Xəbərlər
09 mart 2018
860

Azərbaycan dilinin qrammatikası yenilənir - Ən az dəyişiklik Fonetikada olacaq

Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

"Müasir Azərbaycan dilinin qrammatikası çoxcildliyi 40 ildən sonra yenidən hazırlanır”.

Bunu AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Mövsüm Nağısoylu deyib.

O bildirib ki, hazırda "Müasir Azərbaycan dilinin qrammatikası” çoxcildliyi üzərində iş gedir: "Qrammatika 4 cilddən ibarət olacaq, artıq bütün cildlərin planı hazırlanıb. Birinci cild Fonetika, ikinci Leksika, üçüncü Morfologiya, dördüncü Sintaksis adlanacaq. Birinci cild artıq hazırlanır. Durğu işarələri ilə bağlı da kitab hazırlanır ki, o da birinci cildin tərkib hissəsidir”.

Əvvəlki qrammatika kitabları ilə yeni hazırlanan kitablar arasında müəyyən fərqlər olacağını vurğulayan alim, qeyd edib ki, dilçilik elmi ilə bağlı yeni təlimlər, yeni baxışlar var: "Bütün yeniliklər kitablara əlavə olunacaq. Məsələn, dilimizə yeni daxil olan və köhnəlmiş sözlər var ki, onlar Leksika kitabında öz əksini tapacaq. Ən az dəyişiklik Fonetikada olacaq. Fonetikada qismən dəyişiklik olacaq ki, o da durğu işarələri ilə bağlıdır”.

M.Nağısoylu xatırladıb ki, sonuncu Qrammatika kitabları 70-ci illərin axırı, 80-ci illərin əvvəli nəşr olunub.

Onun sözlərinə görə, qrammatika kitablarını əsasən Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsi hazırlayır: "Amma biz Respublikanın digər dilçi alimlərini də bu işə cəlb etmək istəyirik, təkcə institutun qüvvəsi ilə çoxcildiyin hazırlanması çətin olar”.

Akademik qeyd edib ki, 2018-ci ildə Fonetika kitabının tam təhvil verilməsi planlaşdırılır: "Bu kitablar akademik nəşr olacaq. Qrammatika ilə bağlı istinadlar da bu kitaba əsaslanacaq”. (report)

Whatsapp'ta Paylaş

Загрузка...
loading...

Həmçinin oxuyun:
Dilçilik İnstitutu xəbər saytlarının növbəti monitorinqinə başlayıb

Azerbaycandili.az saytının təqdimatı keçirilib

Azərbaycan dilinin informasiya bazası yaradılıb

Dilçilik institutunun direktoru orfoqrafiya lüğətinə ediləcək dəyişikliklərdən DANIŞDI -MÜSAHİBƏ

Allahla yanaşı, Tanrı, Rəbb sözləri də böyük hərflə yazılacaq - Yeni orfoqrafiya qaydaları

Akademik: “əsgər” sözünün “əskər” yazılması təklifi məqbul sayılıb

Orfoqrafiya Komissiyasının mübahisəli QAYDALARI haqda son sözü Nazirlər Kabineti DEYƏCƏK

Azərbaycanda 10 min söz lüğətdən çıxarılacaq

Media eksperti Dilçilik İnstitutunun qərarına qarşı çıxdı

“Əsgər” sözü “əskər”, “alqı-satqı” isə “alğı-satqı” kimi yazılacaq -Rəsmən TƏSDİQLƏNDİ

Allah, Rəbb, Tanrı sözləri böyük hərflə yazılmalıdır - Yeni lüğət hazırlanır

Orfoqrafiya lüğətində ediləcək bəzi dəyişikliklər AÇIQLANIB

“Kitabi-Dədə Qorqud”un mürəkkəb feilləri” kitabı çapdan çıxıb

Dövlət dili ilə bağlı tədbirlər planı - Hazırlanacaq

Azərbaycan dilinin yeni orfoqrafiya qaydaları hazırlanıb

Tarix İnstitutu 2017-ci ildə: 58 kitab, 275 məqalə...

Dillər Univеrsitеtində VAKANSİYA -SİYAHI

Yeni orfoqrafiya lüğətinin istifadə vaxtı məlum oldu

Professor: “Ən yeni Azərbaycan dili”nin qrammatikası yazılmalıdır

Akademik Möhsün Nağısoylu: Orfoqrafiya lüğətinin akademik nəşrini Dilçilik İnstitutu hazırlamalıdır

Azərbaycanda bəzi sözlərin yazılışı dəyişdirilir- TƏKLİF

Yeni orfoqrafiya lüğətinin tərtib olunması prinsiplərini Nazirlər Kabineti təsdiqləyəcək

AMEA-da yeni TƏYİNATLAR

AMEA-da yeni TƏYİNATLAR

Yeni orfoqrafiya lüğətinin hazırlanması istiqamətində iş aparılır