Xəbərlər, MÜƏLLİM
21 fevral 2018
801

“Müəllim, şagird məktəbə qaytarılmalı və…”


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

“Müəllim, şagird məktəbə qaytarılmalı və…”

 

Təhsil sahəsində müntəzəm aparılan dəyişikliklərə, təkmilləşdirmə və yeniləşdirmə tədbirlərinə baxmayaraq, repetitorluq inkişaf edir, özünə yeni-yeni tərəfdarlar toplayaraq geniş auditoriya qazanmaqda davam edir. Halbuki şagird lazımi bilikləri məhz təhsil müəssisəsində almalı və dərsdən sonra yenidən müəllim yanına getməsinə ehtiyac qalmamalıdır.

 
Bu sözləri Teleqraf.com-a açıqlamasında təhsil eksperti Nadir İsrafilov deyib.
 
Ekspertin sözlərinə görə, normal dərs keçilən məktəbdə şagirdə repetitor gərək deyil:
 
"Ümumiyyətlə götürdükdə, Azərbaycanda repetitorluq ənənəsi test üsulunun tətbiqindən sonra daha geniş vüsət almağa başlayıb. Orta məktəblərdə təhsilin keyfiyyətsizliyini görən valideyn övladının ali məktəbə qəbul olması üçün əlavə imkanlardan, yəni repetitor xidmətindən istifadə zərurəti qarşısında qaldı. Həmin narahatlıq hətta bağçayaşlı uşaqların valideynlərinə də sirayət etməyə başladı”.
 
Ekspertin fikirincə, repetitorluq dünənin-bu günün məsələsi deyil, ümumiyyətlə, bu, daim cəmiyyəti maraqlandıran, düşündürən, eyni zamanda, birmənalı qarşılanmayan bir problemdir:
 
"İnsanların bir qismi hesab edir ki, təhsilimiz repetitorların ümidinə qalıbsa, "repetitorluq xəstəliyi" sürətlə ibtidai sinifləri belə öz ağuşuna alıbsa, artıq bir çox müəllim təkcə dövlət büdcəsindən maaş alan qulluqçu kimi yox, həm də məktəb direktorlarının yaratdığı qeyri-qanuni "repetitor" biznes strukturunun əməkdaşı kimi fəaliyyət göstərirsə, bu, təhsilimizin böyük problemidir.
 
Digərləri isə düşünür ki, repetitorluğun aradan qaldırılması üçün ilk növbədə bəzi zəruri məsələlər həll edilməlidir: təhsilin keyfiyyəti artırılmalı, sosial məsələlər çözülməli, müəllim-valideyn əlaqələri genişləndirilməlidir. Bu prosesə pedaqoji dəyərlərimizin aşınması, "anti-məktəb prosesi" kimi baxanlar da var, təhsil qanunvericiliyi bir yana, adi məntiqə belə əhəmiyyət verməyərək, məktəbin kompleks təlim-tərbiyə müəssisəsi olduğunu və təhsil alanlara sistemləşdirilmiş bilik, bacarıq və vərdişlər verməyə məhz məktəbin borcu oduğunu hesab edənlər də...
 
Ölkə konstitusiyasına və qanunlarına görə, Azərbaycanda təhsil bir fəaliyyət sahəsi olaraq tamamilə dövlət nəzarəti altındadır və hətta dini təhsil də daxil olmaqla dövlətin nəzarətindən kənar heç bir təhsil ola bilməz. Təəssüf ki, məhz rəsmi təhsilin səmərəsizliyi ucbatından şagirdlərimiz istər-istəməz öz uşaqlıq dövrünü normal keçirməkdən, valideyn isə maddi vəsaitindən məhrum olur, repetitorluğa üz tutmağa məcbur qalırlar.
 
Təhsildə yaranmış bu acınacaqlı vəziyyəti necə qəbul etmək olar ki, şagird məktəbdə lazım olan bilik, bacarıq və vərdişlərə yiyələnə bilmir, dərsdən sonra qalan vaxtının bir hissəsini öz inkişafının başqa istiqamətlərinə sərf etmək əvəzinə, hər gün qeyri-rəsmi məktəbə – repetitor yanına qaçmalı olur?..”
 
Nadir İsrafilov bildirib ki, repetitor xidməti çoxluğun deyil, azlığın xidmətidir:
 
"Başqa sözlə, tam orta məktəbin vəzifəsinin yalnız ali məktəbə tələbə hazırlamaq olmadığını nəzərə almamışıq, qəbul prosesini ixtisaslara bölməklə bir qrup təhsil alanların bütün fənlər üzrə deyil, konkret dar ixtisaslar üzrə hazırlaşmasına, ali təhsil almaq məqsədi olmayanların isə ümumiyyətlə kütləvi şəkildə oxumağa marağının itməsinə zəmin yaratmışıq.
 
"Təhsil haqqında” qanuna əsasən isə Azərbaycan Respublikasında təhsilin əsas məqsədi dövlət qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquq və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməkdir. Təhsilalanların hüquq və vəzifələrinə isə dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq daxildir”.
 
Ekspertin fikirincə, təhsil qanunvericiliyi ilə əlaqədar heç bir rəsmi sənəddə tam orta təhsil məktəbi qarşısında ali məktəbə tələbə hazırlamaq vəzifəsi, o cümlədən tam orta məktəbi bitirən məzun qarşısında ali məktəbə daxil olmaq öhdəliyi qoyulmayıb:
 
"Əgər təhsilimiz repetitorların ümidinə qalıbsa, əgər bu "repetitorluq xəstəliyi” sürətlə ibtidai sinifləri belə öz ağuşuna alıbsa, bunun acı nəticələrinə toplum olaraq həm maddi, həm də mənəvi cəhətdən qatlanmaq zorundayıqsa, bu, artıq təhsilimizin ümdə problemi sayıla bilər”.
 
