Xəbərlər
02 mart 2018
2 469


Dillər Universitetində Germanistika İnstitutu açılıb

 

Martın 1-də Azərbaycan Dillər Universitetində (ADU) Germanistika İnstitutunun açılış mərasimi keçirilib.

Germanistika İnstitutunun fəaliyyəti çərçivəsində seçilən tələbə və müəllimlərin Almaniyada müxtəlif ixtisasartırma kurslarında iştirakı, almaniyalı professorların ADU-da mühazirələrinin təşkili, bu ali məktəbin müəllimlərinin Almaniyada fəaliyyəti nəzərdə tutulur. İnstituta Azərbaycan ədəbiyyatının böyük təbliğatçısı, Almaniyanın Vürsburq Universitetinin və ADU-nun professoru xanım Ziglinde Hartman rəhbərlik edəcək.

Aztehsil.com AzEDU-ya istinadən xəbər verir ki, tədbirdə Almaniya, Avstriya və İsveçrənin ölkəmizdəki səfirliklərinin nümayəndələri, Azərbaycanda alman dili sahəsində fəaliyyət göstərən təşkilatlar və alman dilinin tədris olunduğu universitetlərin əməkdaşları iştirak ediblər.

Tədbirdə Azərbaycan, Almaniya, Avstriya və İsveçrə dövlətlərinin himnləri səsləndirilib.

Açılış mərasimində ADU-nun rektoru, akademik Kamal Abdulla rəhbərlik etdiyi ali məktəbdə bir çox ölkələrin dil və mədəniyyətlərinin təbliğ olunduğunu bildirib. Germanistika İnstitutunun açılmasının əhəmiyyətini vurğulayan rektor bu işdə əməyi keçənlərə təşəkkür edib. O, institutun açılışında yaxından iştirak edən Almaniyanın elm və mədəniyyət xadimi Z.Hartmanın yalnız Almaniyada deyil, dünyada tanınmış araşdırmaçı olduğunu söyləyib. Rektor bildirib ki, Germanistika İnstitutu ADU ilə yanaşı, ölkənin digər ali təhsil müəssisələri üçün də faydalı olacaq. Rektor ADU-nun bu institut vasitəsilə Almaniya, Avstriya və İsveçrənin elmi dairələri ilə əlaqələrinin genişlənəcəyinə inandığını qeyd edib. Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ildə Fridrix Fon Ditsin xatirəsini əbədiləşdirmək məqsədilə Sərəncam imzaladığını xatırladan rektor 1815-ci ildə adıçəkilən alman aliminin "Kitabi-Dədə Qorqud” dastanını tədqiq edərək dünyaya tanıtdığını vurğulayıb və digər alman ədəbi cərəyanlarının nümayəndələrindən söz açıb. Rektor bildirib ki, professor Z.Hartman on ildən artıq müddətdə Azərbaycan ali məktəbləri ilə əlaqələr qurub, alman dili, mədəniyyəti, tarixi və ədəbiyyatının ölkəmizdə yayılmasında xüsusi xidmət göstərib. Z.Hartmanın artıq Azərbaycan ədəbiyyatının Almaniyada və almandilli ölkələrdə tanınması istiqamətində fəaliyyət göstərdiyini deyən rektor professora bu fəaliyyətinə görə minnətdarlığını bildirib.
 

Dillər Universitetində Germanistika İnstitutu açılıb

 

Professor Z.Hartman ilk dəfə Azərbaycana gəlişindən söz açıb və təəssüratlarını bölüşüb. O, K.Abdulla ilə birgə fəaliyyətini xatırladaraq qazanılan təcrübələrdən danışıb. Azərbaycanda Germanistika İnstitutunun açılmasının Almaniya Federativ Respublikası üçün böyük şərəf olduğunu deyən professor bu işdə səy göstərən hər kəsə təşəkkürünü bildirib.

Almaniyanın ölkəmizdəki səfiri Mixael Kindsqrab, İsveçrənin Azərbaycandakı səfiri Filip Şdalder, Avstriyanın Azərbaycandakı səfirliyinin konsulu Volfqanq Marxardt Germanistika İnstitutunun açılması münasibətilə təbriklərini çatdırıblar. Diplomatlar ADU ilə genişlənən qarşılıqlı əlaqələrdən söz açaraq bu əlaqələrin ölkələrarası münasibətə öz töhfəsini verdiyini deyiblər.

