Xəbərlər, Orta ixtisas
01 mart 2018
851

36 mindən çox 9-cu sinif şagirdi buraxılış imtahanı verəcək


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

36 mindən çox 9-cu sinif şagirdi buraxılış imtahanı verəcək

 

Martın 4-də respublikanın ümumtəhsil müəssisələrinin doqquzuncu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən AzEDU-ya verilən məlumata görə, həmin gün ümumilikdə 36.846 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.

Bu imtahanda iştirak edəcək şagirdlər "İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə fevralın 23-dən etibarən çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara "Yaddaş kitabçası” da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahan saat 11:00-da başlanır.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- imtahana buraxılış vərəqəsini;

- şəxsiyyəti təsdiq edən sənədin əslini:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Doqquzuncu sinif şagirdlərinin buraxılış imtahanlarının birinci mərhələsinin keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 80 imtahan mərkəzi ayrılıb.

İmtahanda 36.846 nəfər (Yasamal rayonunda 3.082, Binəqədi rayonunda 4.062, Səbail rayonunda 1.597, Xətai rayonunda 3.581, Xəzər rayonunda 2.902, Nərimanov rayonunda 2.212, Suraxanı rayonunda 2.991, Sabunçu rayonunda 4.784, Nəsimi rayonunda 2.287, Qaradağ rayonunda 2.100, Nizami rayonunda 2.504, Pirallahı rayonunda 367, Naxçıvan Muxtar Respublikasında 3.499, Şirvan şəhərində 878) 9-cu sinif şagirdinin iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunmasına ümumilikdə 240 imtahan rəhbəri, 2.942 nəzarətçi-müəllim ayrılıb.

Hazırda qeyd olunan rayonlarda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilir, imtahan zallarında abituriyentlərin rahat imtahan vermələri üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə martın 3-də təkrar baxış keçiriləcək və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.




Whatsapp'ta Paylaş



Загрузка...
loading...

Həmçinin oxuyun:
Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçiriləcək

Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçiriləcək

Dövlət qulluğu üzrə test imtahanı keçiriləcək

Dövlət qulluğu üzrə test imtahanı keçiriləcək

DİM imtahanda iştirak edə bilməyənlərə şans verdi - Yenidən imtahan keçiriləcək - AÇIQLAMA

DİM imtahanda iştirak edə bilməyənlərə şans verdi - Yenidən imtahan keçiriləcək - AÇIQLAMA

Azərbaycan Kooperasiya Universitetində keçirilən qəbul imtahanında iştirak edən abituriyentlərin nəzərinə!

Azərbaycan Kooperasiya Universitetində keçirilən qəbul imtahanında iştirak edən abituriyentlərin nəzərinə!

27961 nəfər abituriyent I və IV qrup üzrə qəbul imtahanı verəcək – ŞƏNBƏ GÜNÜ BÖYÜK HƏYƏCAN

27961 nəfər abituriyent I və IV qrup üzrə qəbul imtahanı verəcək – ŞƏNBƏ GÜNÜ BÖYÜK HƏYƏCAN

İyulun 22-i keçirilən qəbul imtahanlarında 27961 abituriyent iştirak edəcək

İyulun 22-i keçirilən qəbul imtahanlarında 27961 abituriyent iştirak edəcək

DİM sabah 34 mindən çox abituriyenti imtahan edəcək

DİM sabah 34 mindən çox abituriyenti imtahan edəcək

Ölkənin 11 şəhər və rayonunda 34041 abituriyent II və III qrup üzrə qəbul imtahanı verəcək – 14 İYULDA HƏLLEDİCİ GÜN

Ölkənin 11 şəhər və rayonunda 34041 abituriyent II və III qrup üzrə qəbul imtahanı verəcək – 14 İYULDA HƏLLEDİCİ GÜN

DİM iyulun 14-ü imtahan verən abituriyentlərə müraciət etdi

DİM iyulun 14-ü imtahan verən abituriyentlərə müraciət etdi

Sabah 5-ci qruplara və kolleclərə qəbul imtahanaı keçiriləcək

Sabah 5-ci qruplara və kolleclərə qəbul imtahanaı keçiriləcək

DİM iyulun 5-i 26709 nəfərlik imtahan keçirəcək

DİM iyulun 5-i 26709 nəfərlik imtahan keçirəcək

57 910 şagird bugün buraxılış imtahanı verir

57 910 şagird bugün buraxılış imtahanı verir

İyunun 30-da sonuncu buraxılış imtahanları keçirələcək

İyunun 30-da sonuncu buraxılış imtahanları keçirələcək

İyunun 23-də keçiriləcək növbəti buraxılış imtahanlarında 57088 şagirdin iştirakı nəzərdə tutulur

İyunun 23-də keçiriləcək növbəti buraxılış imtahanlarında 57088 şagirdin iştirakı nəzərdə tutulur

Bakı, Sumqayıt, Abşeron və Naxçıvanda buraxılış imtahanları keçirilir

Bakı, Sumqayıt, Abşeron və Naxçıvanda buraxılış imtahanları keçirilir

Bir gündə ümumilikdə 76636 şagirdin imtahan verəcəyi nəzərdə tutulur

Bir gündə ümumilikdə 76636 şagirdin imtahan verəcəyi nəzərdə tutulur

İyunun 17-də 9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçiriləcək

İyunun 17-də 9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçiriləcək

Rus bölməsinin abituriyentləri “Azərbaycan dili” fənni üzrə imtahan verəcəklər

Rus bölməsinin abituriyentləri “Azərbaycan dili” fənni üzrə imtahan verəcəklər

Azərbaycanın 29 şəhər və rayonunda XI sinif şagirdləri üçün monitorinq imtahanı keçiriləcək

Azərbaycanın 29 şəhər və rayonunda XI sinif şagirdləri üçün monitorinq imtahanı keçiriləcək

55 yaşlı abituriyent də bu gün imtahan verəcək

55 yaşlı abituriyent də bu gün imtahan verəcək

Aprelin 30-da ali məktəblərə ilk qəbul imtahanı keçiriləcək

Aprelin 30-da ali məktəblərə ilk qəbul imtahanı keçiriləcək

DİM: 6 mindən çox abituriyent Azərbaycan dili imtahanlarında iştirak edəcək

DİM: 6 mindən çox abituriyent Azərbaycan dili imtahanlarında iştirak edəcək

Bu gün 37 min şagird buraxılış imtahanı verir

Bu gün 37 min şagird buraxılış imtahanı verir

Bu gün Bakı şəhərində neçə məzun buraxılış imtahanında iştirak etdi - ?

Bu gün Bakı şəhərində neçə məzun buraxılış imtahanında iştirak etdi - ?