Xəbərlər, D.Qulluğu
24 fevral 2018
370

DİM-dən dövlət qulluğuna qəbul olmaq istəyənlərə - XƏBƏRDARLIQ


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

DİM-dən dövlət qulluğuna qəbul olmaq istəyənlərə - XƏBƏRDARLIQ

 

2018-ci il fevralın 23-də Dövlət İmtahan Mərkəzi tərəfindən 11 yanvar tarixində elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyatdan keçmiş namizədlərlə müsahibələr davam etdirilib.

DİM-dən verilən məlumata görə, müsahibələr Bakı şəhəri, həmçinin DİM-in Gəncə, Şəki, Şirvan, Göyçay, Lənkəran, Bərdə regional bölmələri, Quba regional "ASAN” xidmət mərkəzi daxil olmaqla 17 müxtəlif yerdə təşkil edilib. Mingəçevirdə isə müsahibələrin keçirilməsinə yaxın günlərdə başlanılacaq. Gün ərzində keçirilməsi nəzərdə tutulan 115 müsahibədən 65-i baş tutmuş, 50 namizədlə müsahibə isə onların gəlməməsi səbəbindən baş tutmamışdır. Müsahibədə iştirak etmiş namizədlərdən 25-i iddia etdiyi vəzifəyə uyğun hesab edilmiş, 2 nəfərin nəticəsi isə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli 1480 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası”nın 5.6-cı hissəsinə əsasən etibarsız hesab edilib.

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Xüsusilə nəzərə almaq lazımdır ki, müsahibələr ilk dəfə olaraq regionlarda da keçirilir və bu məqsədlə DİM və dövlət orqanlarının nümayəndələri bu bölgələrə ezam olunurlar.

Dövlət İmtahan Mərkəzi namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar DİM-in məlumat bazasında qeydiyyata alınır.
Müsahibələrdə iştirak etmək istəməyən namizədlər müsahibə tarixinə 1 gün qalmış, səhər saat 10:00-dək müraciətlərini  buradan ləğv etməlidirlər.

Namizədlərlə müsahibələrin keçirilməsi martın 16-dək davam edəcək.





Whatsapp'ta Paylaş

loading...

Həmçinin oxuyun:
Dövlət qulluğuna qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Dövlət qulluğuna qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Müsahibəyə gəlməyənlərin nəzərinə!

Müsahibəyə gəlməyənlərin nəzərinə!

Dövlət qulluğuna qəbul olmaq istəyənlərin 30 faizi... - DİM AÇIQLADI

Dövlət qulluğuna qəbul olmaq istəyənlərin 30 faizi... - DİM AÇIQLADI

Dövlət qulluğunda inzibati icraçı (B növ) vəzifələr üzrə müsabiqənin müsahibə mərhələsi başlayır

Dövlət qulluğunda inzibati icraçı (B növ) vəzifələr üzrə müsabiqənin müsahibə mərhələsi başlayır

Dövlət orqanında işləmək istəyənlərə - YENİ İMKAN

Dövlət orqanında işləmək istəyənlərə - YENİ İMKAN

DİM dövlət orqanlarında 165 vakant vəzifənin tutulması üçün müsahibə elan edib

DİM dövlət orqanlarında 165 vakant vəzifənin tutulması üçün müsahibə elan edib

Bu dövlət qurumlarında məmur yerləri boşdur - DİM açıqladı+Siyahı

Bu dövlət qurumlarında məmur yerləri boşdur - DİM açıqladı+Siyahı

DİM vakant vəzifələrin tutulması üçün keçirilən müsahibələrlə bağlı məlumat yayıb - SİYAHI

DİM vakant vəzifələrin tutulması üçün keçirilən müsahibələrlə bağlı məlumat yayıb - SİYAHI

DİM 519 yeni vakant yerləri elan edib

DİM 519 yeni vakant yerləri elan edib

Dövlət qulluğuna qəbul olmaq istəyənlər - Bu vəzifələri seçə biləcək

Dövlət qulluğuna qəbul olmaq istəyənlər - Bu vəzifələri seçə biləcək

Vəzifə sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ!

Vəzifə sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ!

Dövlət qulluğuna qəbul və sınaq imtahanlarının tarixləri ELAN EDİLDİ

Dövlət qulluğuna qəbul və sınaq imtahanlarının tarixləri ELAN EDİLDİ

DİM müsahibə vaxtını açıqladı

DİM müsahibə vaxtını açıqladı

Dövlət qulluğundakı 1145 vəzifə üçün müsabiqə ELAN OLUNDU

Dövlət qulluğundakı 1145 vəzifə üçün müsabiqə ELAN OLUNDU

Rəhbər vəzifələrdə işləmək istəyənlər üçün imtahan keçiriləcək

Rəhbər vəzifələrdə işləmək istəyənlər üçün imtahan keçiriləcək

DİM vakant rəhbər vəzifələr üzrə müsahibə elan edib

DİM vakant rəhbər vəzifələr üzrə müsahibə elan edib

Dövlət qulluğuna qəbulun nəticələri açıqlanıb - 990 nəfər...

Dövlət qulluğuna qəbulun nəticələri açıqlanıb - 990 nəfər...

Məmur olmaq istəyənlər üçün müsahibə elan edildi

Məmur olmaq istəyənlər üçün müsahibə elan edildi

Dövlət İmtahan Mərkəzi tərəfindən vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edilmişdir

Dövlət İmtahan Mərkəzi tərəfindən vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edilmişdir

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edilib

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edilib

Dövlət qulluğuna qəbul olunmaq üçün müsabiqə elan olundu – 1500 vakant yer

Dövlət qulluğuna qəbul olunmaq üçün müsabiqə elan olundu – 1500 vakant yer

Ali təhsili olmayanların dövlət qulluğu ilə bağlı müsahibə komissiyasının üzvü olması qadağan edilib

Ali təhsili olmayanların dövlət qulluğu ilə bağlı müsahibə komissiyasının üzvü olması qadağan edilib

Dövlət qulluğuna qəbulla bağlı müsahibələr ödənişsiz olacaq

Dövlət qulluğuna qəbulla bağlı müsahibələr ödənişsiz olacaq

"Dövlət qulluğu üçün müsahibə mərhələsində iştirakın ödənişli keçirilməsi barədə hələlik qərar qəbul olunmayıb"