Xəbərlər, Digər Xəbərlər
12 fevral 2018
424

Qış imtahanlarından “2” alan tələbələr - MÜZAKİRƏLƏR BAŞLADI


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

Ötən həftə universitetlərdə qış imtahan sessiyası başa çatıb. Maraqlıdır, ən çox kəsir hansı ali məktəbdə qeydə alındı? İmtahanların yekunları necə oldu?

Bakı Dövlət Universitetinin (BDU) Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova deyib ki, BDU-da qış imtahan sessiyası yanvarın 4-dən 31-dək keçirilib:

"Sessiya uğurla başa çatıb. İmtahanlar, əsasən yazılı formada aparılıb, zərurət yarandığı hallarda bəzi fənlər üzrə şifahi-dialoq və ya test formasında keçirilib. Qış imtahan sessiyasında 18 minə yaxın tələbə iştirak edib. Eyni zamanda, qış imtahanları bitdikdən sonra müvafiq təlimata uyğun olaraq, uzürlü və üzürsüz səbəbdən imtahanlarda iştirak etməyən və akademik borcu qalan tələbələrə 2 fənndən yenidən imtahanlar təşkil olunub.

İmtahanların nəticələri barədə şikayətlərə baxmaq və aşkar edilmiş çatışmazlıqları aradan qaldırmaq məqsədilə yaradılmış Qərargahın nəzdində fəaliyyət göstərən təbiət və humanitar fakültələr üzrə apellyasiya komissiyalarına müraciət edən tələbələrin işi araşdırılıb və sonda rektor, akademik Abel Məhərrəmovla həmin tələbələrin görüşü təşkil edilib. Təbiət və humanitar fakültələrin tələbələri ilə ayrı-ayrılıqda görüşən rektor onların problemlərini dinləyib, bu problemlərin həlli istiqamətində müvafiq tapşırıq və tövsiyələrini verib”.


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri  Mənsur İbrahimov bildirib ki,  ADPU-da 2017-2018-ci tədris ilinin payız semestrinin imtahan sessiyası yanvar ayının 4-də başlayaraq fevralın ayının 2-dək davam edib:

"Universitetdə imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması, daxil olan hər bir şikayətin çevik şəkildə araşdırılıb lazımi ölçü götürülməsi universitet rəhbərliyinin daim diqqət mərkəzində olub. İmtahanlar qrafikə uyğun olaraq hər gün saat 9:00-da başlayıb, 17:30-da başa çatıb. Yazılı imtahanlar gün ərzində 3 dəfə - saat 9:00, 12:00, 15:00-da keçirilib. Test üsulu ilə gün ərzində hər 45 dəqiqədən bir imtahanlar keçirilib. Gün ərzində ümumilikdə təxminən 3000 nəfər tələbə yazılı və test üsulu ilə imtahan verib.

Bütün imtahanların nəticələri günün sonunda ADPU-nun İnternet saytına yerləşdirilib. İmtahan prosesinə heç bir kənar müdaxilə yol verilməyib, tələbələrə biliklərini nümayiş etdirmək üçün lazımi şərait yaradılıb. Məlumat üçün bildirim ki, sessiya müddətində ADPU-nun İmtahan Qərargahına 65 müraciət daxil olub. Onlardan 54-ü yazılı qaydada verilən imtahanlarla, 11-i isə test üsulu ilə verilən imtahanlarla bağlı olub. Yazılı qaydada verilən imtahanlarla bağlı edilən müraciətlərin 41-i müsbət həll edilib. Test üsulu ilə verilən imtahanlarla bağlı edilən müraciətlərin 8-i müsbət həll edilib”.


M.İbrahimov qeyd edib ki, sessiya müddətində Apellyasiya Komissiyasına 1610 müraciət daxil olub:


"Onlardan 1550-si yazılı qaydada verilən imtahanlarla bağlı, 60-ı isə test üsulu ilə verilən imtahanlarla bağlı olub. Yazılı qaydada verilən imtahanlarla bağlı edilən müraciətlərin 400-ə yaxını müsbət həll edilib. Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq, ADPU-da tələbələrə 2 fənni dinləmədən fevralın 5-dən 9-dək akademik kredit borclarını ödəmək üçün lazımi şərait yaradılıb. Eyni zamanda,  müxtəlif üzürlü səbəblərdən imtahanlarda iştirak edə bilməyən tələbələrin müvafiq sənədləri təqdim edilməklə imtahanlara buraxılması təmin edilib.

