Xəbərlər, Digər Xəbərlər
14 fevral 2018
1436

Əxlaqsız şagirdin cəmiyyətə “mesajı” - 18+ saytlar...


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

Bakı şəhərindəki 132-134 nömrəli Təhsil Kompleksində çəkilən və əxlaqsız şagir tərəfindən yayılan görüntülər son günlərin cəmiyyəti narahat edən əsas müzakirə mövzusudur. Ölkə ictimaiyyəti, ekspertlər, ziyalılar yetkinlik yaşına çatmayan şagirdlər arasında bu cür halların yaşanmasının qarşısının alınması üçün təkliflər səsləndirirlər. Bir çoxu hesab edir ki, azyaşlılar arasında pornoqrafiyanın, intim hərəkətlərin yayılması həm də ölkədə 18+ saytlara girişdə məhdudiyyətlərin tətbiq olunmamasından qaynaqlanır. Bəzi ölkələrdə yetkinlik yaşına çatmamış şəxslərin belə saytlara girişi ilə bağlı məhdudiyyətlər tətbiq olunsa da, ölkəmizdə bu sahədə tənzimlənmə yoxdur.

Məsələ ilə bağlı Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, azyaşlıların psixikasına təsir edən saytlarla bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən addımların atılması çox vacibdir.

"Elə internet resursları var ki, uşaqlar üçün qadağan olunsa da, tədqiqat və digər məqsəd üçün faydalı ola bilirsə, bağlanması o qədər də məqbul sayılmır. Artıq ötən il İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi qanununda bu cür internet resurslarının bloklanması ilə bağlı müəyyən dəyişikliklər edilib. Həmin dəyişikliyə əsasən, uşaqların psixologiyasına mənfi təsir göstərən, pornoqrafiyanı, ektremist davranışları, təhlükəli oyunları təbliğ edən internet saytları məhkəmənin qərarı olmadan bloklana bilər. Bu sahədə səlahiyyətli qurum olan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Elektron Təhlükəizlik Mərkəzi (ETM) bu istiqamətdə sistemləşdirilmiş işlər aparmalıdır”, - O.Gündüz vurğulayıb.

Ekspertin sözlərinə görə, belə problemlərin aradan qaldırılması üçün valideynlər arasında maarifləndirmə işlərinin aparılmasına da ehtiyac var:

"Valideynlər kompüterdə və digər mobil qurğularda bəzi informasiyalara girişin məhdudlaşdırılması üçün provayderlərə müraciət edə bilər. Bu barədə nazirliyin məsuliyyəti öz üzərindən atması düzgün deyil. Nazirlik ötən il xeyli sayda media qurumunu bloklayıb. Xəbər resursları bloklanırsa, bu saytlar niyə bloklanmasın?! Bu barədə hər hansı tərəddüd yaranarsa, nazirlik məhkəməyə müraciət etməlidir. Bu sahədə ETM-nin işini qənaətbəxş hesab etmək olmaz”.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, bu məsələ ilə ETM məşğul olur və məhkəmə qərarı, hüquq-mühafizə orqanlarına daxil olan şikayətlər əsasında belə saytların bloklanması mümkündür:

"Qanunvericiliyin tələblərinə görə, bu saytlar bağlana bilər, amma belə internet resurslarının tamamilə bloklanması istifadəçi hüquqlarının pozulması deməkdir. "Aztelekom” və "Baktelekom” iki ən böyük internet provayderi hesab olunur. Hər iki provayderin filter proqramları var. Məbləği də o qədər yüksək olmayan filter proqramları bütün abunəçilərə təklif olunur. Valideynlər həmin xidmətə qoşulmaqla istədikləri informasiya resurslarına girişi məhdudlaşdıra bilər.

Birmənalı şəkildə ölkədə bütün 18+ saytların bloklanması düzgün olmazdı. Adətən belə resursların bağlanması məhkəmənin və hüquq-mühafizə orqanlarının, güc strukturlarının müraciəti əsasında baş verir. Nazirlik özbaşına qara siyahı tərtib etmir. Bəzən texnoloji dünya hüdudsuz kimi görünsə də, əslində, bu proqramlaşdırma məsələləri texniki imkanlardan asılıdır. Texnologiya üzərindən istifadəçinin azyaşlı olmasını müəyyənləşdirmək o qədər də asan deyil. Bəzi sosial şəbəkələrdə yaş məhdudiyyəti olsa da, konkret olaraq kateqoriyalaşdırmaq mümkün deyil”.

