Xəbərlər, Orta ixtisas
05 mart 2018
481

Azərbaycanda oxu bacarığı nə durumdadır? - STATİSTİKA


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş


 

Martın 5-də PIRLS-2016 - Oxu bacarığının inkişafı üzrə beynəlxalq tədqiqatın nəticələrinə dair təqdimat keçirilib.

Aztehsil.com Təhsil Nazirliyinə istinadən xəbər verir ki, tədbirin keçirilməsində məqsəd Azərbaycanın PIRLS-2016 tədqiqatında iştirak edən 4-cü sinif şagirdlərinin nəticələrini ictimaiyyətə çatdırmaq olub.

Tədbirdə təhsil naziri vəzifələrini müvəqqəti icra edən nazir müavini Ceyhun Bayramov, millət vəkilləri, Təhsil İnstitutunun, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, təhsil ekspertləri və məktəb direktorları iştirak edib.

Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev keçirilən layihə ilə bağlı məlumat təqdim edib. Bildirib ki, "Progress in International Reading Literacy Study” (PIRLS) - Oxu bacarığının inkişafı üzrə beynəlxalq tədqiqatın nəticələrinə görə, azərbaycanlı şagirdlərin 2016-cı ildə oxu bacarıqları 2011-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 462 baldan 472 bala yüksəlib və ya 10 bal artıb.

İbtidai təhsil səviyyəsinin sonunda şagirdlərin oxu bacarıqlarını qiymətləndirən beynəlxalq tədqiqat proqramı olan PIRLS-2001-ci ildən başlayaraq hər beş ildən bir keçirilir. Azərbaycan bu proqrama 2011-ci ildə qoşulub. Əsasən inkişaf etmiş ölkələrin şagirdlərinin iştirak etdiyi bu qiymətləndirmə tədqiqatında ölkələr üzrə orta bal 500 bal olaraq müəyyən edilir.

Qeyd olunub ki, ölkəmiz PIRLS, TIMSS (Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramı) və PISA (Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramı) beynəlxalq qiymətləndirmə tədqiqatlarında iştirak edir. Beynəlxalq qiymətləndirmə proqramları təhsilin keyfiyyətinin qiymətləndirilməsi funksiyasını yerinə yetirməklə ölkədə təhsil prosesi haqqında məlumat əldə etməyə, həlli tələb olunan əhəmiyyətli problemləri araşdırmağa, nəticələrin beynəlxalq təcrübə ilə müqayisəsinə imkan yaradır.
 

Azərbaycanda oxu bacarığı nə durumdadır? - STATİSTİKA

 

Sevindirici haldır ki, PIRLS-2011 tədqiqatının nəticələri ilə müqayisədə azərbaycanlı şagirdlərin "mükəmməl” səviyyəyə daxil olan payı 0 faizdən 2016-cı ildə 2 faizə qədər artıb. "Yüksək” səviyyə üzrə isə şagirdlərin nəticələri 2011-ci il ilə müqayisədə 9 faizdən 2016-cı ildə 16 faizə yüksəlib. Başqa sözlə, ölkə üzrə son 5 ildə "mükəmməl” və "yüksək” səviyyəyə uyğun nəticə göstərmiş ibtidai sinif şagirdlərinin sayı 2 dəfə artıb. "Aşağı” səviyyəyə uyğun nəticə göstərmiş şagirdlərin payı 37 faizdən 27 faizə enib və ya 10 faiz azalıb.

PIRLS-2016 proqramına ümumilikdə 60 iştirakçı ölkə (ştat, zona və s.) üzrə 340.000-dən çox şagird, 330.000 valideyn, 16.000 müəllim, 12.000 məktəb cəlb olunub. Azərbaycan üzrə isə təsadüfi seçim əsasında 170 ümumtəhsil məktəbi, 6000-dən çox 4-cü sinif şagirdi, 340 müəllim və 6000-dən çox valideyn iştirak edib.

Daha sonra millət vəkili, Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev son illər Təhsil Nazirliyi tərəfindən uğurlu islahatların həyata keçirildiyini, aparılan yeniliklərin müsbət nəticələr verdiyini qeyd edib. Millət vəkili beynəlxalq qiymətləndirmə tədqiqatlarında iştirakın müsbət aspektlərindən danışıb, bu prosesin davamlı olmasının vacibliyini vurğulayıb.
 

Azərbaycanda oxu bacarığı nə durumdadır? - STATİSTİKA

 

Sonda çıxış edən Ceyhun Bayramov qeyd edib ki, təhsilin inkişafı ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ən vacib prioritetlərdən biri kimi müəyyən edilib, təhsil işçilərinin qarşısında bir sıra mühüm tapşırıq və hədəflər qoyulub. Bu siyasi iradənin bariz nümunəsi kimi qısa müddət ərzində bir sıra strateji dövlət sənədlərinin qəbul edilməsi, təhsil sahəsində köklü islahatlara yönəlmiş addımların atılmasını göstərmək olar. Ceyhun Bayramov bildirib ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq Təhsil Nazirliyi son illərdə ibtidai təhsil səviyyəsində şagird nailiyyətlərinin yüksəldilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirib. Məktəbəhazırlıq qruplarının təşkili, ibtidai sinif müəllimlərinin sınaq qiymətləndirilməsi, bu qiymətləndirmə əsasında ixtisasartırma təlimləri, müəllimlərin peşəkar inkişafı, eləcə də şagirdlər arasında oxu vərdişlərinin təşviqi, oxu bacarıqlarının inkişafına yönəlmiş layihələr və valideynlərlə iş buna nümunədir.

