“ADA” Universiteti professor-müəllim heyətindəki vakant yerlərə qəbul elan edir
Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən ingilisdilli "ADA” Universiteti professor-müəllim heyətindəki vakant yerlərə 2018-2019-cu tədris ili üçün qəbul elan edir.
Aztehsil.com Trend-ə istinadən xəbər verir ki, iş yerləri Universitetin İctimai və Beynəlxalq Münasibətlər, Biznes, İnformasiya Texnologiyaları və Mühəndislik İnstitularında, eləcə də Ümumi Təhsil proqramında müxtəlif elmi sahələr üzrədir.
Tələblər müvafiq sahədə elmlər doktoru və ya magistr dərəcəsi, ən azı iki il müddətində müəllimlik təcrübəsi, dərslər üzrə Universitetin tədris tələblərinə uyğun sillabus və materialların tərtib edilməsi, ingilis dilində mükəmməl danışıq və yazı qabiliyyətlərinə nail olmaq, Universitetə və ictimaiyyətə faydalı xidmət göstərmək öhdəliyini daxil edir.
ADA Universiteti müasir təhsil standartlarını əsas tutaraq qabaqcıl dünya təcrübəsini tətbiq edir. İnnovativ və qlobal dünyagörüşünə malik kadrlar hazırlayır. Bakalavr və magistr proqramlarında dərs deyəcək müəllim namizədlər dinamik, enerjili, mütərəqqi və tətbiqi yanaşmalı, ixtisaslaşmış elmi tədqiqata həvəsli alimlər olmalıdır.
ADA Universitetinin Akademik İşlər üzrə prorektoru Vəfa Kazdalın sözlərinə görə, müəllimlərin işə götürülməsi şəffaf şəkildə aparılan bir neçə mərhələli prossesdir: "Maraqlanan şəxslər Universitetin veb və sosial media səhifələrində müəllimliyə iş elanları ilə tanış olduqdan sonra sənədlərini mart ayının sonuna qədər elektron şəkildə [email protected] ünvanına göndərməlidilər. Uyğun namizədlər daha sonra dekan və müəllim heyyəti üzvlərindən ibarət qəbul komissiyası ilə müsahibəyə dəvət edilirlər. Bu mərhələdən də keçən namizədlər universitetin tələbə və müəllim heyəti qarşısında sınaq dərsi verməyə dəvət olunurlar. İşə qəbul haqda son qərar məhz bunun nəticələrinə uyğun verilir.”
V.Kazdal onu da qeyd edib ki, yarandığı ilk gündən keyfiyyətli müəllimlərin cəlb edilməsini qarşısına məqsəd qoyan ADA Universiteti xaricdə magistr və elmlər doktoru qazanan gənc azərbaycanlı alimləri işə cəlb edə bilmişdir- hazırda Universitetin müəllim heyətinin əsas hissəsi məhz onlardan ibarətdir.
ADA Universitetinin professor-müəllim heyətində açılan iş yerləri ilə ada.edu.az/facultyjobs ünvanında tanış olmaq mümkündür.
4 ilə iki diplom almaq imkanı...
Dillər Universiteti işçi axtarır: VAKANT YERLƏRİN SİYAHISI
Təhsil Nazirliyi müəllimlərin işə qəbuluna başlayır - Müsabiqə
Professor-müəllimlər işə dəvət olunur
Məhəmmədrza Purməhəmmədi: İran-Azərbaycan əlaqələrinin inkişafında elm ocaqlarının rolu böyükdür
Azərbaycanda bu müəllimlərin maaşı artırıldı
Odlar Yurdu Universiteti gənc müəllimlərin işə qəbulunu elan edir
“Twinning” layihəsi çərçivəsində ADPU-nun akkreditasiyası keçirilir
ADPU-da professor-müəllim heyətinin seçimi başladı
Bakı Mühəndislik Universtetinin yaranmasından bir il ötür
"Nobel" mukafatçıları Azərbaycanda dərs deyəcək
Müsabiqə elan olundu - Müəllimlərin nəzərinə
LDU Çukorova universiteti ilə əlaqələrini genişləndirir
“Fənlərin tədrisi problemləri: reallıqlar və perspektivlər” Respublika elmi-praktik konfransı keçirildi
“Qərb Universitetinin məqsədi uğurlar əldə edəcək kadrlar hazırlamaqdır”
SABAH qruplarına müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatıb
Abituriyentlər bu universitetdə ödənişsiz kurslarda iştirak edir
İş axtaran müəllimlərin NƏZƏRİNƏ! - ADU bоş оlаn vəzifələri tutmаq üçün müsаbiqə еlаn еdib - SİYAHI
Bu il vakant müəllim yerlərini yerli təhsil şöbələrinin elan etməsinə icazə verilməyib
ADNSU Çin üçün magistr və doktorant hazırlayacaq
BSU rektoru beynəlxalq mükafata layiq görülüb
DİQQƏT! Təhsil İnstitutu bu müəllimləri əməkdaşlığa dəvət edir
Bu universitetlərdə yaşı 70-i ötmüş müəllimlər də çalışır - SİYAHI
ADPU-da əməkdaşlıq məsələləri müzakirə edilib