Xəbərlər, MÜƏLLİM
20 fevral 2018
536

Bu universitetlərdə yaşı 70-i ötmüş müəllimlər də çalışır - SİYAHI


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş


 

Adətən yaşla təcrübənin düz mütənasib olduğunu deyirlər. Bu baxımdan tədris ocaqlarında yaşı yuxarı olan müəllimlərə xüsusilə hörmət edilir.

Maraqlıdır, Azərbaycan universitetlərində yaşı 70 və yuxarı olan nə qədər müəllim var?

Modern.az saytı bununla bağlı bir neçə ali təhsil ocağı ilə əlaqə yaradıb.

Bakı Dövlət Universitetinin (BDU) mətbuat katibi Pərvanə İbrahimova bildirib ki, universitetdə yaşı 75-dən yuxarı olan professor və müəllim heyətinin sayı 139 nəfərdir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri  Mənsur İbrahimov deyib ki, ADPU-da yaşı 70 və daha çox olan 136 müəllim işləyir.

Azərbaycan Texniki Universitetin (AzTU) mətbuat xidmətinin rəhbəri Nicat Abdullayev qeyd edib ki, bu ali məktəbdə kadrların gəncləşdirilməsi prioritet məsələdir:

"Universitet rəhbərliyi, bütün sahələrdə olduğu kimi, müəllimlərin də gəncləşdirilməsində maraqlıdır. Buna görə də, mütəmadi olaraq uğurlu məzunlarımızla, eləcə də magistratura və doktrantura səviyyəsini yeni bitirən məzunlarla rektorun görüşü keçirilir. Onlaramüvafiq ixtisaslar üzrə dərs demələri, ümumiyyətlə iş yeri kimi AzTU-nu seçmələri üçün şərait yaradılır. Həmçinin,  bakalavriat səviyyəsini müəfəqiyyətlə bitirən məzunlarımızın magistr təhsili alması üçün onlara pulsuz hazırlıq kursları təşkil olunur ki, bu da birbaşa kadrların gəncləşdirilməsinə hesablanmış yaxın perespektivdir.

Universitetimizdə dövlət gənclər siyasətinə uyğun olaraq kadrların gəncləşdirilməsi işi aparılsa da, dəyərli professorlarımızın, alimlərimizin xidmətindən imtina olunmur. Onlar universitetin kafedralarında, laboratoriyalarında məsləhətçi professor kimi fəaliyyətlərini davam etdirirlər və öz bilik və bacarıqlarını gənc müəllimlərimizlə bölüşürlər”.

Azərbaycan Dillər Universitetinin (ADU) mətbuat katibi Ağa Cəfərlinin sözlərinə görə, ADU-da70 yaşdan yuxarı olan işçilərin ümumi sayı 48 nəfərdir: "Bunlardan 9-u inzibati işçidir, qalanları müəllimdir”.

Bakı Mühəndislik Universitetin (BMU) mətbuat xidmətinin rəhbəri Rəcəb Rza deyib ki, BMU-da ümumiyyətlə yaşı 70 və daha çox olan müəllim fəaliyyət göstərmir.

Qərbi Kaspi Universitetinin mətbuat katibi Vüsal Məmmədov bildirib ki, universitet komandanın, eləcə də müəllim-pedaqoq heyətinin seçimində gənclərə, xüsusilə xaricdə təhsil almış, öz sahəsi üzrə təcrübəsi olan, peşəkarlıq səviyyəsi yüksək olan gənclərə üstünlük verir:

"Müəllimlərimizin demək olar ki, hamısı gənclərdir. Yaşı 70-dən yuxarı olan yalnız iki müəllimimiz var, hansı ki, onların da təcrübəsi tədrisin keyfiyyətli təşkilində olduqca mühüm rol oynayır. Həmin müəllimlər universitetimizdə məsləhətçi-müəllim kimi çalışırlar”.

Bakı Avrasiya Universitetinin mətbuat şöbəsinin rəhbəri Şəfayət Əliyev deyib ki, bu təhsil ocağında 70 yaş üzərində 10 nəfər müəllim çalışır:

"Bu yaş kateqoriyalarında olan müəllim və professorlarımızın əksəriyyəti elmi rəhbər statusunda işlərini davam etdirir.

Bunlar bizim dəyərli alimlərimizdir və gənc müəllimlərin,eləcə də tələbələrimizin onların təcrübəsinə böyük ehtiyacları var”.