Ceyhun Bayramov beynəlxalq qiymətləndirmələrdə iştirakın davamlı olmasının vacibliyini vurğulayıb, eləcə də Azərbaycan PISA-2018 və TIMSS-2019 tədqiqatlarında iştirak edəcək şagird və müəllimlərimizə uğurlar arzulayıb.

Tədbirdə PIRLS 2016 beynəlxalq tədqiqatının təşkili, pilot və əsas mərhələlərinin keçirilməsi, oxu bacarıqları üzrə beynəlxalq reytinqdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması sahəsində səmərəli fəaliyyətlərinə görə bir qrup təhsil işçisinə Təhsil Nazirliyinin "Təşəkkürnamə”si və Fəxri fərmanı təqdim olunub.azedu//






Whatsapp'ta Paylaş

Загрузка...
loading...

Həmçinin oxuyun:
Son 5 ildə yüksək nəticə göstərən şagirdlərin sayı artıb - Təhsil Nazirliyi

Son 5 ildə yüksək nəticə göstərən şagirdlərin sayı artıb - Təhsil Nazirliyi

Təhsil Nazirliyi summativ qiymətləndirmə ilə bağlı təklif olunan yenilikləri açıqlayıb

Təhsil Nazirliyi summativ qiymətləndirmə ilə bağlı təklif olunan yenilikləri açıqlayıb

Təhsil Nazirliyi:

Təhsil Nazirliyi: "İmtahanların sayı azaldılır"

Təhsil Nazirliyində vacib TOPLANTI - Bu il 41 rayonda...

Təhsil Nazirliyində vacib TOPLANTI - Bu il 41 rayonda...

Orta məktəblərdə çalışan müəllimlərin sayı açıqlandı

Orta məktəblərdə çalışan müəllimlərin sayı açıqlandı

Ceyhun Bayramov gənc müəllimlərdən danışdı

Ceyhun Bayramov gənc müəllimlərdən danışdı

Yeni Peşə Tədris Mərkəzinin təməli qoyulub

Yeni Peşə Tədris Mərkəzinin təməli qoyulub

Ümumtəhsil məktəblərində qiymətləndirmə

Ümumtəhsil məktəblərində qiymətləndirmə

Beynəlxalq qiymətləndirmə təcrübəsi -SƏVİYYƏLƏR

Beynəlxalq qiymətləndirmə təcrübəsi -SƏVİYYƏLƏR

Azərbaycanda bu şagirdlərin sayı artdı

Azərbaycanda bu şagirdlərin sayı artdı

Azərbaycanda məktəbli qızların oxu bacarığı oğlanlardan yaxşıdır

Azərbaycanda məktəbli qızların oxu bacarığı oğlanlardan yaxşıdır

İstedadlı şagirdlərin seçimi aparılıb

İstedadlı şagirdlərin seçimi aparılıb

Məktəb direktorları bu xəbəri MÜTLƏQ OXUSUN

Məktəb direktorları bu xəbəri MÜTLƏQ OXUSUN

Paytaxt məktəblərinin direktorları ilə görüş keçirilib

Paytaxt məktəblərinin direktorları ilə görüş keçirilib

Azərbaycanda ali təhsilin keyfiyyətinin yüksəldilməsi üzrə layihə başa çatıb

Azərbaycanda ali təhsilin keyfiyyətinin yüksəldilməsi üzrə layihə başa çatıb

Son illər ərzində şagirdlərin sayıt artıb ya azalıb?statistik göstərici

Son illər ərzində şagirdlərin sayıt artıb ya azalıb?statistik göstərici

Təhsil Nazirliyində “eTwinning Plus” layihəsi çərçivəsində təltifetmə mərasimi keçirilib

Təhsil Nazirliyində “eTwinning Plus” layihəsi çərçivəsində təltifetmə mərasimi keçirilib

"IX və XI sinif buraxılış imtahanlarından "əla" alan şagirdlərin sayında son illərə nisbətən artım var"

Bakı məktəblərində 6-cı sinif şagirdlərinin bilikləri təhlil edilib

Bakı məktəblərində 6-cı sinif şagirdlərinin bilikləri təhlil edilib

ADPU-da “Məktəblinin dostu” layihəsinin iştirakçılarına sertifikatlar verilib

ADPU-da “Məktəblinin dostu” layihəsinin iştirakçılarına sertifikatlar verilib

“5” alan şagirdlərin sayı artıb

“5” alan şagirdlərin sayı artıb

Müəllimlər üçün beynəlxalq seminar keçirilib

Müəllimlər üçün beynəlxalq seminar keçirilib

Təhsil Naziri hesabat verdi..“Məqsəd keyfiyyətdir: təhsilimiz təhlil müstəvisində” hesabat tədbirindən..

Təhsil Naziri hesabat verdi..“Məqsəd keyfiyyətdir: təhsilimiz təhlil müstəvisində” hesabat tədbirindən..

Diaqnostik Qiymətləndirmə  ilə bağlı xəbər var

Diaqnostik Qiymətləndirmə ilə bağlı xəbər var