Nadir İsrafilovun sözlərinə görə, təhsildən az-çox məlumatı olan istənilən orta statistik adam bilir ki, repetitorluq rəsmi təhsil zəif olan yerlərdə çiçəklənir, dünyanın heç bir sivil ölkəsində bu xidmət müştərək anlaşma əsasında və məktəbin tədris planları ilə nəzərdə tutulmuş dərs saatlarının hesabına həyata keçirilmir, məktəb mühitinin dağıdılmasına xidmət etmir: "Hesab edirəm ki, müəllim və şagird məktəbə qaytarılmalı, məktəb ənənələri bərpa edilməlidir. Orta və ali məktəblərdə təhsil mühiti sağlamlaşdırılmalı və müəllimlərin sosial təminat sistemi yaradılmalıdır. Ən başlıcası isə, kursların və repetitorluğun açıq təbliğinə son qoyulmalıdır”.






Whatsapp'ta Paylaş

loading...

Загрузка...
Həmçinin oxuyun:
Əxlaqsız şagird olayı - Daha dəhşətliləri var – Gizlədilənlər...

Əxlaqsız şagird olayı - Daha dəhşətliləri var – Gizlədilənlər...

Nadir İsrafilov: “Məktəbin günahı böyükdür, lakin güahkar təkcə məktəb deyil…”

Nadir İsrafilov: “Məktəbin günahı böyükdür, lakin güahkar təkcə məktəb deyil…”

“Təhsildən yayınma sıradan olan bir məsələ deyil...”

“Təhsildən yayınma sıradan olan bir məsələ deyil...”

Məktəb psixoloqları öz vəzifə funksiyalarını necə yerinə yetirirlər?

Məktəb psixoloqları öz vəzifə funksiyalarını necə yerinə yetirirlər?

Uşaqlar məktəbdən niyə qorxur?- Psixoloqdan valideynlərə məsləhət

Uşaqlar məktəbdən niyə qorxur?- Psixoloqdan valideynlərə məsləhət

İki qardaş iki həftədir dərsə gedə bilmirlər

İki qardaş iki həftədir dərsə gedə bilmirlər

Çox halda keyfiyyət deyil, kəmiyyət dalınca qaçırıq...

Çox halda keyfiyyət deyil, kəmiyyət dalınca qaçırıq...

Dərs ilinin ilk günü ağlayan birincilər - Məktəbdə onlarla necə davranmaq lazımdır?

Dərs ilinin ilk günü ağlayan birincilər - Məktəbdə onlarla necə davranmaq lazımdır?

Mehdizadə və Mərdanov

Mehdizadə və Mərdanov

Azərbaycanın ən bərbad məktəbi -  Uyğunlaşdırılmış tövlədən REPORTAJ- FOTOLAR - VİDEO

Azərbaycanın ən bərbad məktəbi - Uyğunlaşdırılmış tövlədən REPORTAJ- FOTOLAR - VİDEO

Tələbələrin çözülməyən yataqxana problemi

Tələbələrin çözülməyən yataqxana problemi

Dövlət qulluğuna qəbulla bağlı dəyişiklik təsdiqlənib/ekspertin dəyişikliyə yanaşması...

Dövlət qulluğuna qəbulla bağlı dəyişiklik təsdiqlənib/ekspertin dəyişikliyə yanaşması...

"Təhsilimizdə eniş prosesi nə etsək də hələ bir neçə illər davam edəcək"

İbtidai siniflərə əlavə dərs saatı müəyyən olunsunmu?- yeni müzakirə obyekti

İbtidai siniflərə əlavə dərs saatı müəyyən olunsunmu?- yeni müzakirə obyekti

"Abituriyentin tədrisi mənimsəmə bacarığı yoxdursa, repetitor nə edə bilər ki!”

Azyaşlı uşaqların təhsildən yayınmasına səbəb nədir?

Azyaşlı uşaqların təhsildən yayınmasına səbəb nədir?

"Yoxlama"nın rəsmi icazəsinin olmamasına ekspert rəyi-Nadir İsrafilov

Şəxsiyyət nədir ? Şəxsiyyəti yetişdirəcək müəllim necə olmalıdır ?

Şəxsiyyət nədir ? Şəxsiyyəti yetişdirəcək müəllim necə olmalıdır ?

Təhsilimiz növbəti sınaq qarşısında. Bu keçid düşündüyümüz qədər də sadə bir proses deyil.

Təhsilimiz növbəti sınaq qarşısında. Bu keçid düşündüyümüz qədər də sadə bir proses deyil.

“2” qiymət alanların sayı təhsilin vəziyyətini göstərir ?

“2” qiymət alanların sayı təhsilin vəziyyətini göstərir ?

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

İldən-ilə ali məktəbə sənəd verənlərin sayı  azalır

İldən-ilə ali məktəbə sənəd verənlərin sayı azalır

Təhsilin keyfiyyəti nəzərəçarpacaq dərəcədə aşağı düşüb və bu proses dərinləşməkdə davam etməkdədir.

Təhsilin keyfiyyəti nəzərəçarpacaq dərəcədə aşağı düşüb və bu proses dərinləşməkdə davam etməkdədir.

Valideyn  komitəsinin  hüquqları  və  vəzifələri

Valideyn komitəsinin hüquqları və vəzifələri