ADPU-da fəaliyyət göstərən İctimai Şura da imtahan prosesinə ciddi nəzarət edib. Tələbələr şəffaf və obyektiv imtahan mühitinin yaradılmasından razı qaldıqlarını bildiriblər. Universitetin 5 filialında - Ağcabədi, Şəki, Şamaxı, Quba və Cəlilabad filiallarında, həmçinin ADPU-nun nəzdindəki Azərbaycan Dövlət Pedaqoji Kollecində də imtahan sessiyası şəffaf və ədalətli keçirilib.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov hər gün imtahan zallarında  olaraq,  imtahan prosesini müşahidə edib, imtahanların çevik, şəffaf və obyektiv keçirilməsi üçün öz tapşırıq və tövsiyələrini verib. Bütövlükdə ADPU-da imtahan sessiyasının normal mənəvi-psixoloji şəraitdə, obyektiv keçirilməsi üçün bütün zəruri tədbirlər həyata keçirilib və sessiya uğurla yekunlaşıb”.


Azərbaycan Memarlıq və İnşaat Universitetinin mətbuat katibi  Nəcibə Mirzəyəva deyib ki,sessiya dövründə imtahanların 68 faizi yazılı, 32 faizi test üsulu ilə həyata keçirilib:

"İmtahanların obyektiv və şəffaf şəraitdə keçirilməsi üçün universitet rəhbərliyi tətəfindən hər cür şərait yaradılıb, heç bir insident baş verməyib. Bu semestrdə əlaçı və zərbəçi tələbələrin sayı qənaətbəxşdir. İmtahan nəticələrindən narazı qalan tələbələr onlayn şəkildə apellyasiya şikayəti vermək imkanına malikdirlər. Bütün tələbələr öz imtahan nəticələrinə Elektron Tələbə Kabineti vasitəsi ilə baxa bilir.

Tələbə kabinetindən onlayn Apellyasiya sistemi ilə 591 müraciət qəbul edilib, onlar araşdırılır, müvafiq qərarlar verilir,  onların çoxu artıq öz həllini tapıb. Tələbələrin haqlı şikayətləri  qiymətləndirilir, nəticələr əksər hallarda tələbələrin xeyrinə dəyişdirilir.  Kəsilən tələbələrimiz fənn kreditinin 25 faizini ödəyərək fevralın 9-dan 15-dək təkrar imtahanlara buraxılacaqlar. Bir şeyi də qeyd edim ki, bu il ilk dəfə qiyabi təhsil alan tələbələr üçün mərkəzləşdirilmiş test imtahanı təşkil olunub”.


Bakı Mühəndislik Universitetin (BMU)  mətbuat xidmətinin rəhbəri Rəcəb Rza bildirib ki,  BMU-da2017-2018- ci tədris ilinin payız semestrinin qış imtahan sessiyası yanvarın 4-də başlayaraq fevralın 2-dək davam edib:

"BMU-da imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və mobyektivliyin təmin olunması, daxil olan hər bir şikayətin çevik şəkildə araşdırılıb lazımi ölçü götürülməsi universitet rəhbərliyinin daim diqqət mərkəzində olub. İmtahanlar hər gün qrafikə uyğun olaraq başlayıb, 17:30-da başa çatıb. Bütün imtahanların nəticələri günün sonunda BMU-nun internet saytına yerləşdirilib. İmtahan prosesinə heç bir kənar müdaxilə yol verilməyib, tələbələrə biliklərini nümayiş etdirmək üçün lazımi şərait yaradılıb. Sessiya müddətində Apellyasiya Komissiyasına müraciət edən tələbələrin şikayətlərinə baxılıb. Eyni zamanda,  müxtəlif üzürlü səbəblərdən imtahanlarda iştirak edə bilməyən tələbələrin müvafiq sənədləri təqdim edilməklə imtahanlara buraxılması təmin edilib.

Universitetdə tələbələrin valideynləri, təhsil sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələri nümayəndələrinin, təhsil ekspertlərinin imtahan prosesini izləmələrinə də xüsusi şərait yaradılıb . İmtahan prosesində nizam-imtizam, səliqə-sahman təmin olunub, bütövlükdə imtahan prosesi mütəşəkkil təşkil edilib. BMU-nun rəhbərliyi imtahanların gedişinə nəzarət ediblər, imtahan zallarında olaraq imtahan prosesini müşahidə ediblər. Bütövlükdə BMU-da imtahan sessiyasının normal mənəvi-psixoloji şəraitdə, obyektiv keçirilməsi üçün bütün zəruri tədbirlər həyata keçirilib və sessiya uğurla yekunlaşıb”.