Qeyd edək ki, Səbail rayonunda yerləşən 132-134 nömrəli Təhsil Kompleksinin 11-ci sinfində oxuyan R.C. 2017-ci il dekabr ayının 10-da onunla eyni məktəbin 7-ci sinfində oxuyan qızla idman zalının soyunub-geyinmə otağında intim əlaqədə olub və bunu telefona çəkərək sosial şəbəkələrdə yayıb. Onun barəsində Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Səbail Rayon Məhkəməsi R.C. barəsində istintaq müddətində 3 aylıq həbs qərarı çıxarıb




Whatsapp'ta Paylaş



Загрузка...
loading...

Həmçinin oxuyun:
Baş Prokurorluqdan intim videosu yayılan şagirdlərlə bağlı KİV-ə - Xəbərdarlıq

Baş Prokurorluqdan intim videosu yayılan şagirdlərlə bağlı KİV-ə - Xəbərdarlıq

Əxlaqsız şagird olayı - Daha dəhşətliləri var – Gizlədilənlər...

Əxlaqsız şagird olayı - Daha dəhşətliləri var – Gizlədilənlər...

"Çox təəssüf ki, bu barədə ancaq bu hadisədən sonra danışdıq" - Deputat Təhsil Kompleksində baş vermiş hadisədən danışdı

Məktəblərdəki rüsvayçılığın üç əsas səbəbi - ekspertlər danışır

Məktəblərdəki rüsvayçılığın üç əsas səbəbi - ekspertlər danışır

Məktəbdəki ƏXLAQSIZLIQLA bağlı Təhsil Nazirliyindən - AÇIQLAMA

Məktəbdəki ƏXLAQSIZLIQLA bağlı Təhsil Nazirliyindən - AÇIQLAMA

Zorakılıq edən 11-ci sinif şagirdi təcridxanaya köçürüldü

Zorakılıq edən 11-ci sinif şagirdi təcridxanaya köçürüldü

Təhsil Nazirliyi məktəbdəki xoşagəlməz olayla bağlı diqqətli olmağa ÇAĞIRDI

Təhsil Nazirliyi məktəbdəki xoşagəlməz olayla bağlı diqqətli olmağa ÇAĞIRDI

Məktəbdə zorakılığa məruz qalan qız damarlarını doğrayıb

Məktəbdə zorakılığa məruz qalan qız damarlarını doğrayıb

Generalın xanımı əxlaqsız şagirddən danışdı -

Generalın xanımı əxlaqsız şagirddən danışdı - "Nəvəm..."

15 ilədək həbs gözləyir - 7-ci sinif şagirdinə qarşı seksual hərəkət edib

15 ilədək həbs gözləyir - 7-ci sinif şagirdinə qarşı seksual hərəkət edib

Bakıda məktəbdə azyaşlıların cinsi əlaqədə olması ilə bağlı - RƏSMİ AÇIQLAMA

Bakıda məktəbdə azyaşlıların cinsi əlaqədə olması ilə bağlı - RƏSMİ AÇIQLAMA

Bakıda şagirdlərə narkotik verilir? - İNSANLARI TƏŞVİŞƏ SALANLAR KİMDİR?

Bakıda şagirdlərə narkotik verilir? - İNSANLARI TƏŞVİŞƏ SALANLAR KİMDİR?

Belə uşaqlar gələcəkdə cani olurlar… – Valideynlərin nəzərinə

Belə uşaqlar gələcəkdə cani olurlar… – Valideynlərin nəzərinə

İnternet uşaqları haraya sürükləyir? - PSİXOLOQ RƏYİ

İnternet uşaqları haraya sürükləyir? - PSİXOLOQ RƏYİ

"Mavi balina"dan sonra "Qırmızı bayquş": uşaqları internetdən necə qorumalı...

Təhsildən kənarda qalan uşaqlar - SƏBƏB İSƏ...

Təhsildən kənarda qalan uşaqlar - SƏBƏB İSƏ...

İşçilərinin adına kredit götürən məktəb direktoruna cəza verildi

İşçilərinin adına kredit götürən məktəb direktoruna cəza verildi

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası

İnternetdə

İnternetdə "Mavi balina" bəlası: Uşaqları necə qoruyaq?

Bakı məktəbində DƏHŞƏT- 2 oğlan 8 yaşlı şagirdi...

Bakı məktəbində DƏHŞƏT- 2 oğlan 8 yaşlı şagirdi...

Məktəbliləri ölümə sürükləyən

Məktəbliləri ölümə sürükləyən "Mavi balina" təhlükəsi - Nazirlik hərəkətə keçdi

Bakıda valideynlər etiraz etdi

Bakıda valideynlər etiraz etdi

Ucarda iki məktəbli qızı maşına mindirdilər və...

Ucarda iki məktəbli qızı maşına mindirdilər və...

Sosial şəbəkələrdən necə pul qazanmaq olar? - Ekspert açıqladı

Sosial şəbəkələrdən necə pul qazanmaq olar? - Ekspert açıqladı