Xəbərlər, Digər Xəbərlər
13 fevral 2018
680

Fənn olimpiadalarının iştirakçılarından 1.221-i növbəti mərhələyə vəsiqə qazanıb

Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Respublika fənn olimpiadalarının şəhər mərhələsinin nəticələrinə əsasən, Bakının 1.221 məktəblisi növbəti mərhələyə vəsiqə qazanıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildiriblər ki, Azərbaycan dili və ədəbiyyat fənni üzrə 334, riyaziyyat fənni üzrə 264, fizika fənni üzrə 90, kimya fənni üzrə 73, biologiya fənni üzrə 75, coğrafiya fənni üzrə 265 və tarix fənni üzrə 120 şagird növbəti mərhələyə keçib.

Şagirdlər nəticələri barədə məlumatı aidiyyəti təhsil şöbələrindən (idarələrindən) və olimpiada.edu.az saytından əldə edə bilərlər.

Respublika mərhələsinin yarımfinal turuna şəhər mərhələsində 60-dan yuxarı bal toplayan bütün şagirdlər, həmçinin müvafiq fənn və sinif üzrə iştirakçıların ən yaxşı nəticə göstərmiş 15 faizi dəvət olunur. İnformatika fənni üzrə nəticələr fevralın 14-də elan ediləcək.

Olimpiadanın növbəti mərhələsinin apreldə keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, fevralın 4-də paytaxt üzrə məktəblilərin respublika fənn olimpiadalarının şəhər mərhələsi keçirilib.

Respublika fənn olimpiadaları səkkiz fənn – Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix üzrə IX-XI sinif şagirdlərinin iştirakı ilə keçirilib. Həmçinin IX siniflərlə yanaşı, xüsusi istedadı və hazırlığı ilə seçilən VII-VIII sinif şagirdlərindən də öz bilik və bacarığını nümayiş etdirənlər olub.

Respublika fənn olimpiadalarının təşkil edilməsinin əsas məqsədi istedadlı şagirdləri aşkarlamaq, onların fənlərə olan marağını artırmaq, sağlam rəqabət mühitində bilik və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaratmaqdır.

Respublika fənn olimpiadaları Kapital Bankın baş sponsorluğu ilə həyata keçirilir.

Növbəti mərhələdə iştirak edəcək şagirdlərin adları xüsusi rənglə işarələnib.

Whatsapp'ta Paylaş

Загрузка...
loading...

Həmçinin oxuyun:
Respublika fənn olimpiadalarının ilk mərhələsi keçirilib

Respublika fənn olimpiadalarına start verilir

Nazirlik: Respublika fənn olimpiadaları iştirakçılarının sayı ildən-ilə çoxalır

Bu il fənn olimpiadalarında 38 medal qazanılıb

Müsabiqənin nəticəsi məlum olub - 815 şagirdin...

Bakıda şagirdlər arasında fənn müsabiqələrinin I mərhələsi keçirilib

İstedadlı şagirdlərin seçimi aparılıb

İstedadlı şagirdlərin seçimi aparılıb

Respublika fənn müsabiqələrinin final mərhələsi keçirilib

Göygöl rayonundan fənn olimpiadası qalibləri müəyyən olunub

Şabranda Respublika fənn olimpiadaları üzrə yarışda Murad Cəbrayılov I yerə layiq olub

Respublika fənn olimpiadalarının final mərhələsi keçirilib

Respublika fənn olimpiadalarının final mərhələsi keçiriləcək

Gəncədə Respublika fənn olimpiadalarının Respublika mərhələsinin yarımfinal turu həyata keçirilib

Respublika fənn olimpiadalarının yarımfinal turu keçirilib

ADNSU-da Respublika Fənn Olimpiadası keçiriləcək

Rus dili fənni üzrə Respublika olimpiadasının final mərhələsi keçirilib

Ağstafada rus dili fənni üzrə olimpiada keçirilib

Respublika fənn olimpiadasında iştirak etmiş Samux rayon şagirdlərindən 36 nəfəri olimpiadanın yarımfinal mərhələsinə  vəsiqə qazanıb

Fənn olimpiadalarının birinci mərhələsinin nəticələri məlum olub

Yanvar ayının 15-də Samux rayon ümumi təhsil məktəblərində təhsil alan şagirdlərin iştirakı ilə Respublika fənn olimpiadalarının rayon mərhələsi heyata keçirilib

Respublika fənn olimpiadalarının birinci–rayon mərhələsi keçirilib. 

Şabranda da Respublika fənn olimpiadalarının birinci mərhələsi keçirilib

Yanvarın 15-də Qax rayonunda Respublika fənn olimpiadalarının rayon mərhələsi keçirilib.

3 mərhələdə keçirilmiş Respublika Fənn Olimpiadalarının qalibləri mükafatlandırılıb