Azərbaycanda ilk dəfə beynəlxalq riyaziyyat müsabiqəsi keçiriləcək
Bu il üçün pilot olaraq keçirilməsi nəzərdə tutulan KBRM Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzinin təşəbbüsü və mərkəzi Fransa olan Sərhədsiz Kenquru Assosiasiyasının razılığı ilə həyata keçiriləcək.
Müsabiqənin keçirilməsində əsas məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onların elmi potensiallarının inkişaf etdirilməsi və şagirdlərdə fənlərə olan marağın artırılmasına nail olmaqdan ibarətdir.
"Öyrənək-əylənək və həll edək” şüarı ilə keçirilən bu müsabiqə müxtəlif səviyyələrdə riyazi biliyə malik olan III-X sinif şagirdlərini əhatə edir və şagirdlərin iştirakı qeydiyyat haqqını ödəməklə könüllülük prinsipi daşıyır.
Müsabiqənin azərbaycan, rus və ingilis dillərində olmaqla üç fərqli dildə keçirilməsi planlaşdırılıb.
Qeyd edək ki, ildə bir dəfə olmaqla 1994-cü ildən keçirilən KBRM-də sonuncu dəfə 2017-ci ildə dünyanın 80-dən çox ölkəsindən 6 milyondan çox şagird iştirak edib. Müsabiqənin qurucu və idarəçilərindən bir neçəsi eyni zamanda Beynəlxalq Riyaziyyat Olimpiadasının (IMO) təşkilatçı və idarəçiləri arasında da təmsil olunurlar.
Müsabiqənin idarə heyətinin müxtəlif ölkələrdən olan üzvləri ildə bir dəfə bir araya gələrək növbəti il üçün fərqli ölkələrdən təqdim edilən suallar arasından seçim edir və yekun sualları müəyyənləşdirirlər. Qaydalara əsasən tapşırıqlar 2, 3-4, 5-6, 7-8, 9-10-cu sinif şagirdləri üçün 5 fərqli kateqoriya üzrə qapalı test formatında və 3 səviyyədə - asan, orta, çətin olmaqla tərtib edilir. Müsabiqə dünyanın bütün ölkələrində mart ayının üçüncü həftəsi təşkil edilir.
Sonda qeyd edək ki, artıq Təhsil Texnologiyaları Mərkəzinin internet səhifəsində (www.ttm.edu.az) pilot müsabiqəyə elektron sənəd qəbulu başlayıb və son qeydiyyat tarixi 10 mart 2018-ci ildir.
Məktəblilər arasında müsabiqə keçiriləcək
Dövlət qulluğuna qəbul və sınaq imtahanlarının tarixləri ELAN EDİLDİ
“Sabahın alimləri” VII Respublika Müsabiqəsinə qeydiyyat başa çatıb
İşə qəbul üzrə elektron sınaq imtahanları keçiriləcək - Ayda iki dəfə
Azərbaycanlı şagirdlərdən növbəti uğur
Müsabiqənin nəticəsi məlum olub - 815 şagirdin...
İstedadlı şagirdlərin seçimi aparılıb
VII sinif şagirdləri arasında riyaziyyat və məntiq fənlərindən seçim turu keçirilmişdir.
“Ədəbiyyat biliciləri”müsabiqəsinin ölkə mərhələsi keçiriləcək
Respublika fənn olimpiadalarının ilk mərhələsi keçirilib
Magistrlar üçün müsabiqə - 1500 manat mükafat
Azərbaycanlı şagirdlər beynəlxalq müsabiqədə mükafat aldılar - FOTO
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya mərhələsi başlayıb
ADPU-da professor-müəllim heyətinin seçimi başladı
Fransa-Azərbaycan Universitetinə tələbə qəbulu qaydaları açıqlanıb
Respublika fənn müsabiqələrinin final mərhələsi keçirilib
Müəllimlərin işə qəbulunun və yerdəyişməsinin keçirilməsi ilə bağlı yeni qaydalar təsdiq edilib
Məktəblilər üçün 20 000 dollarlıq mükafat şansı
Gənc fiziklərin yaradıcılıq müsabiqəsi YEKUNLAŞIB
Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elan edildi
VIII-XI sinif şagirdləri “Ədəbiyyat biliciləri” müsabiqəsində -II mərhələ
Təhsil Nazirliyindən müəllimlərin işə qəbulu müsabiqəsində vakansiyalarla bağlı - AÇIQLAMA
İki gündə müəllim olmaq istəyən səkkiz minə yaxın şəxs imtahan verib
Müəllimlərin işə qəbulunda yenilik - NAZİRLİK AÇIQLAMA VERDİ