Xəbərlər / Orta ixtisas
04 mart 2018
8 079


9-cu sinif şagirdləri üçün buraxılış imtahanı keçirilib – YENİLƏNİB

 

Dövlət İmtahan Mərkəzi (DİM) martın 4-də Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrinin 9-cu sinfində təhsil alan 36846 şagird üçün buraxılış imtahanının birinci mərhələsini keçirib.

DİM mətbuat xidmətindən Aztehsil.com-a verilən məlumata görə, imtahan 2 saat müddətində aparılıb. İnşa yazan şagirdlərə test tapşırıqlarını cavablandırmaq üçün ayrılmış 2 saatlıq müddət qurtardıqdan sonra 30 dəqiqə əlavə vaxt verilib.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, şagirdlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Martın 5-dən  etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq. Yazı işləri (imtahan cavabları) DİM və onun regional bölmələrində müvafiq təhlükəsizlik tələblərinə cavab verən ekspertiza (yoxlama) zallarında, qapalı şəraitdə, kompüter arxasında markerlər tərəfindən yoxlanılacaqdır. Yazı işlərinin yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.

Hər bir yazı işi əvvəlcə "scan” olunur və 2 marker tərəfindən qiymətləndirilir (markerlərin qiymətləri arasında fərq yarandıqda həmin yazı işi proqram tərəfindən 3-cü markerə göndərilir). Yoxlama zamanı markerin kompüterinin monitorunda yazı işinin müəllifi haqqında heç bir məlumat (ad, soyad, ata adı, şagird kodu, ünvan və s.) verilmir. 

Monitorda yalnız yazı işi, yazı işini qiymətləndirmək üçün meyarlar və qiyməti daxil etmək üçün müvafiq sahə göstərilir.

Bundan əlavə imtahanda şagirdlərə təqdim olunan hər bir tapşırıq üçün ayrıca qiymətləndirmə meyarı hazırlanıb və markerlər hər hansı bir tapşırığa aid yazı işini yoxladıqda məhz həmin tapşırığın qiymətləndirmə meyarına əsaslanırlar. Qiymətləndirmə meyarlarında tapşırığın mümkün həll üsulları və ehtimal olunan (gözlənilən) cavablar nəzərə alınır. Qiymətləndirmə meyarı tapşırığın qiymətləndirilməsi üçün dolğun təlimatdır və marker yazı işini qiymətləndirərkən həmin tapşırığın qiymətləndirmə meyarından kənara çıxmır.

İmtahanda istifadə olunan açıq tipli tapşırıqların və inşanın (essenin) yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin imtahanın ikinci mərhələsi keçirilənədək elan olunması nəzərdə tutulur.

09:59

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirir.

DİM mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, bu gün ümumilikdə 36846 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.
 
İmtahan saat 11:00-da başlayır.

IX sinif şagirdlərinin buraxılış imtahanlarının birinci mərhələsinin keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 80 imtahan mərkəzi ayrılıb. İmtahanda 36846 (Yasamal rayonunda 3082, Binəqədi rayonunda 4062, Səbail rayonunda 1597, Xətai rayonunda 3581, Xəzər rayonunda 2902, Nərimanov rayonunda 2212, Suraxanı rayonunda 2991, Sabunçu rayonunda 4784, Nəsimi rayonunda 2287, Qaradağ rayonunda 2100, Nizami rayonunda 2504, Pirallahı rayonunda 367,  Naxçıvan Muxtar Respublikasında 3499, Şirvan şəhərində 878) nəfər 9-cu sinif şagirdinin iştirakı nəzərdə tutulub.

İmtahanların idarə olunmasına ümumilikdə 240 imtahan rəhbəri, 2942 nəzarətçi müəllim ayrılıb.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
9-cu sinif şagirdləri buraxılış imtahanı verib

9-cu sinif şagirdləri buraxılış imtahanı verib

Sabah 36 mindən çox şagird imtahan verəcək

Sabah 36 mindən çox şagird imtahan verəcək

Bu gün Bakı şəhərində neçə məzun buraxılış imtahanında iştirak etdi - ?

