Xəbərlər, Valideyn
13 fevral 2018
591

Oğlu qız sevdiyinə görə məktəbə hücum çəkən qadın


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

Məktəblərimizlə bağlı məlum hadisələrdən sonra yeni bir şok yaşadıq. 134 nömrəli məktəbin şagirdlərinin intim münasibətlərini əks etdirən video yayıldı.

 

Bu olay məktəbin geyinmə otağında baş verib. İki yeniyetmə məktəbli intim münasibətdə olublar və üçüncü bir şəxs həmin səhnəni kameraya köçürüb.

 

Yəqin, üçüncü şəxsin orda bulunmasından xəbərdar olublar və bəlkə də bu faktın özü "sevgilliləri” daha da coşdurub.

 

14-17 yaş keçid dövrüdür. Bu yaşda uşaqlarda yeni psixoloji hallar təzahür edir. Yeniyetmənin bədənində dəyişikliklər gedir. Cinsi orqanlar inkişaf edir. Seksual meyllər əmələ gəlir.

 

Fizioloji, cinsəl, sosial inkişaf yeniyetmənin bir şəxsiyyət kimi formalaşmaq cəhdinə təsir göstərir. O, özünü tapmaq istəyir, psixoloji problemlər yaşayır. Yanlış olaraq özünü böyüklər kimi aparmaq istəyir. Özünə yeni sosial status tələb edir. Elə bil qəsdən mənəvi normalara qarşı çıxır - siqaret çəkir, söyüş söyür, müəllimləriylə, valideynləriylə, yaşıdlarıyla konflikt yaşayır.

 

Başlı-başına buraxılan uşaqlar bomj həyatı keçirirlər, narkotik vasitələrə, spirtli içkilərə aludə olurlar və s.

 

Bir sözlə, vaxtında pedaqoji müdaxilələr olmasa, yeniyetmələr 14-17 yaş sindromunun ən neqativ hallarını yaşayırlar. Demək ki, yeniyetmələrin psixi pozgunluqlarının, aşırı çılğınlıqlarının səbəbini valideynlərin və müəllimlərin yanlış münasibətində axtarmaq lazımdır.

 

Əsl pedaqoq bu sindromun nələrə qadir olduğunu bilməli və vaxtında müdaxilə etməlidir. Bu yaşda yeniyetmənin öz baxış və fikirləri formalaşır. Gərgin hallar yaşayır.

 

Pedaqoq onun hisslərini anlamalı, onunla "onun dilində” danışmağı bacarmalıdır.

 

Bəs bizim müəllimlər nə edir? Məktəblilərin üstünə gedir, təzyiq göstərir, hədə-qorxu gəlir, döyür və bu yolla tərbiyə etdiklərini düşünürlər.

 

Belə üsullar yeniyetmələrdə daha çox qıcıq yaradır və onları deyilənlərin əksinə hərəkət etməyə sövq edir. Acığa siqaret çəkir, pis vərdişlərə qurşanır, evdən qaçır və yaxud həmin videoda gördüyümüz intim səhnələrin "qəhrəmanına” çevrilirlər.

 

Ümumiyyətlə, məktəblərlə bağlı ən xırda detal bütün cəmiyyətin göstəricisidir.

 

Bundan əvvəl başqa bir məktəbdə bir neçə adamın xəsarət almasıyla bağlı xəbər yayılmışdı. Bu xəbər və onun təfərrüatları ancaq təəssüf doğurur.

 

Konflikt qız üstündə baş verib. Nəticədə 11-ci sinif şagirdləri bir-birlərini əməllicə döyüblər.

 

Məsələnin bu hissəni başa düşmək olardı (yeniyetmədirlər, yuxarıda "14-17 yaş sindromu”yla bağlı dediyimiz halları keçirirlər və s. ),  əgər "ikinci hissədə” olaylar daha kəskin bir şəkil almasaydı.

 

Yeniyetmələrin bu dava-dalaşının ardından oğlanlardan birinin anası məktəbə hücum çəkir və həmin davanın səbəbkarı olan qızla haqq-hesabı çürütmək istəyir. Qız da işi belə görüb anasını, dayısını, nənəsini və digər qohumlarını məktəbə köməyə çağırır. Nəticədə 47 yaşlı valideyn (ana) qızın qohumları tərəfindən döyülərək xəsarətlər alır və xəstəxanaya yerləşdirilir.

 

Məsələ bununla da bitməyib. Qızın dayısı (görünür, ilk "əməliyyatdan” sonra daha da ruhlanaraq) balta ilə davada adı hallanan məktəbli oğlanın üstünə cumub. Ona da müxtəlif xəsarətlər yetirib. Oğlanı da anasının ardınca xəstəxanaya göndəriblər.

 

Bəs bu qanlı-qadalı hadisəyə müəllimlərin reaksiyası necə olub? Onlar bildiriblər ki, narahatlığa əsas yoxdur. Kiçik bir hadisə baş verib. Məktəbli uşaqlar dava salıblar, bu da təbiidir. Ona görə, valideynlər yığışıb məktəbə gəliblər və aralarında kiçik bir mübahisə yaranıb. Xəsarət alanlar olsa da, bu normal şeydir və məsələni bu cür şişirdərək yazmaq düzgün deyil.

 

Təsəvvür edirsiniz, bütün bunlar məktəbdə - təhsil ocağında yaşanır və müəllimlər bunu normal hal kimi qələmə verirlər. Yəni bir təhsil ocağı üçün bundan böyük bir rəzalət olarmı? Şagirdlər bir-birini döyür, valideynlər saç-yolduya çıxır, "razborka edirlər”, bir-birlərinə xəsarətlər yetirirlər. Yəqin bu insanlar məktəbin missiyasını dərk etmirlər. Müəllimlər də bu situasiyanı normal qəbul edirlər, çünki məktəbin, peşələrinin mahiyyətini heç onlar da doğru-dürüst bilmirlər.

