Xəbərlər, Digər Xəbərlər
19 fevral 2018
1429

Təhsil Nazirliyi summativ qiymətləndirmə ilə bağlı təklif olunan yenilikləri açıqlayıb


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

Təhsil Nazirliyi 2018-2019-cu tədris ilindən orta məktəblərdə summativ qiymətləndirmə ilə bağlı hazırlanan sənəd layihəsində yer alan yenilikləri açıqlayıb.

Yeniliklər barədə danışan Nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev bildirib ki, dəyişikliklərin edilməsində məqsəd şagirdlərin dərs və imtahan yükünü azaltmaqdır.

Şöbə müdiri bildirib ki, məktəbdə şagirdlər kifayət qədər çox imtahan verirlər: "Aparılan təhlillərə görə imtahanların sayı müəyyən qədər çoxdur. Bütün kənd məktəblərində bunu həyata keçirmək mümkünsüzdür. Şagirdlərin psixoloji gərginlik yaşaması da düzgün deyil. Birinci sinifdə təhsil alan şagirdlər məktəbə gəlib çatmamış onları imtahan edirik. Bunu nəzərə alaraq summativ qiymətləndirmənin sayının əsaslı şəkildə azaltmağa çalışırıq”.

Nazirlik rəsmisi vurğulayıb ki, qiymətləndirmə ilə bağlı dəyişikliklərin edilməsi bəzi mübahisəli məqamların da həllinə imkan verəcək: "Valideynlər eyni gündə bir neçə summativin keçirilməsi ilə bağlı Nazirliyə tez-tez şikayət edirdilər. Hazırkı sənəd layihəsində gün ərzində keçiriləcək summativlərin maksimum sayı müəyyən edilib. Hesab edirik ki, gün ərzində 3-dən çox summativ olmamalıdır. Eyni zamanda başqa mübahisəli məsələlərdən biri summativlərin müddəti idi. Bəzi müəllimlər bunu 30, bəziləri isə 45 dəqiqə müddətində edirdi. İndi isə kiçik summativ qiymətləndirilmənin (KSQ) keçirilmə müddətinin 45 dəqiqə olması təklif olunub”.

E.Əmrullayev əlavə edib ki, yeni layihədə summativlərdə şagirdlərin biliyinin balla qiymətləndirilməsi təklif edilir: "Məsələn, şagird KSQ-dən 74 bal (4 qiyməti) toplayıb. Lakin yarım illik qiymət hesablandıqda KSQ-lərdən əldə edilən ballar toplanacaq. Balla hesablama həm mübahisə yaratmayacaq, həm də şagirdlərdə oxumağa həvəs yaradacaq. Şagirdlər üçün bal şkalası da aşağı salınıb. Misal olaraq, şagird 3 qiyməti almaq üçün 40 bal toplamalı idisə, indi onu 30 bala salmışıq”.

O əlavə edib ki, layihə hazırda aidiyyəti dövlət qurumları ilə razılaşdırma mərhələsindədir: "Dövlət İmtahan Mərkəzi artıq bununla bağlı rəyini təqdim edib və dəstəkləyib”.

Qeyd edək ki, 2018-2019-cu tədris ilindən orta məktəblərdə summativ qiymətləndirmə ilə bağlı dəyişikliklər edilə, 1-ci siniflərdə isə summativ qiymətləndirilmə ümumiyyətlə ləğv edilə bilər.

Xatırladaq ki, kurrikulumun tətbiqi ilə əlaqədar orta məktəblərdə şagird nailiyyətləri 3 formada – diaqnostik, formativ və summativ qiymətləndirmə formasında qiymətləndirilir. Summativ qiymətlədnrimə təhsilin hər hansı mərhələsində (tədris vahidinin, yarımilin və ilin sonunda) şagirdlərin əldə etdikləri nailiyyətlərin qiymətləndirməsidir. Summativ qiymətləndirmə əsasəında şagirdlərin illik qiymətləri formalaşır.





Whatsapp'ta Paylaş

loading...