Bu gün Bakı şəhərində neçə məzun buraxılış imtahanında iştirak etdi - ?

36 mindən çox 9-cu sinif şagirdi buraxılış imtahanı verəcək

36 mindən çox 9-cu sinif şagirdi buraxılış imtahanı verəcək

Bu gün 37 min şagird buraxılış imtahanı verir

Bu gün 37 min şagird buraxılış imtahanı verir

DİM iyunun 17-də 76636 şagird üçün buraxılış imtahanı keçirib

DİM iyunun 17-də 76636 şagird üçün buraxılış imtahanı keçirib

Bugünkü imtahanda qayda pozan abituriyentlərin nəticələri ləğv olundu

Bugünkü imtahanda qayda pozan abituriyentlərin nəticələri ləğv olundu

Martın 12-də IX sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının I mərhələsinin nəticələri açıqlanıb

Martın 12-də IX sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının I mərhələsinin nəticələri açıqlanıb

Buraxılış imtahanlarında iştirak edə bilməyən şagirdlər əlavə imtahan verib

Buraxılış imtahanlarında iştirak edə bilməyən şagirdlər əlavə imtahan verib

DİM bu rayonlarda buraxılış imtahanı keçirib

DİM bu rayonlarda buraxılış imtahanı keçirib

DİM 10-cu sinif şagirdləri üçün ingilis dili fənnindən monitorinq imtahanı keçirib

DİM 10-cu sinif şagirdləri üçün ingilis dili fənnindən monitorinq imtahanı keçirib

Azərbaycanın 29 şəhər və rayonunda XI sinif şagirdləri üçün monitorinq imtahanı keçiriləcək

Azərbaycanın 29 şəhər və rayonunda XI sinif şagirdləri üçün monitorinq imtahanı keçiriləcək

Bakı, Sumqayıt, Abşeron və Naxçıvanda buraxılış imtahanları keçirilir

Bakı, Sumqayıt, Abşeron və Naxçıvanda buraxılış imtahanları keçirilir

Hansı abituriyentlərin imtahan nəticələri ləğv olunub?

Hansı abituriyentlərin imtahan nəticələri ləğv olunub?

Buraxılış imtahanı vermiş şagirdlərin nəzərinə

Buraxılış imtahanı vermiş şagirdlərin nəzərinə

DİM:"II və III ixtisas qruplarının imtahanın nəticələri yaxın 4 gün ərzində elan ediləcək"

DİM:"II və III ixtisas qruplarının imtahanın nəticələri yaxın 4 gün ərzində elan ediləcək"

57 910 şagird bugün buraxılış imtahanı verir

57 910 şagird bugün buraxılış imtahanı verir

DİM ittihamlara cavab verdi

DİM ittihamlara cavab verdi

Samux rayonunda buraxılış imtahanlarında olacaq dəyişiliklərlə bağlı seminar keçirilib

Samux rayonunda buraxılış imtahanlarında olacaq dəyişiliklərlə bağlı seminar keçirilib

Buraxılış İmtahanlarının nəticələri açıqlandı - TQDK

Buraxılış İmtahanlarının nəticələri açıqlandı - TQDK

DİM ingilis dili fənni üzrə monitorinq imtahanı keçirilib

DİM ingilis dili fənni üzrə monitorinq imtahanı keçirilib

Buraxılış imtahanının I mərhələsinin nəticələrini açıqlandı

Buraxılış imtahanının I mərhələsinin nəticələrini açıqlandı

İngilis dili müəllimlərinin nəzərinə: Əlavə pul qazanmaq istəyirsinizsə...

İngilis dili müəllimlərinin nəzərinə: Əlavə pul qazanmaq istəyirsinizsə...

Dövlət İmtahan Mərkəzi I-IV ixtisas qrupları üzrə sınaq imtahanları keçirib

Dövlət İmtahan Mərkəzi I-IV ixtisas qrupları üzrə sınaq imtahanları keçirib