Daha sonra ADU-nun alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri, professor Sərxan Abdullayev, həmçinin xəlifə rektor Nicat Aşurov, tələbə Pərvanə Yəhyazadə Germanistika İnstitutunun açılmasını böyük uğur kimi qiymətləndiriblər.

Sonda ADU-nun II və III kurs tələbələri alman dilində mahnılar ifa ediblər.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
ADNSU ilə Almaniya universitetləri arasında əlaqələr genişlənir

ADNSU ilə Almaniya universitetləri arasında əlaqələr genişlənir

ADU-da “Köçkünlərin həsrəti” adlı film nümayiş olunub

ADU-da “Köçkünlərin həsrəti” adlı film nümayiş olunub

Rektor Kamal Abdulla CLS proqramının nümayəndələri ilə görüşüb

Rektor Kamal Abdulla CLS proqramının nümayəndələri ilə görüşüb

ADU-da Frankofoniya Mərkəzi açıldı

ADU-da Frankofoniya Mərkəzi açıldı

Bu ölkədə tələbələrin həftədə 20 saat işləmək imkanları var

Bu ölkədə tələbələrin həftədə 20 saat işləmək imkanları var

Çin səfiri BDU-da olub

Çin səfiri BDU-da olub

ADU tələbəsi Koreyada Azərbaycanı təmsil edəcək

ADU tələbəsi Koreyada Azərbaycanı təmsil edəcək

ADNSU-nun rektoru İraqın ölkəmizdəki səfiri ilə görüşdü

ADNSU-nun rektoru İraqın ölkəmizdəki səfiri ilə görüşdü

ADU-nun rektoru Norveçə gedən tələbələrlə görüşdü

ADU-nun rektoru Norveçə gedən tələbələrlə görüşdü

ADNSU ilə fransız universitetlərinin əməkdaşlığı inkişaf edir

ADNSU ilə fransız universitetlərinin əməkdaşlığı inkişaf edir

Böyük Britaniya və Şimali İrlandiya Krallığının Azərbaycandakı səfiri LDU-da olub.

Böyük Britaniya və Şimali İrlandiya Krallığının Azərbaycandakı səfiri LDU-da olub.

ADU-nun Konfutsi İnstitutu Kulinariya günündə iştirak edib

ADU-nun Konfutsi İnstitutu Kulinariya günündə iştirak edib

ADU-da “Türkologiya” jurnalının fəaliyyəti ilə bağlı dəyirmi masa keçirilib

ADU-da “Türkologiya” jurnalının fəaliyyəti ilə bağlı dəyirmi masa keçirilib

“XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi həmin dövrün ədəbiyyatının öyrənilməsi üçün dəyərli elmi mənbədir

“XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi həmin dövrün ədəbiyyatının öyrənilməsi üçün dəyərli elmi mənbədir

Kamal Abdulladan unikal addım – Təhsilimizdə ilk

Kamal Abdulladan unikal addım – Təhsilimizdə ilk

ADU-da Azərbaycan-Çin diplomatik münasibətlərinin 25-ci ildönümü qeyd olundu

ADU-da Azərbaycan-Çin diplomatik münasibətlərinin 25-ci ildönümü qeyd olundu

ADNSU-da yığıncaq keçirilib -Birinci vitse-prezidentlə bağlı

ADNSU-da yığıncaq keçirilib -Birinci vitse-prezidentlə bağlı

BANM Hyuston Universiteti ilə əməkdaşlığı genişləndirir

BANM Hyuston Universiteti ilə əməkdaşlığı genişləndirir

ADNSU-nun rektoru “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyində olub

ADNSU-nun rektoru “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyində olub

Dillər Universitetində rektor əvəzlənir

Dillər Universitetində rektor əvəzlənir

ADNSU Çin üçün magistr və doktorant hazırlayacaq

ADNSU Çin üçün magistr və doktorant hazırlayacaq

Meksika səfiri Lənkəran Dövlət Universitetində olub

Meksika səfiri Lənkəran Dövlət Universitetində olub

SDU ilə “Azərikimya” arasında əməkdaşlıq genişlənir: Memorandum imzalandı

SDU ilə “Azərikimya” arasında əməkdaşlıq genişlənir: Memorandum imzalandı

Azərbaycan Universitetinin tələbələri yaz semestrini Almaniyada oxuyacaq

Azərbaycan Universitetinin tələbələri yaz semestrini Almaniyada oxuyacaq