Xəbərlər, Abituriyent
05 mart 2018
2000

Abituriyentlər üçün yeni şans, yoxsa arxayınlıq? - Yeni imtahan qaydaları


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş


Abituriyentlər üçün yeni şans, yoxsa arxayınlıq? - Yeni imtahan qaydaları

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 fevral tarixli 47 nömrəli qərarına əsasən "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu” Qaydalarında müəyyən dəyişikliklər edilib. Dəyişikliyə əsasən, abituriyentlər yaz və yay sessiyaları şəklində keçiriləcək imtahanlarda iki müxtəlif ixtisas qrupu üzrə imtahanda iştirak edə bilərlər. Həmçinin, abituriyent əvvəllər olduğu kimi eyni ixtisas qrupu üzrə də hər iki qəbul imtahanında iştirak edə bilər. I-IV ixtisas qrupları üzrə qəbul imtahanında iştirakından asılı olmayaraq, abituriyent V ixtisas qrupu üzrə də imtahanda iştirakına icazə veriləcək.

İki ixtisas qrupu üzrə qəbul imtahanında iştirak edənlər müsabiqə şərtlərini ödədikləri halda ixtisas seçimi ərizələrində hər iki ixtisas qrupuna daxil olan ixtisasları seçə biləcəklər. Bir ixtisas qrupu üzrə müsabiqə şərtini ödəyən abituriyentlər isə yalnız həmin ixtisas qrupuna daxil olan ixtisasları seçə biləcəklər.

Aztehsil.com xəbər verir ki, məsələylə bağlı təhsil eksperti Cahid İsmayıloğlu AzEDU-a açıqlamasında, bunun ilk növbədə abituriyentlərin seçim imkanlarını genişləndirəcəyini bildirib:
 

 

"Universitetəhazırlaşan şagird bir ixtisas qrupuna seçim imkanı olduğu üçün digər qruplarda mövcud fənləri diqqətdən kənarda saxlayırdı. İndi isə seçim imkanını nəzərə alıb, digər fənləri də vaxt ayırmalı olacaq. Dəyişiklikdə əlavə edilən ixtisaslar konkret sahələri əhatə edir, günün tələbinə uyğundur. Hətta deyərdim ki, əlavə edilmiş ixtisasların bir çoxunda biz gecikmişik, çünki bu sahədə mövcud kadr çatışmazlığı var”.

Abituriyent Mirhikmət İsmayılzadə bu dəyişikliklərin həm müsbət, həm də mənfi tərəflərinin olduğunu deyir: "Müsbət tərəfi odur ki, birinci imtahanın uğursuzluğunu ikinci imtahanda uğurlu nəticə ilə əvəz etmək şansı yaranır. Digər müsbət tərəfi isə ondan ibarətdir ki, bir sıra abituriyentlər valideyn təkidi ilə seçdikləri qruplar üzrə iştirak etdikləri imtahanla yanaşı, öz arzu etdikləri qruplar üzrə də imtahan vermə şansı əldə edirlər. Mənfi tərəfi isə odur ki, bəzi abituriyentlər arxayınlaşa bilər. Düşünürəm ki, imtahanlara psixoloji cəhətdən hazır olmaq daha önəmlidir".






Whatsapp'ta Paylaş

Загрузка...
loading...

Həmçinin oxuyun:
“Qəbul qaydalarındakı dəyişiklik abituriyentin xeyrinədir” – Deputatlar yeniliyi dəstəklədilər

“Qəbul qaydalarındakı dəyişiklik abituriyentin xeyrinədir” – Deputatlar yeniliyi dəstəklədilər

Bu təhsil müəssisələrinə də tələbə qəbulu qaydaları dəyişdi

Bu təhsil müəssisələrinə də tələbə qəbulu qaydaları dəyişdi

Universitetlərə qəbulda dəyişikliklər hansı imkanları yaradır?

Universitetlərə qəbulda dəyişikliklər hansı imkanları yaradır?