Whatsapp'ta Paylaş

Загрузка...
loading...

Həmçinin oxuyun:
Qış imtahanlarından “2” alan tələbələr - MÜZAKİRƏLƏR BAŞLADI

Qış imtahanlarından “2” alan tələbələr - MÜZAKİRƏLƏR BAŞLADI

Orta məktəblərdə çalışan müəllimlərin sayı açıqlandı

Orta məktəblərdə çalışan müəllimlərin sayı açıqlandı

Universitetlərdə qış imtahanları yarıya çatdı - Hansı ali məktəbdə narazılıq BÖYÜKDÜR?

Universitetlərdə qış imtahanları yarıya çatdı - Hansı ali məktəbdə narazılıq BÖYÜKDÜR?

65 yaşı tamam olmuş təhsil işçisi hansı halda işdə saxlanıla bilər?

65 yaşı tamam olmuş təhsil işçisi hansı halda işdə saxlanıla bilər?

Universitetlərdə elmi iş müdafiə edənlər - 2017-də hansı ali məktəb öndə olub? -SİYAHI

Universitetlərdə elmi iş müdafiə edənlər - 2017-də hansı ali məktəb öndə olub? -SİYAHI

4 ilə iki diplom almaq imkanı...

4 ilə iki diplom almaq imkanı...

“Gələcəyin müəllimi təqaüdü” LƏĞV EDİLİB?

“Gələcəyin müəllimi təqaüdü” LƏĞV EDİLİB?

Universitet müəllimlərinin əməkhaqları artırılacaq

Universitet müəllimlərinin əməkhaqları artırılacaq

Texniki Universitetdə əmək haqqı artırıldı

Texniki Universitetdə əmək haqqı artırıldı

BSU məzunu mətbuat katibi təyin olundu

BSU məzunu mətbuat katibi təyin olundu

Bakı Mühəndislik Universiteti tələbələrinə ayrıca yataqxana verib

Bakı Mühəndislik Universiteti tələbələrinə ayrıca yataqxana verib

Hansı ali məktəbin güzəştli tələbəsi çoxdur? - SİYAHI

Hansı ali məktəbin güzəştli tələbəsi çoxdur? - SİYAHI

Bakıdakı universitetlər: “Tələbələrimizə yer verə bilmirik” - PROBLEM

Bakıdakı universitetlər: “Tələbələrimizə yer verə bilmirik” - PROBLEM

Bu il 500-dən yuxarı bal toplayan 1500 nəfər BDU-nu seçib  Böyüt

Bu il 500-dən yuxarı bal toplayan 1500 nəfər BDU-nu seçib Böyüt

Ali məktəblərə qəbul olunmuş bəzi gənclər təhsildən imtina etdilər – SİYAHI

Ali məktəblərə qəbul olunmuş bəzi gənclər təhsildən imtina etdilər – SİYAHI

LDU-da   tyutor kurslarının bu ilki nəticələri sevindirici oldu-10 nəfər LDU-da işləmək imkanı qazandı!

LDU-da tyutor kurslarının bu ilki nəticələri sevindirici oldu-10 nəfər LDU-da işləmək imkanı qazandı!

Bakıda tələbə faciəli şəkildə öldü

Bakıda tələbə faciəli şəkildə öldü

Universitetlərimizin təhlükəsizliyi necə qorunur?...

Universitetlərimizin təhlükəsizliyi necə qorunur?...

Ali məktəblərdə yay imtahanları başlayıb - Hansı təhsil ocağından şikayət var...

Ali məktəblərdə yay imtahanları başlayıb - Hansı təhsil ocağından şikayət var...

Rektor etirazçılardan danışdı: “Onlar oxumayan tələbələrdir...”

Rektor etirazçılardan danışdı: “Onlar oxumayan tələbələrdir...”

Özəl universitetlərdə hansı ixtisasların təhsil haqları endirildi... - SİYAHI

Özəl universitetlərdə hansı ixtisasların təhsil haqları endirildi... - SİYAHI

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə yeni dekan təyin olunub

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə yeni dekan təyin olunub

ADPU-da məktəb direktorları ilə görüş keçirilib

ADPU-da məktəb direktorları ilə görüş keçirilib

Təfəkkür Universitetinin bağlanması özəl ali məktəb sferasında ilk hadisə deyil

Təfəkkür Universitetinin bağlanması özəl ali məktəb sferasında ilk hadisə deyil