Xəbərlər, Digər Xəbərlər
23 fevral 2018
829

Özəl məktəblərdə təhsilin qiyməti - ARAŞDIRMA


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş


 

Azərbaycanda 9 ümumtəhsil məktəbində tədris xarici dillərdə aparılır. Həmin özəl məktəblərdən biri Şəmkirdə, 8-i isə Bakıda fəaliyyət göstərir. Onlardan 6-da ingilis, 1-də rus, 1-də fransız, 1-də türk dilində tədris aparılır. 
 
Baku Oxford School tam orta ümumtəhsil məktəbi MMC-də (ingilis) hazırda 585 şagird təhsil alır. Məktəbin illik təhsil haqqısı 15 500 manatdır. Burada 1-ci sinifdən 11-ci sinifə qədər təhsil haqları eynidir. Bu məbləğə servisdən başqa hər şey daxildir. 
 
Baku Oxford Schoolun Şəmkir filialında isə (ingilis) 207 şagird təhsil alır. Məktəbdə illik təhsil haqqı 7000 manatdır. Məktəbə bir evdən iki uşaq gedəndə bir nəfər üçün 10 faiz endirim edilir. Həmçinin bu məbləğ 10 aya bölünür və valideyn hər ayın müəyyən olunmuş günündə təhsil haqqını ödəyir. Məktəbdə 8-ci sinifdən başlayaraq şagirdin xaricdə təhsil almasını nəzərə alıb, onu həmin istiqamət üzrə hazırlayırlar. 
 
Bakı Fransız Liseyi Təhsil Kompleksində (fransız) 105 şagird təhsil alır. Burada ibtidai siniflərdə təhsil haqqı 13000 manat, aylıq 1300 manatdır. Yuxarı siniflər üçün illik təhsil haqqı 14000, aylıq isə 1400 manat təşkil edir.
 
BAKI İstedadlar və Təhsil Kompleksində 446 şagird ingilis dilində təhsil alır. Burada ibtidai siniflər üçün illik təhsil haqqı 14900, yuxarı bölmə üçün 15900 manatdır. Güzəşt yalnız SOCAR işçilərinə tətbiq edilir. 
 
Odlar Yurdu universitetinin İnnovasiya məktəbində (British School) (ingilis) 388 şagird təhsil alır. Burada təhsil haqları yerli və əcnəbi müəllimlərin dərs deməyindən asılı olaraq dəyişir. Belə ki, 1-ci sinifdən 6-cı sinifə qədər olan dövrdə yerli müəllimlər tərəfindən dərs deyildikdə illik təhsil haqqı 16500 manat, əcnəbi müəllimlər tərəfindən dərs deyildikdə isə illik təhsil haqqı 18500 manatdır. Yuxarı siniflərdə müvafiq olaraq illik təhsil haqqı 17500 və 19500 (20 min) manatdır. Tədris ingilis dilindədir, fərq sadəcə müəllimlərdədir. 
 
Oxbridge Academy (ingilis) məktəbində 183 şagird təhsil alır. Burada 1-ci sinifdən başlayaraq 6-ci sinifə qədər (6-cı sinif də daxil olmaqla) illik təhsil haqqı 6500 dollardır (hazırkı məzənnə ilə 11050 manat). 7,8,9-cu siniflər üzrə 7500 dollar (hazırkı məzənnə ilə 12750 manat), 10 və 11-ci siniflər üzrə isə 8500 dollar (hazırkı məzənnə ilə 14450 manat), 12,13-cu siniflər isə 10500 dollardır (hazırkı məzənnə ilə 17851 manat). 
 
SABİS SUN İnternational school–da (ingilis) 269 şagird təhsil alır. Burada illik təhsil haqqı 1-ci sinifdən başlayaraq 10-cu sinifə qədər hər sinif üzrə artımla müşahidə olunur. Belə ki, hər sinif üzrə təhsil haqlarında 100-200 manat fərq olur. Ümumilikdə isə məktəbdə minimum təhsil haqqı 12100 manatdan başlayır (birinci sinifdə). Maksimum qiymət isə 10-cu sinifdə 13379 manatdır. 
 
Xabad Or Avner tədris kompleksində (rus) 106 şagird oxuyur. Burada yalnız yəhudi uşaqları təhsil alır və humanitar məktəb olduğu üçün burada təhsil haqqı yoxdur. "Xabad-Or-Avner” yəhudi orta məktəbi 2010-cu ildə Heydər Əliyev Fondu və "Or-Avner” Fondu tərəfindən inşa edilib. 
 