Azərbaycanda universitetlərə qəbul qaydası dəyişdi - ilkdə iki dəfə olacaq

Azərbaycanda universitetlərə qəbul qaydası dəyişdi - ilkdə iki dəfə olacaq

669 bal topladı, universitetə qəbul ola bilmədi - AZƏRBAYCANDA İNANILMAZ OLAY

669 bal topladı, universitetə qəbul ola bilmədi - AZƏRBAYCANDA İNANILMAZ OLAY

Ali məktəblərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi başa çatıb

Ali məktəblərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi başa çatıb

Qabiliyyət imtahanlarından müvəffəq qiymət almış abituriyentlərin ixtisas seçimi davam edir

Qabiliyyət imtahanlarından müvəffəq qiymət almış abituriyentlərin ixtisas seçimi davam edir

İndiyədək 40 min 681 abituriyent ixtisas seçib

İndiyədək 40 min 681 abituriyent ixtisas seçib

DİM: İxtisas seçimi üçün ayrılan müddət uzadılmayacaq

DİM: İxtisas seçimi üçün ayrılan müddət uzadılmayacaq

Sabah ali məktəblərə ixtisas seçimi başa çatır

Sabah ali məktəblərə ixtisas seçimi başa çatır

İndiyədək 39 min abituriyent ixtisas seçib

İndiyədək 39 min abituriyent ixtisas seçib

İndiyədək birinci qrup üzrə 12 min 705 abituriyent ixtisas seçib

İndiyədək birinci qrup üzrə 12 min 705 abituriyent ixtisas seçib

Ali məktəblərə qəbul olmaq üçün 32 mindən çox abituriyent ixtisas seçimi edib

Ali məktəblərə qəbul olmaq üçün 32 mindən çox abituriyent ixtisas seçimi edib

Ali məktəblərə V qrup üzrə ixtisas seçimi başladı

Ali məktəblərə V qrup üzrə ixtisas seçimi başladı

Ali məktəblərə qəbul olmaq üçün 20 minə yaxın abituriyent ixtisas seçimi edib

Ali məktəblərə qəbul olmaq üçün 20 minə yaxın abituriyent ixtisas seçimi edib

V qrup üzrə ixtisas seçimi nə vaxt başlayır?

V qrup üzrə ixtisas seçimi nə vaxt başlayır?

DİM V ixtisas qrupu üzrə ixtisas seçimi etmək istəyən abituriyentlərə müraciət etdi

DİM V ixtisas qrupu üzrə ixtisas seçimi etmək istəyən abituriyentlərə müraciət etdi

Rus bölməsi abituriyentlərinə qarşı haqsızlıq: DİM-in ikili standatları nələrdir? - FOTOFAKT

Rus bölməsi abituriyentlərinə qarşı haqsızlıq: DİM-in ikili standatları nələrdir? - FOTOFAKT

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlanıb

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlanıb

Müsabiqə şərtini ödəyən abituriyentlərin sayı açıqlanıb

Müsabiqə şərtini ödəyən abituriyentlərin sayı açıqlanıb

13 abituriyentin imtahan nətcəsi ləğv olunub...imtahanın cavabları açıqlandı

13 abituriyentin imtahan nətcəsi ləğv olunub...imtahanın cavabları açıqlandı

Bu il abituriyentlər üçün qəbul müsabiqəsinin şərtləri necə olacaq?

Bu il abituriyentlər üçün qəbul müsabiqəsinin şərtləri necə olacaq?

Tələbə qəbulu üçün müsabiqədə iştirak ödənişli olacaq - Qaydalar təsdiqləndi

Tələbə qəbulu üçün müsabiqədə iştirak ödənişli olacaq - Qaydalar təsdiqləndi

DİM: Abituriyentlər qəbul imtahanında iki dəfə iştirak edə biləcəklər

DİM: Abituriyentlər qəbul imtahanında iki dəfə iştirak edə biləcəklər