblərin rus bölmələrinə maraq niyə artır?

Məktəblərin rus bölmələrinə maraq niyə artır?

Məktəb rəhbərliyi hansı halda valideynin seçimi ilə razılaşmaya bilər? -Uşaqların rus bölməsinə...

Məktəb rəhbərliyi hansı halda valideynin seçimi ilə razılaşmaya bilər? -Uşaqların rus bölməsinə...

Rus bölmələri məktəblərdə üstünlük təşkil edirmi?

Rus bölmələri məktəblərdə üstünlük təşkil edirmi?

İran ingilis dilini qadağan etdi - Azərbaycan da ... -EKSPERT

İran ingilis dilini qadağan etdi - Azərbaycan da ... -EKSPERT

700 bal toplayan tələbələr qış imtahanını necə verir?!

700 bal toplayan tələbələr qış imtahanını necə verir?!

Uşağa xarici dili neçə yaşında öyrədək? -DİQQƏT

Uşağa xarici dili neçə yaşında öyrədək? -DİQQƏT

Evdə, məişətdə uşaqlarla başqa dillərdə danışmayın! - Bu problemlər qaçılmazdır

Evdə, məişətdə uşaqlarla başqa dillərdə danışmayın! - Bu problemlər qaçılmazdır

Bakıda şagirdlərin 17 faizi rus dilində təhsil alır -RƏSMİ

Bakıda şagirdlərin 17 faizi rus dilində təhsil alır -RƏSMİ

700 bal toplayan tələbələr necə oxuyurlar...

700 bal toplayan tələbələr necə oxuyurlar...

Azərbaycanda kollec təhsilli müəllimlər daha çox hansı fənləri tədris edir?

Azərbaycanda kollec təhsilli müəllimlər daha çox hansı fənləri tədris edir?

Uşaqla bir dildə danışın - Valideynlər DİQQƏT

Uşaqla bir dildə danışın - Valideynlər DİQQƏT

Ailədə iki dildə danışanlara XƏBƏRDARLIQ: Uşağınızın nitqi...

Ailədə iki dildə danışanlara XƏBƏRDARLIQ: Uşağınızın nitqi...

ADAU-da ingilis bölməsində təhsil alan tələbələrə əlavə təqaüd verilib

ADAU-da ingilis bölməsində təhsil alan tələbələrə əlavə təqaüd verilib

Təhsil Nazirliyinin məktəblərdə rus dili OYUNU

Təhsil Nazirliyinin məktəblərdə rus dili OYUNU

Dil qaydasını pozanlar cərimələnəcək - Qanun hazırlanır

Dil qaydasını pozanlar cərimələnəcək - Qanun hazırlanır

Rus dili bizə lazımdır, bəs ingilis dili hanı? - Professordan təhsil nazirinə ritorik sual

Rus dili bizə lazımdır, bəs ingilis dili hanı? - Professordan təhsil nazirinə ritorik sual

“Ləhcə və dialektlə danışan müəllimlərin auditoriyaya girməsi arzuedilən deyil”

“Ləhcə və dialektlə danışan müəllimlərin auditoriyaya girməsi arzuedilən deyil”

"Bu prossesi həyata keçirmək mexanizmini tapmaq Təhsil Nazirliyinin intelektual mərkəzinin vacib məsələlərindəndir"

“Rus dilini təbliğ etmək Azərbaycana düşmənlikdir”

“Rus dilini təbliğ etmək Azərbaycana düşmənlikdir”

Ölkədə rus dilli təhsilin dayandırılaması necə təsir bağışlayar?-Nadir İsrafilov yazır..

Ölkədə rus dilli təhsilin dayandırılaması necə təsir bağışlayar?-Nadir İsrafilov yazır..

Məhəbbət Vəliyeva:

Məhəbbət Vəliyeva: "Sentyabrdan 20 nömrəli məktəbin köçürülməsinə başlanacaq"

Nazir müavini: “Azərbaycanda 115 914 şagird rus dilində təhsil alır”

Nazir müavini: “Azərbaycanda 115 914 şagird rus dilində təhsil alır”

Azərbaycanda məzunlar məktəb proqramının 46-71%-ni mənimsəmirlər

Azərbaycanda məzunlar məktəb proqramının 46-71%-ni mənimsəmirlər

Və ya qaş düzəltmək əvəzinə vurub gözü çıxartmaq EKSPERTdən sərt etiraz

Və ya qaş düzəltmək əvəzinə vurub gözü çıxartmaq EKSPERTdən sərt etiraz