Bakı Atatürk Liseyində (türk) 559 şagird təhsil alır. Orada birinci il üçün illik təhsil haqqı 2000 manat, növbəti ildən isə 1000 manatdır. Liseydə tədris 3 hissəyə bölünür: 1-ci sinifdən 5-ci sinifə qədər, 5-ci sinifdən 8-ci sinifə qədər, 9-ci sinifdən 11-ci sinifə qədər. Dövrlər üzrə bağlanan müqaviləyə əsasən təhsil haqqları ödənilir. Müqavilə bitəndən sonra artım olarsa, bu, nəzərə alınır.
 
AzVision.az






Whatsapp'ta Paylaş

Загрузка...
loading...

Həmçinin oxuyun:
Maaşlarımız nə qədər - ARTDI?

Maaşlarımız nə qədər - ARTDI?

1-5 yaşlı uşaqların 14,2 faizi məktəbəqədər təhsil müəssisələrində tərbiyə alır

1-5 yaşlı uşaqların 14,2 faizi məktəbəqədər təhsil müəssisələrində tərbiyə alır

Kirayədə qalan tələbələr - “Kommunal xərcləri də biz ödəyirik”

Kirayədə qalan tələbələr - “Kommunal xərcləri də biz ödəyirik”

Ən çox maaşı hansı peşənin sahibləri alır?  -SİYAHI

Ən çox maaşı hansı peşənin sahibləri alır? -SİYAHI

Azərbaycanda bir tələbəyə düşən xərclər artır - RƏSMİ

Azərbaycanda bir tələbəyə düşən xərclər artır - RƏSMİ

Bakıda şagirdlərin 17 faizi rus dilində təhsil alır -RƏSMİ

Bakıda şagirdlərin 17 faizi rus dilində təhsil alır -RƏSMİ

Məktəbdə və sinifdə şagird DAVRANIŞ QAYDALARI

Məktəbdə və sinifdə şagird DAVRANIŞ QAYDALARI

"Diplomsuzlar 800, savadlı müəllim 150 manat maaş alır"- EKSPERT

Azərbaycanda bu məktəblərdə müəllimlər üçün pul yığılır - SİYAHI

Azərbaycanda bu məktəblərdə müəllimlər üçün pul yığılır - SİYAHI

Dünyada müəllimə ən yüksək maaş verən ölkələr- Təəccübləndirəcək rəqəmlər

Dünyada müəllimə ən yüksək maaş verən ölkələr- Təəccübləndirəcək rəqəmlər

"Müəllimlər kommunal xərclərdən azad edilsinlər"

Xaricdə dövlət universitetlərinin təhsilhaqqı aşağı salınır, Azərbaycanda isə qaldırılır

Xaricdə dövlət universitetlərinin təhsilhaqqı aşağı salınır, Azərbaycanda isə qaldırılır

52 min şagird və 1050 sinif - dünyanın ən böyük məktəbinə xoş gəldiniz! - FOTO

52 min şagird və 1050 sinif - dünyanın ən böyük məktəbinə xoş gəldiniz! - FOTO

Müəllimlərin əmək haqları artırılacaq

Müəllimlərin əmək haqları artırılacaq

Bəzi univeritetlərdə təhsil haqqları artırıldı – SİYAHI

Bəzi univeritetlərdə təhsil haqqları artırıldı – SİYAHI

Hansı universitetlər təhsil haqlarını artırıblar?

Hansı universitetlər təhsil haqlarını artırıblar?

Hansı valideynlər övladını Bakıdakı “Xabad-Or-Avner” yəhudi məktəbində oxutdura bilər?

Hansı valideynlər övladını Bakıdakı “Xabad-Or-Avner” yəhudi məktəbində oxutdura bilər?

Təhsil Nazirliyindən müəllimləri sevindərəcək AÇIQLAMA:

Təhsil Nazirliyindən müəllimləri sevindərəcək AÇIQLAMA: "50 min müəllimin əmək haqqı ARTIRILACAQ"

Nazir müavini: “Azərbaycanda 115 914 şagird rus dilində təhsil alır”

Nazir müavini: “Azərbaycanda 115 914 şagird rus dilində təhsil alır”

Özəl universitetlərdə hansı ixtisasların təhsil haqları endirildi... - SİYAHI

Özəl universitetlərdə hansı ixtisasların təhsil haqları endirildi... - SİYAHI

Özəl ali məktəblər qiymətləri 50 faiz endirdi

Özəl ali məktəblər qiymətləri 50 faiz endirdi

Azərbaycanlı müəllimlər etiraz etdi: “350 manat maaş alıramsa, niyə dərs keçim?”

Azərbaycanlı müəllimlər etiraz etdi: “350 manat maaş alıramsa, niyə dərs keçim?”

Nazirlik 11 illik məktəblərin ləğv olunması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib  Böyüt

Nazirlik 11 illik məktəblərin ləğv olunması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib Böyüt

Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar