Xəbərlər / Bakalavr
25 fevral 2018
2 288


Slavyan Universitetindən problemli tələbələrlə bağlı - AÇIQLAMA

 

Bu gün Bakı Slavyan Universitetində bir neçə əcnəbi tələbənin yaşadığı problem barədə məlumat vermişdik. Xatırladaq ki, universitetin Magistratura şöbəsinin II kurs tələbəsi İsmayılova Aysel Xanbaba qızı Femida.az-a müraciət edərək özü də daxil olmaqla 3 tələbənin haqsız şəkildə universitetdən xaric olunduğunu bildirmişdi.
Problemin qısa məğzi belədir: Rusiya vətəndaşı olan Aysel 1 il universitetdə təhsil alıb və bütün imtahanları uğurla verib. Yalnız bu ilin fevralında tələbəyə deyilib ki, əcnəbi vətəndaşların Azərbaycanda təhsil alma qaydaları dəyişdiyi üçün təhsilini davam etdirə bilməz. Qeyd edək ki, Aysel 2016-cı ildə magistiraturaya qəbul olunub. Halbuki Nazirlər Kabineti qərarı 2015-ci ildə verib. Odur ki, tələbə əvvəlcədən xəbərdar olunmadığı üçün universiteti məsələdə haqsız sayıb.

Məsələyə aydınlıq gətirmək məqsədi ilə Bakı Slavyan Universitetinin Tədris İşləri üzrə prorektoru Telman Cəfərov Femida.az-a açıqlama verib. O, bildirib ki, sözügedən qərardan sonra onun icrası ilə bağlı Təhsil Nazirliyi universitetlərə məktub göndərir:

"Nazirlik 2017-ci ilin noyabarında bizə məktub göndərdi. Biz də sənədləri təhlil etməyə başladıq və gördük ki, iki tələbənin miqrasiya kartında daimi yaşamaq hüququ var, amma Azərbaycan vətəndaşı deyillər. Əgər onlar daimi yaşayış hüququ yox, ilbəil yaşayış hüququ alsaydı, bu problem yaşanmayacaqdı. Bu məsələ çərçivəsində əcnəbi tələbələr üzrə dekan tələbələri vaxtında xəbərdar etməyib və sənədlərini yoxlamayıb. Məsuliyyətsiz davrandığı üçün onu vəzifədən kənarlaşdırdıq.

Daha sonra nazirlikdən ikinci məktub gəldi ki, bu tələbələrlə bağlı müvafiq tədbir görülsün. Biz də istəmədik ki, gələcəkdə tələbələr diplom ala bilməmək problemi ilə üzləşsinlər. Buna görə onlara xəbərdarlıq etdik. Hətta ötən həftə Təhsil Nazirliyinə məlumat verdik ki, bu tələbələrin ikili vətəndaşlığı yoxdur. Bizim universitetdə bakalavr pilləsini fərqlənmə ilə bitiriblər. Buna görə onlara təklif olunub ki, müsahibə yolu ilə magistr pilləsinə qəbul olunsunlar və təhsillərini davam etdirsinlər. Lakin bu zaman həmin tələbələr ilbəil sənəd dalınca getməsinlər deyə daimi yaşayış kartı alıblar.
 

 

Prorektor bildirib ki, nazirliklə razılıq əldə olunub ki, hər üç tələbənin sənədlərinə yenidən baxılsın, araşdırılsın və bundan sonra müvafiq qərar verilsin:

"Hələ ki, bu tələbələrin universitetdən xaric olunma əmri verilməyib. Araşdırmaların nəticəsini nazirliyə təqdim edəcəyik və daha sonra onlar tələbələrə diplom veriləcəyəni təsdiqləsə, tələbələr qalıb təhsillərini davam etdirəcəklər.

Biz sadəcə narahat olduq ki, birdən uşaqlar universiteti bitirər, nazirlik diplom verməz, daha böyük problem olar. Odur ki, tələbələrin xeyrinə nazirliyə iki arqument təqdim etmişik: Birincisi, bu tələbələr bakalvr təhsilini də BSU-da bitirib və müsahibə yolu ilə magistiraturaya qəbul etmişik. Buna görə onlar yenidən sənəd gətirməyiblər. İkincisi isə onların məzun olmasına cəmi 3 ay qalıb. Bu qədər əziyyət çəkiblər. Nazirlikdən xahiş etmişik ki, bunu nəzərə alıb onlara təhsilini başa vurması üçün imkan yaratsın”.

Telman Cəfərovun sözlərinə görə, problemin yaranmasına görə müəyyən qədər tələbələrin özündə də məsuliyyətsizlik olub: 

"Biz də istəməzdik, belə problem yaşansın. Problemin səbəkarını işdən xaric etməklə cəzalandırmışıq. Əgər məsələ tələbələrin xeyrinə həll olunmasa, tələbələrin qalan dövr üçün ödədiyi təhsil haqqı geri qaytarılacaq. Bu Nazirlər Kabinetinin qərarıdır, nə Təhsil Nazirliyinin, nə də bizim səlahiyyətimizdə olan məsələ deyil. Odur ki, biz də qanunvericiliyə görə davranmışıq. Tələbələrdə də məsuliyyətsizlik olub ki, onlar daimi yaşayış kartı almaları barədə bizi xəbərdar etməyiblər”.