Qərbi Kaspi Universitetinin mətbuat katibi Vüsal Məmmədov bildirib ki, bu imtahan sessiyasında universitet bir sıra yeni imtahan modellərini sınaqdan çıxarıb:

"Bunlar "Keys həlli”, "Açıq kitab”, "Təqdimat” kimi unikal imtahan modelləri idi. Bu modellər tələbələrdə məntiqi təfəkkür və təhlil qabiliyyəti formalaşdırır, onların bilik və bacarıqlarını bu baxımdan qiymətləndirir. Həmin imtahanların nəticələri İmtahan və Keyfiyyətə Nəzarət Şöbəsi tərəfindən təhlil edilir. Əgər bu modellər özünü tam olaraq doğrultsa, növbəti semestrlərdə bütün ixtisas və qruplarda bu imtahan formalarının tətbiqi nəzərdə tutulur.

Eyni zamanda deməliyəm ki, tələbələr imtahanların nəticələri barədə məlumatları universitetin saytından, öz şəxsi kabinetlərinə daxil olaraq əldə edə bilirlər”.

V.Məmmədov qeyd edib ki, hər imtahan sessiyasında olduğu kimi, builki qış imtahan sessiyasında da universitetdə Apelliyasiya Komissiyası yaradılıb:

"Komissiya müraciətləri ədalətli şəkildə qiymətləndirir. Apelliyasiya Komissiyasına imtahan sessiyasından sonra 100-dən artıq şikayət daxil olub.  Məlumat üçün bildirim ki, imtahan sessiyasının gedişini müşahidə etmək məqsədi ilə kütləvi informasiya vasitələrinin və QHT nümayəndələrinin iştirakı ilə mediatur təşkil olunmuşdu. Mediaturda iştirak edən vətəndaş cəmiyyətinin nümayəndələri və jurnalistlər də imtahnaların təşkilini, eləcə də universitetimizin tətbiq etdiyi yeni imtahan modellərini yüksək qiymətləndirdilər”.


Bakı Avrasiya Universitetinin mətbuat şöbəsinin rəhbəri Şəfayət Əliyevin sözlərinə görə, universitetdə imtahanlar zallar kameralarla təchiz olunduğundan, yaradılan imtahan qərargahından müşahidə kameraları vasitəsilə canlı izlənilib:

"Ortalığa çıxan hər hansı problemlər yerindəcə qiymət verilməsi imkanı olduğundan ciddi qayda pozuntusu olmayıb. Apelliyasiyaya müraciət edən tələbələrin 25 faizinin məsələsi aradırılaraq müsbət qərar verilib. Bu ildən tələbə hansısa bir və ya iki fənndən kəsilərsə, həmin fənnin kreditinin  25 faizini ödəməklə növbəti dəfə imtahan vermək şansı qazandığından burada da müraciətlər olub və yenidən imtahan verənlərin bir çoxu bu şansdan yararlanıb”.


Odlar Yurdu Universitetinin mətbuat xidmətinin rəhbəri Günay İmanova qeyd edib ki, qış sessiyası dövründə imtahanların şəffaf keçirilməsi və tələbələrin problemlərini həll etmək üçün universitet daxilində imtahan komissiyası yaradılıb:

"İmtahan komissiyalarında imtahanların nəticələri, gedişatı və digər məsələlər imtahan bitdikdən sonra müzakirə olunur. İmtahanların gedişinə nəzarət etmək və birbaşa müşahidəni təmin etmək üçün imtahan otağında müşahidə kameraları və imtahan otağının qarşısında böyük ekran quraşdırılıb. Bununla bərabər universitetdə keçirilən imtahanlarda valideynlərin iştirakı da təmin olunur. İmtahandan əvvəl hər bir tələbə onlar üçün ayrılmış imtahan mərkəzində qış imtahan sessiyasının fənlərinin test sualları ilə tanış olurlar.

İmtahanlardan sonra tələbələrin qiymətləri ilə bağlı bir etirazları və ya hər hansı bir  şikayəti olarsa, imtahan komissiyasına müraciət edir. 1 bal problemi olan tələbələrin şikayətləri əsaslıdırsa, tələbənin müraciəti təmin olunur və imtahan nəticəsi məqbul hesab edilir. Digər problemlərlə bağlı şikayətləri varsa, yazılı formada ərizə ilə müraciət edə bilirlər. Komissiya daxil olan bütün müraciətləri dəyərləndirir. Həmçinin, hər kafedrada "Məsləhət otaqları” fəaliyyət göstərir. Tələbənin hər hansı sualı varsa, ona cavab verilir. İmtahan kompüterlə keçirilir. Amma tələbənin hansısa sualı olarsa, "Məsləhət otaqları”nda fəaliyyət göstərən müəllimlər onlara kömək edir.

