Xəbərlər, D.Qulluğu
06 mart 2018
325

İnzibati vəzifələr üzrə test imtahanına qeydiyyat başladı


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

31 mart 2018-ci il tarixdə dövlət qulluğunda inzibati vəzifələrin A növünə aid AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək.

Aztehsil.com xəbər verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 31 mart 2018-ci il tarixində dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər (idarəetmə) vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcəkdir. İmtahan kompüter vasitəsilə aparılacaqdır. İmtahanın keçiriləcəyi ünvan: Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası). İmtahana qeydiyyat 6 mart 2018-ci il tarixdən başlayır və 30 mart 2018-ci il tarixində saat 10:00-da yekunlaşır.

İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında "Şəxsi kabinet”lərini yaratmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri ilə  buradan tanış ola bilərsiniz. "Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat  www.payment.dim.gov.az saytında verilmişdir) istifadə etmək olar. "Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında  "Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

Qeydiyyat zamanı ali təhsil haqqında məlumatlar "Tələbə-məzun" dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılır və namizəd haqqında məlumatlar sistemdə olmadıqda onun qeydiyyatı aparılmır. Bu halda Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmuş namizəd ona aid məlumatların "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilməsi üçün bitirdiyi təhsil müəssisəsinə müraciət etməlidir. Xaricdə təhsil almış namizədlər və sistemdə ali təhsil haqqında məlumatı olmayan digər namizədlər DİM-ə (Bakı şəhəri, Mikayıl Müşfiq küçəsi 1M və ya DİM-in regional bölmələrinə) müraciət etməlidir. Məlumatları "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilmiş namizədlər qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan əvvəl namizədlər təhsil haqqında məlumatlarının "Tələbə-məzun" dövlət elektron məlumat sistemində olub-olmadığını "Elektron hökumət" portalından "Vətəndaş haqqında "Tələbə-məzun" dövlət elektron məlumat sistemindən çıxarış" elektron xidməti vasitəsilə öyrənə bilərlər.

Qeydiyyatdan keçən namizədlərin e-kabinetdə qeydiyyat zamanı göstərdiyi elektron poçt ünvanına qeydiyyatdan keçmək barədə "Bildiriş”, "Namizədin yaddaş kitabçası” və "İmtahana buraxılış vərəqəsi” göndərilir. DİM-lə yazışmaların operativliyinin təmin edilməsi üçün namizədin özünə məxsus elektron poçtdan istifadə etməsi tövsiyə olunur. Qeydiyyatdan keçmək barədə bildiriş gəlmədiyi halda "Spam” qovluğunu yoxlamaq, həmin qovluqda bildiriş olmadıqda DİM-in 1653 çağrı mərkəzinə zəng edib bu barədə məlumat vermək lazımdır.

Namizədlərin qeydiyyatdan keçməmişdən əvvəl vəzifə qrupunu düzgün seçmələri, imtahana daha səmərəli hazırlaşmaları və imtahanda davranış qaydaları ilə tanış olmaları üçün aşağıdakılardan istifadə etmələri tövsiyə olunur:


Namizəd şəxsiyyətini təsdiq edən sənədi və imtahana buraxılış vərəqəsini təqdim etməklə, test imtahanında iştirak edir. Buraxılış vərəqəsini  qeydiyyat səhifəsindən də əldə etmək olar.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat verilir. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. Namizəd dövlət qulluğu vəzifələri üzrə bir neçə sertifikat ala bilər.

İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.





Whatsapp'ta Paylaş

loading...

Həmçinin oxuyun:
Dövlət qulluğuna qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Dövlət qulluğuna qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün yeni sınaq imtahanı keçiriləcək

Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün yeni sınaq imtahanı keçiriləcək

Dövlət qulluğuna imtahan verənlərin nəzərinə! - NƏTİCƏLƏR AÇIQLANDI

Dövlət qulluğuna imtahan verənlərin nəzərinə! - NƏTİCƏLƏR AÇIQLANDI

Magistraturaya qəbul imtahanı üzrə elektron sınaq imtahanı keçiriləcək

Magistraturaya qəbul imtahanı üzrə elektron sınaq imtahanı keçiriləcək

DİM 519 yeni vakant yerləri elan edib

DİM 519 yeni vakant yerləri elan edib

Dövlət qulluğu ilə bağlı növbəti sınaq imtahanı keçiriləcək

Dövlət qulluğu ilə bağlı növbəti sınaq imtahanı keçiriləcək

Vəzifə sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ!

Vəzifə sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ!

Rəhbər vəzifə tutmaq istəyənlərin diqqətinə - Qeydiyyat başladı!

Rəhbər vəzifə tutmaq istəyənlərin diqqətinə - Qeydiyyat başladı!

Dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib

Dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib

Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə test imtahanı keçiriləcək

Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə test imtahanı keçiriləcək

Dövlət qulluğunda rəhbər vəzifələr üzrə test imtahanına qeydiyyat başa çatır

Dövlət qulluğunda rəhbər vəzifələr üzrə test imtahanına qeydiyyat başa çatır

Dövlət qulluğunda bu vəzifələrə imtahana qeydiyyat başlayır

Dövlət qulluğunda bu vəzifələrə imtahana qeydiyyat başlayır

Rezidenturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı (təkrar) keçiriləcək

Rezidenturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı (təkrar) keçiriləcək

Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün müsabiqənin test imtahanı mərhələsi keçiriləcək

Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün müsabiqənin test imtahanı mərhələsi keçiriləcək

Dövlət qulluğuna qəbul olunmaq istəyənlər üçün sınaq imtahanı

Dövlət qulluğuna qəbul olunmaq istəyənlər üçün sınaq imtahanı

Rəhbər vəzifədə işləmək istəyənlərin - NƏZƏRİNƏ

Rəhbər vəzifədə işləmək istəyənlərin - NƏZƏRİNƏ

Dövlət qulluğuna qəbul üzrə imtahanda uğur qazanan şəxslərin qeydiyyatına başlanılıb

Dövlət qulluğuna qəbul üzrə imtahanda uğur qazanan şəxslərin qeydiyyatına başlanılıb

Dövlət qulluğuna qəbul imtahanının nəticələri elan olunub

Dövlət qulluğuna qəbul imtahanının nəticələri elan olunub

İmtahanın nəticələri - AÇIQLANDI

İmtahanın nəticələri - AÇIQLANDI

Dövlət qulluğu üzrə test imtahanı keçiriləcək

Dövlət qulluğu üzrə test imtahanı keçiriləcək

Dövlət qulluğu müsabiqəsinin imtahanına qeydiyyat sona çatır

Dövlət qulluğu müsabiqəsinin imtahanına qeydiyyat sona çatır

DİM məlumat yaydı - qeydiyyat başa çatır

DİM məlumat yaydı - qeydiyyat başa çatır

Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün növbəti sınaq imtahanı keçiriləcək

Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün növbəti sınaq imtahanı keçiriləcək

Test imtahanında uğur qazanmış şəxslərin sertifikat almaq üçün qeydiyyatına başlanılıb

Test imtahanında uğur qazanmış şəxslərin sertifikat almaq üçün qeydiyyatına başlanılıb