Yaxın günlərdə məsələ ilə bağlı yekun qərarın veriləcəyi gözlənilir. Məsələni diqqətdə saxlayacağıq.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Slavyan Universiteti ilə Təhsil Nazirliyi üz-üzə - Əcnəbi tələbələr universitetdən niyə qovulur?

Slavyan Universiteti ilə Təhsil Nazirliyi üz-üzə - Əcnəbi tələbələr universitetdən niyə qovulur?

Rusiya vətəndaşı ilə bağlı BSU-da araşdırma başladı – Açıqlama

Rusiya vətəndaşı ilə bağlı BSU-da araşdırma başladı – Açıqlama

Universitetdən inanılmaz addım: 1 gün dərsə gəlməyən tələbəni qovurlar

Universitetdən inanılmaz addım: 1 gün dərsə gəlməyən tələbəni qovurlar

“Təfəkkür” Universiteti ilə Təhsil Nazirliyi arasında qalmaqal

“Təfəkkür” Universiteti ilə Təhsil Nazirliyi arasında qalmaqal

Əcnəbi tələbələr oxumaq üçün daha çox Azərbaycanın hansı ali məktəblərini seçir?

Əcnəbi tələbələr oxumaq üçün daha çox Azərbaycanın hansı ali məktəblərini seçir?

“Heç kim universitetdən qovulmayıb” - ADU-dan açıqlama

“Heç kim universitetdən qovulmayıb” - ADU-dan açıqlama

Bakı Slavyan Universitetinin rektoru tələbələrə əlçatandırmı...

Bakı Slavyan Universitetinin rektoru tələbələrə əlçatandırmı...

Bakı Slavyan Universitetinin tələbələri etiraz etdi-"rəhbərlikdən narazıyıq"

Bakı Slavyan Universitetinin tələbələri etiraz etdi-"rəhbərlikdən narazıyıq"

Tələbə Həmkarlar Təşkilatının tələbələrə nə köməyi dəyir?

Tələbə Həmkarlar Təşkilatının tələbələrə nə köməyi dəyir?

ADU-nun rektoru tələbələr üçün əlçatandırmı?

ADU-nun rektoru tələbələr üçün əlçatandırmı?

Sumqayıt Dövlət Universitetindən I vitse-prezidentə şikayət edən tələbəylə bağlı AÇIQLAMA

Sumqayıt Dövlət Universitetindən I vitse-prezidentə şikayət edən tələbəylə bağlı AÇIQLAMA

Bakıdakı universitetlər: “Tələbələrimizə yer verə bilmirik” - PROBLEM

Bakıdakı universitetlər: “Tələbələrimizə yer verə bilmirik” - PROBLEM

Təhsil haqqını ödəyə bilməyən tələbəyə dəstək üçün universitetdən möhtəşəm addım

Təhsil haqqını ödəyə bilməyən tələbəyə dəstək üçün universitetdən möhtəşəm addım

Bu il Bakı Slavyan Universitetini seçən tələbələr çoxalıb

Bu il Bakı Slavyan Universitetini seçən tələbələr çoxalıb

Qafqaz Universitetinin tələbələri üçün Bakı Mühəndislik Universitetində təhsil haqqı cari tədris ili üçün sabit qalacaq

Qafqaz Universitetinin tələbələri üçün Bakı Mühəndislik Universitetində təhsil haqqı cari tədris ili üçün sabit qalacaq

Rektor etirazçılardan danışdı: “Onlar oxumayan tələbələrdir...”

Rektor etirazçılardan danışdı: “Onlar oxumayan tələbələrdir...”

Qonşu ölkələrdə ali məktəbə attestatla qəbul olunmuş... -Təhsil Nazirliyi

Qonşu ölkələrdə ali məktəbə attestatla qəbul olunmuş... -Təhsil Nazirliyi

Tələbələrin çözülməyən yataqxana problemi

Tələbələrin çözülməyən yataqxana problemi

Yataqxana problemi və universitetlərin planları

Yataqxana problemi və universitetlərin planları

Tələbələr diplom aldıqdan sonra iş tapa biləcəklərmi? -SORĞU

Tələbələr diplom aldıqdan sonra iş tapa biləcəklərmi? -SORĞU

"Azərbaycan təhsil sistemində tələbə əsas şəxs kimi qəbul edilir və öncə məhz tələbənin maraqları nəzərə alınmalıdır"

"Azərbaycan təhsil sistemində tələbə əsas şəxs kimi qəbul edilir və öncə məhz tələbənin maraqları nəzərə alınmalıdır"

Nazirlik: Təfəkkür Universiteti akkreditasiyadan keçmədiyi üçün tələbələrə diplom verilməyəcək - MÜSAHİBƏ

Nazirlik: Təfəkkür Universiteti akkreditasiyadan keçmədiyi üçün tələbələrə diplom verilməyəcək - MÜSAHİBƏ

Qış imtahan sessiyası bitəndən sonra tələbələr digər universitetlərə köçürüləcək

Qış imtahan sessiyası bitəndən sonra tələbələr digər universitetlərə köçürüləcək

Kamal Abdullanı gənc rektor əvəzləyəcək

Kamal Abdullanı gənc rektor əvəzləyəcək