Xəbərlər, Digər Xəbərlər
14 fevral 2018
536

Qaradağ rayonunun daha üç məktəbində görüşlər keçirilib


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş


 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) rəhbərliyi Qaradağ rayonunun daha üç məktəbində görüşlər keçirib.

Görüşlər Qaradağ rayonu üzrə Korgöz qəsəbə Elman Heydərov adına 197, Qızıldaş qəsəbə Azər Namazov adına 180 və Puta qəsəbə Kamran Yaqubov adına 184 nömrəli tam orta məktəblərdə olub.

"Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində paytaxtın ətraf ərazilərində yerləşən ümumtəhsil müəssisələrində keçirilən görüşlərdə BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, idarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları və valideyn icmasının təmsilçiləri iştirak ediblər.

Əvvəlcə BŞTİ-nin rəhbərliyi məktəblərlə tanış olub, sinif otaqlarında dərs prosesini müşahidə edib, tədris ocaqlarının rəhbərliyi, müəllim, şagird və valideynlərlə görüşüb.

Görüşlərdə Məhəbbət Vəliyeva təhsil sahəsində keçirilən islahatlar, məktəblərdə yaradıcı mühitin təmin olunması üçün sistemli işin aparılması, şagirdlərin dərsə davamiyyəti, məktəblilərin ixtisas və ya peşə seçimi, məktəb kitabxanalarının fəaliyyəti, uşaqların mütaliə vərdişlərinin artırılması, məktəblərin təminat və təchizatı, müəllim-şagird-valideyn münasibətləri və digər müvafiq məsələlərdən danışıb.

Məktəb-valideyn əməkdaşlığının əhəmiyyətini xüsusi vurğulayan BŞTİ-nin müdiri valideyn-məktəb əməkdaşlığının şagirdlərin təlim-tərbiyəsində mühüm rolu olduğunu bildirib. Qeyd edilib ki, uşaqların öz dövrünə, yaşına görə sürətli inkişafı valideynlərdən daim diqqətli olmağı tələb edir. Məktəb psixoloqları da bu məsələ ilə bağlı öz töhfələrini verməlidirlər.

Sonra BŞTİ-nin müdiri şagirdlərin hərtərəfli vətəndaş kimi formalaşdırılması və məktəblərin məzunu olmuş şəhidlərin, milli qəhrəmanların həyatının örnək kimi təbliği məsələlərindən bəhs edib. Bildirilib ki, bu gün məktəblərin üzərinə düşən əsas vəzifələrdən biri də fəal vətəndaş yetişdirmək, uşaqlarda ictimai və sosial məsuliyyət məsələlərini aşılamaqdır.

Görüşlərdə BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri çıxış edib, ayrı-ayrı istiqamətlər üzrə fikirlərini bildiriblər. Məktəb direktorları, müəllim və valideynlər müzakirə olunan məsələlərdən danışıb, bu cür görüşlərin əhəmiyyətini qeyd ediblər.

Fevralın 12-dən başlanan görüşlər paytaxtın ətraf ərazilərindəki bir sıra digər ümumtəhsil məktəblərini də əhatə edəcək.






Whatsapp'ta Paylaş

Загрузка...
loading...

Həmçinin oxuyun:
Məktəb direktorları üçün seminarlara başlanıb

Məktəb direktorları üçün seminarlara başlanıb

Müəllim və valideynlərin NƏZƏRİNƏ -MÜRACİƏTLƏR DİNLƏNİLƏCƏK

Müəllim və valideynlərin NƏZƏRİNƏ -MÜRACİƏTLƏR DİNLƏNİLƏCƏK

Gənc fiziklərin yaradıcılıq müsabiqəsi YEKUNLAŞIB

Gənc fiziklərin yaradıcılıq müsabiqəsi YEKUNLAŞIB

Bakı məktəblərinin şagird və müəllim sayı AÇIQLANDI

Bakı məktəblərinin şagird və müəllim sayı AÇIQLANDI

Müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək -DİQQƏT

Müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək -DİQQƏT

BANM-də gənc kimyaçıların yaradıcılıq müsabiqəsi keçirilib

BANM-də gənc kimyaçıların yaradıcılıq müsabiqəsi keçirilib

Bakı məktəblərində psixoloqların işi YOXLANILIR

Bakı məktəblərində psixoloqların işi YOXLANILIR

Bakının məktəb direktorları İsrailə səfər ediblər

Bakının məktəb direktorları İsrailə səfər ediblər

Növbəti “Məktəb seminarları” Sabunçu rayonunda

Növbəti “Məktəb seminarları” Sabunçu rayonunda

BŞTİ: Bakıda şagirdi tənbeh edən müəllim cəzalandırılıb

BŞTİ: Bakıda şagirdi tənbeh edən müəllim cəzalandırılıb

Nərimanovda təhsil müzakirələrinə Start Verildi

Nərimanovda təhsil müzakirələrinə Start Verildi

Paytaxt məktəblərinin direktorları ilə görüş keçirilib

Paytaxt məktəblərinin direktorları ilə görüş keçirilib

Məktəblərdə bu il üçün gözlənilən yeniliyə - START VERİLDİ

Məktəblərdə bu il üçün gözlənilən yeniliyə - START VERİLDİ

Məktəblərdə bu il üçün gözlənilən yeniliyə - START VERİLDİ

Məktəblərdə bu il üçün gözlənilən yeniliyə - START VERİLDİ

Pul yığan müəllimlərə ciddi xəbərdarlıq -

Pul yığan müəllimlərə ciddi xəbərdarlıq - "Mənfi hal baş verdikdə..."

Bakıda şagird sıxlığından əziyyət çəkən məktəblər var - SİYAHI

Bakıda şagird sıxlığından əziyyət çəkən məktəblər var - SİYAHI

DİQQƏT: Bakının orta məktəblərində valideynlərdən pul tələb edilir? - Rəsmi AÇIQLAMA

DİQQƏT: Bakının orta məktəblərində valideynlərdən pul tələb edilir? - Rəsmi AÇIQLAMA

Bakı şəhəri üzrə təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib

Bakı şəhəri üzrə təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib

Valideynlər NƏZƏRİNƏ: İş dəftərləri məcburi deyil!

Valideynlər NƏZƏRİNƏ: İş dəftərləri məcburi deyil!

Təhsil İdarəsi: Paytaxt məktəblərinin 5 məzunu qəbul imtahanında 700 bal toplayıb

Təhsil İdarəsi: Paytaxt məktəblərinin 5 məzunu qəbul imtahanında 700 bal toplayıb

Məktəblərdə metodiki işin, psixoloji xidmətin və məktəb kitabxanalarının fəaliyyətinin təşkili ilə bağlı seminarlar yekunlaşıb

Məktəblərdə metodiki işin, psixoloji xidmətin və məktəb kitabxanalarının fəaliyyətinin təşkili ilə bağlı seminarlar yekunlaşıb

Məktəb direktorları və müəllimlər üçün

Məktəb direktorları və müəllimlər üçün "Dəyirmi Masa" keçirilib

Məhəbbət Vəliyeva:

Məhəbbət Vəliyeva: "Sentyabrdan 20 nömrəli məktəbin köçürülməsinə başlanacaq"

Heydər Əliyev Mərkəzinin parkında “Oxu Günü” keçirilib

Heydər Əliyev Mərkəzinin parkında “Oxu Günü” keçirilib