 

Yəqin eramızdan əvvəl mövcud olan ilk məktəblərin mənəviyyat qoruyucuları 21-ci əsrin bu gülünc mənzərəsini təsəvvür etsəydilər, gələcəyin gələcəyinə inanmaq istəməzdilər.

 

Bu məktəbdir, əfəndilər, insanın gələcəyidir, keçmişidir, tarixidir, mənəviyyatıdır... Lütfən onun mahiyyətini və missiyasını anlayın. Bir insanın tərbiyəsində məktəbin, mühitin rolu çox böyükdür.

 

Əminəm ki, intim görüntülərlə gündəmə gələn yeniyetmələrə əgər vaxtında gözəl hisslər aşılayıb onlarda təmiz duyğular tərbiyə edilsəydi, ilk sevgi rüşeymləri özünü başqa cür bəlli edəcəkdi.






Whatsapp'ta Paylaş

loading...

Загрузка...
Həmçinin oxuyun:
Bakıda 7-ci sinif şagirdləri məktəbdə intim əlaqəyə girdi - BİABIRÇI FOTOLAR

Bakıda 7-ci sinif şagirdləri məktəbdə intim əlaqəyə girdi - BİABIRÇI FOTOLAR

9-cu sinif şagirdi məktəbə balta ilə hücum etdi -YARALILAR VAR

9-cu sinif şagirdi məktəbə balta ilə hücum etdi -YARALILAR VAR

Uşaqlarınızı məsuliyyətdən azad etməyin - VALİDEYNLƏRİN NƏZƏRİNƏ

Uşaqlarınızı məsuliyyətdən azad etməyin - VALİDEYNLƏRİN NƏZƏRİNƏ

Bu gün döyülən uşaq, sabah döyən valideyn olacaq - EKSPERT

Bu gün döyülən uşaq, sabah döyən valideyn olacaq - EKSPERT

Şagird dünyası və psixologiyası - Bu dövrdə uşaq...

Şagird dünyası və psixologiyası - Bu dövrdə uşaq...

Uşaqlarda anadan ayrılmaq qorxusu -Nəyə görə uşaqlar...

Uşaqlarda anadan ayrılmaq qorxusu -Nəyə görə uşaqlar...

Oğlan və qız uşaqlarının tərbiyəsində fərq qoyulmalıdırmı? Psixoloqlardan tövsiyələr

Oğlan və qız uşaqlarının tərbiyəsində fərq qoyulmalıdırmı? Psixoloqlardan tövsiyələr

Uşaq ikən aldığımız travmalar şəxsiyyətimizə necə təsir edir? - PSİXOLOQ rəyi

Uşaq ikən aldığımız travmalar şəxsiyyətimizə necə təsir edir? - PSİXOLOQ rəyi

Uşaqlarda çətin yaş dövrü- VALİDEYNLƏR DİQQƏTLİ OLUN

Uşaqlarda çətin yaş dövrü- VALİDEYNLƏR DİQQƏTLİ OLUN

Bakıdakı 14 nömrəli məktəbdə nə baş verir? – TƏFƏRRÜAT

Bakıdakı 14 nömrəli məktəbdə nə baş verir? – TƏFƏRRÜAT

“Mavi Balina” Hövsan məktəbində – İki şagird oyunun qurbanına çevrildi?

“Mavi Balina” Hövsan məktəbində – İki şagird oyunun qurbanına çevrildi?

Çətin uşaqlar və onlarla aparılan işin əsasları

Çətin uşaqlar və onlarla aparılan işin əsasları

Uşaqlarda qorxu və

Uşaqlarda qorxu və "xoxan"ların sonrakı fəsadları

Məktəblilərin yaş xüsusiyyətləri- Akselerasiya nədir?

Məktəblilərin yaş xüsusiyyətləri- Akselerasiya nədir?

Hiperaktiv uşaqların valideynlərinə psixoloq tövsiyələri- Bunlar varsa...

Hiperaktiv uşaqların valideynlərinə psixoloq tövsiyələri- Bunlar varsa...

Bakıda məktəbdə şagirdlər arasında QANLI DAVA

Bakıda məktəbdə şagirdlər arasında QANLI DAVA

Sumqayıtda müəllim 1-ci sinfə gedən uşağı döyüb — Valideyn şikayəti

Sumqayıtda müəllim 1-ci sinfə gedən uşağı döyüb — Valideyn şikayəti

Balakəndə atalığından hamilə qalan 12 yaşlı məktəbli qız bu gün əməliyyat olunub

Balakəndə atalığından hamilə qalan 12 yaşlı məktəbli qız bu gün əməliyyat olunub

Dərs ilinin ilk günü ağlayan birincilər - Məktəbdə onlarla necə davranmaq lazımdır?

Dərs ilinin ilk günü ağlayan birincilər - Məktəbdə onlarla necə davranmaq lazımdır?

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Azərbaycanda məktəbli oğlanın DƏHŞƏTLİ SONU - TƏFƏRRÜAT

Azərbaycanda məktəbli oğlanın DƏHŞƏTLİ SONU - TƏFƏRRÜAT

Müəllim və psixoloqların  şagirdlərin həyata baxışlarının formalaşmasında rolu

Müəllim və psixoloqların şagirdlərin həyata baxışlarının formalaşmasında rolu

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Bütün günahları müəllimdə axtarmayın...Psixoloq rəyi

Bütün günahları müəllimdə axtarmayın...Psixoloq rəyi