Həmçinin oxuyun:
Bütün ölkədə 1-ci sinfə qəbulla bağlı - YENİLİK

Bütün ölkədə 1-ci sinfə qəbulla bağlı - YENİLİK

AZƏRBAYCANDA 1-Cİ SİNFƏ QƏBUL ELEKTRON QAYDADA OLACAQ

AZƏRBAYCANDA 1-Cİ SİNFƏ QƏBUL ELEKTRON QAYDADA OLACAQ

Təhsil Nazirliyi:

Təhsil Nazirliyi: "İmtahanların sayı azaldılır"

"...ŞAGİRDLƏRİN DƏRS VƏ İMTAHAN YÜKÜ AZALACAQ" - NAZİRLİK

Yeni Qiymətləndirmə Konsepsiyasının qəbul edilməsinə ehtiyac var...

Yeni Qiymətləndirmə Konsepsiyasının qəbul edilməsinə ehtiyac var...

Təhsil sisteminin “qorxulu yuxusu”, məktəblərdə paylanan “dadlı konfetlər”... -Həftənin icmalı LAYİHƏ

Təhsil sisteminin “qorxulu yuxusu”, məktəblərdə paylanan “dadlı konfetlər”... -Həftənin icmalı LAYİHƏ

Məktəblərdə summativ qiymətləndirmələr ləğv olunur - Təhsil Nazirliyində müzakirələr başlayıb

Məktəblərdə summativ qiymətləndirmələr ləğv olunur - Təhsil Nazirliyində müzakirələr başlayıb

Məktəblərdə summativlər ləğv olunur: Yazı işləri də azalacaq

Məktəblərdə summativlər ləğv olunur: Yazı işləri də azalacaq

Məktəbdaxili qiymətləndirmə ilə bağlı yeni qaydalar

Məktəbdaxili qiymətləndirmə ilə bağlı yeni qaydalar

Ümumtəhsil məktəblərində qiymətləndirmə

Ümumtəhsil məktəblərində qiymətləndirmə

Bakı məktəblərində I yarımil üzrə yekun qiymətləndirmə aparılır

Bakı məktəblərində I yarımil üzrə yekun qiymətləndirmə aparılır

Təhsil Nazirliyindən summativ qiymətləndirmə barədə AÇIQLAMA

Təhsil Nazirliyindən summativ qiymətləndirmə barədə AÇIQLAMA

Aşağı siniflərdə summativ qiymətləndirmələrin həcmi azalmalıdır- AÇIQLAMA

Aşağı siniflərdə summativ qiymətləndirmələrin həcmi azalmalıdır- AÇIQLAMA

Təhsil nazirinin müavini yeni qəbul qaydaları haqqında danışdı

Təhsil nazirinin müavini yeni qəbul qaydaları haqqında danışdı

Məktəblərdə müəllimlə yanaşı psixoloq nəzarəti mütləq gücləndirilməli…Psixoloq Səbinə Bayramova

Məktəblərdə müəllimlə yanaşı psixoloq nəzarəti mütləq gücləndirilməli…Psixoloq Səbinə Bayramova

Şagirdlərin qiymətləndirliməsində dəyişikliklər olunacaq

Şagirdlərin qiymətləndirliməsində dəyişikliklər olunacaq

"Bizi düşündürür ki, aşağı siniflərdə summativ qiymətləndirmə nə dərəcədə vacibdir?"-qiymətləndirmələrdə dəyişikliklər olacaq

“Məktəblərdə daxili qiymətləndirmə ilə yekun qiymətləndirmənin nəticələri üst-üstə düşmür”

“Məktəblərdə daxili qiymətləndirmə ilə yekun qiymətləndirmənin nəticələri üst-üstə düşmür”

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 4

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 4

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları.  VARİANT 2

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 2

Dioqnostik qiymətləndirməyə hazırlıq. Kurikuluma dair 20 sual və cavabları

Dioqnostik qiymətləndirməyə hazırlıq. Kurikuluma dair 20 sual və cavabları

Kurikulum üzrə məktəbdaxili qiymətləndirmə :   Diaqnostik , Formativ , Summativ

Kurikulum üzrə məktəbdaxili qiymətləndirmə : Diaqnostik , Formativ , Summativ

Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması QAYDALARI

Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması QAYDALARI

“Şagirdin öz ana dilindən “2” alması biabırçılıqdır”- Nazirlikdən və ekspertdən şərh

“Şagirdin öz ana dilindən “2” alması biabırçılıqdır”- Nazirlikdən və ekspertdən şərh