Hələ ki, komsissiyaya heç bir şikayət daxil olmayıb, 1 bala görə kəsilən bir neçə tələbə ərizə ilə müraciət edib. Tələbələrə imatahan üçün ayrılmış vaxt bitdikdən sonra həmin tələbələrin müraciətləri araşdırılacaq”. 
 
 
Modern.az






Whatsapp'ta Paylaş

loading...

Загрузка...
Həmçinin oxuyun:
Şura üzvləri: Apelyasiyaya müraciətlər 1 faizdən də aşağıdır

Şura üzvləri: Apelyasiyaya müraciətlər 1 faizdən də aşağıdır

Valideynlər ADU-da imtahan prosesinin təşkilindən razı qalıblar

Valideynlər ADU-da imtahan prosesinin təşkilindən razı qalıblar

Universitetlərdə qış imtahanları yarıya çatdı - Hansı ali məktəbdə narazılıq BÖYÜKDÜR?

Universitetlərdə qış imtahanları yarıya çatdı - Hansı ali məktəbdə narazılıq BÖYÜKDÜR?

BSU-da qış imtahan sessiyası ilə bağlı

BSU-da qış imtahan sessiyası ilə bağlı "Açıq qapı" günü keçirilib

LDU-da imtahanların gedişini izləmək üçün İctimai Şura yaradıldı

LDU-da imtahanların gedişini izləmək üçün İctimai Şura yaradıldı

ADPU-da imtahan sessiyası başladı

ADPU-da imtahan sessiyası başladı

ADU-da imtahanlar başladı

ADU-da imtahanlar başladı

Universitetlərdə qış imtahanları başladı - Hansı ali məktəb daha yaxşı hazırlaşıb...

Universitetlərdə qış imtahanları başladı - Hansı ali məktəb daha yaxşı hazırlaşıb...

Buraxılış imtahanlarında iştirak edə bilməyən şagirdlər əlavə imtahan verib

Buraxılış imtahanlarında iştirak edə bilməyən şagirdlər əlavə imtahan verib

AzMİU-da imtahanların gedişi ilə əlaqədar mediatur təşkil olunub

AzMİU-da imtahanların gedişi ilə əlaqədar mediatur təşkil olunub

Ali məktəblərdə yay imtahanları başlayıb - Hansı təhsil ocağından şikayət var...

Ali məktəblərdə yay imtahanları başlayıb - Hansı təhsil ocağından şikayət var...

Nazirlik:

Nazirlik: "İmtahanlarda nöqsanlara yol vermiş şəxslər barədə tədbirlər görüləcək"

ADPU-nun Elmi Şurasının iclası keçirilib

ADPU-nun Elmi Şurasının iclası keçirilib

İmtahan prosesini cəmiyyətə etibar edən universitet – UNEC

İmtahan prosesini cəmiyyətə etibar edən universitet – UNEC

Təhsil ekspertləri ADPU-da imtahan prosesini müşahidə ediblər

Təhsil ekspertləri ADPU-da imtahan prosesini müşahidə ediblər

ADPU-da payız semestrinin imtahan sessiyası başa çatdı

ADPU-da payız semestrinin imtahan sessiyası başa çatdı

ADU-da növbəti mediatur təşkil olunub - Fotolar

ADU-da növbəti mediatur təşkil olunub - Fotolar

Qış imtahan sessiyası bitəndən sonra tələbələr digər universitetlərə köçürüləcək

Qış imtahan sessiyası bitəndən sonra tələbələr digər universitetlərə köçürüləcək

Bütövlükdə imtahanların şəffaf və obyektiv keçirilməsi ADPU rəhbərliyinin diqqət mərkəzindədir

Bütövlükdə imtahanların şəffaf və obyektiv keçirilməsi ADPU rəhbərliyinin diqqət mərkəzindədir

ADPU-nun rektoru, professor Cəfər Cəfərov imtahanların çevik, şəffaf və obyektiv keçirilməsinə ciddi nəzarət edir.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov imtahanların çevik, şəffaf və obyektiv keçirilməsinə ciddi nəzarət edir.

ADPU-nun Şəki Filialında payız semestrinin imtahan sessiyası davam edir

ADPU-nun Şəki Filialında payız semestrinin imtahan sessiyası davam edir

ADPU-də 2016-2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyası davam edir

ADPU-də 2016-2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyası davam edir

ADPU-nun Cəlilabad filialında payız semestrinin imtahanları keçirilib

ADPU-nun Cəlilabad filialında payız semestrinin imtahanları keçirilib

Payız semestrinin imtahan sessiyası-bilik yeganə meyardır

Payız semestrinin imtahan sessiyası-bilik yeganə meyardır