Şamaxıda 10 müəllimin həyatı təhlükədə - “Bizə kömək edin!”


reklam

Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 Şamaxı rayonunda bir qrup müəllim təhlükəsizliyini qorumaq məqsədi ilə Ölkə prezidentinə müraciət edib.


Rayonun şəhid A.Alxanov adına Sabir qəsəbə tam orta məktəbinin 10 müəllimi məktubla müraciət edib. Müraciətdə onlar məktəbin direktoru Gülnurə Babaşova tərəfindən təhdid, şər və böhtana məruz qaldıqlarını qeyd edirlər:


"Biz 10 nəfər müəllim, qarşılaşdığımız haqsızlıqla, yəni dərs saatlarının düzgün bölünməməsi ilə bağlı Təhsil Nazirliyinə ərizə ilə müraciət etdik. Yüksək bal toplayan müəllimlərin dərs saatları onlardan alınıb, aşağı bal toplayan müəllimlərə verilib. Bu, necə ola bilər? Bizdə Sədaqət müəllimə var, 41 bal toplayib, üstəlik də titulları var, amma ona cəmi 18 saat dərs verilib. Direktor onunla yola getmir. Səbəbi də budur ki, o müəlliməni gözü götürmür. Başqa səbəbləri də var. Amma ən mühim səbəbi başqadır. 3 il bundan əvvəl direktor Sədaqət müəllimədən "aylıq” istəyib. Lakin o, "aylıq” verməyə etiraz edib. O gündən bu günə kimi direktor bizi dərs saatlarının verilməsinə görə incidir. Urəyi necə istəyirsə, elə də hərəkət edir”.


Haqsızlıqla barışmayan müəllimlər yazırlar ki, onlar indi dərs saatlarının kəsilməsi probleminin həllinə deyil, artıq həyati təhlükəsizliklərinin təmin olunmasına çalışırlar:


"İndi bir problemi var - təhlükəsizliyimiz. Təhlükəsizliyimizi tələb edirik. Direktor bütün günü məktəbdəki müəllimlərə şər, böhtan atmaqla məşğuldur. Belə bir direktor təhsil müəssisəsində qala bilməz. Məktəbin xadiməsi onun tapşırığı ilə bütün günü ərizədə adı olan müəllimləri güdür. Soruşanda deyir ki, "məni direktor göndərib”. Deyirik ki, "bizi otağımızda deyil, sinif otağında necə dərs dediyimizi izlə”. Belə olan şəraitdə məktəbə necə getmək olar? O, bizim ərizəmizi geri götürmək üçün təhdid edir, korrupsiya idarəsinə verəcəyi ilə təhdid edir, hədələyir. Odur ki, biz 10 nəfər müəllim, təhlükəsizliyimizin təmin edilməsi məqsədi ilə Ölkə prezidentinə, Birinci vitse-prezidentə və Təhsil Nazirliyinə teleqram vurmuşuq. Bizə kömək edin...”


Qeyd edək ki, Şamaxı rayonunda məktəb direktoru rüşvət almaqda ittiham olunur. Rayonun şəhid A.Alxanov adına Sabir qəsəbə tam orta məktəbin direktoru Gülnurə Babaşovanın, rəhbərlik etdiyi təhsil ocağında müəllimlərdən siyahı üzrə pul tələb etdiyini əks etdirən səs yazısı yayılıb. Səs yazısında direktor müəllimlərdən ötən aydan ödənilməyən işıq pullarının və hər ay yığılan "aylıq” pullarının verilməsini tələb edir: "Sonra deməyin ki, maaşı aldım, vacib oldu xərclədim. Bəri başdan işiq pulunu və aylığı verin” deyir.


Təhsil Nazirliyi isə saytımıza açıqlamasında bu barədə məlumatlı olduqlarını və tərəflərindən araşdırma aparıldığını bildirib.


 

Şamaxıda 10 müəllimin həyatı təhlükədə - “Bizə kömək edin!”

 

 




 Aznews.az




Aztest.info





Müzakirə:



Keçidlər:





Reklam yeri:

loading...

Həmçinin oxuyun:

Bakıda məktəb-liseydə RÜŞVƏT QALMAQALI - Direktorun otağına girdi və...

Bakıda məktəb-liseydə RÜŞVƏT QALMAQALI - Direktorun otağına girdi və...

Səs yazısı yayılan direktorla bağlı rəsmi açıqlama: “Araşdırılır” VİDEO

Səs yazısı yayılan direktorla bağlı rəsmi açıqlama: “Araşdırılır” VİDEO

Müəllimlərdən rüşvət istəyən direktor işdən çıxarıldı

Müəllimlərdən rüşvət istəyən direktor işdən çıxarıldı

Müəllimlərdən rüşvət istəyən direktorla bağlı rəsmi AÇIQLAMA

Müəllimlərdən rüşvət istəyən direktorla bağlı rəsmi AÇIQLAMA

Müəllimi borca görə işdən qovdular – “Özbaşınalığa etiraz edirdim…”

Müəllimi borca görə işdən qovdular – “Özbaşınalığa etiraz edirdim…”

Şamaxıda məktəb direktoru

Şamaxıda məktəb direktoru "qaçaq"lıq edir: Müəllimlərə divan tutur - ŞİKAYƏT

Gəncədə ara qarışıb: Nazirlik adından məktəbi yoxlayan kim imiş? - Şok təfsilat

Gəncədə ara qarışıb: Nazirlik adından məktəbi yoxlayan kim imiş? - Şok təfsilat

Sumqayıt məktəbində QALMAQAL - Direktor keçmiş müavininə cavab verdi

Sumqayıt məktəbində QALMAQAL - Direktor keçmiş müavininə cavab verdi

Şamaxı məktəbində QALMAQAL- Direktor ittihamlara cavab verdi

Şamaxı məktəbində QALMAQAL- Direktor ittihamlara cavab verdi

Azərbaycanda şok - Baytar məktəb direktoru təyin edildi

Azərbaycanda şok - Baytar məktəb direktoru təyin edildi

Cəlilabadda növbəti özbaşınalıq - Direktor əvəzi müəllim Təhsil Nazirliyinə zəng etdiyi üçün dərs saatlarını əlindən aldı - SƏS YAZISI

Cəlilabadda növbəti özbaşınalıq - Direktor əvəzi müəllim Təhsil Nazirliyinə zəng etdiyi üçün dərs saatlarını əlindən aldı - SƏS YAZISI

Cəlilabadda müəllimlər Prezidentə MÜRACİƏT etdi -

Cəlilabadda müəllimlər Prezidentə MÜRACİƏT etdi - "Bizə kömək edin"

Birinci sinif müəllimi:

Birinci sinif müəllimi: "Elə çimdik alacam ki..."

Azərbaycanın ən bərbad məktəbi -  Uyğunlaşdırılmış tövlədən REPORTAJ- FOTOLAR - VİDEO

Azərbaycanın ən bərbad məktəbi - Uyğunlaşdırılmış tövlədən REPORTAJ- FOTOLAR - VİDEO

Yenicə təyin olunmuş direktor müzakirələrə səbəb oldu – Əslində onun...-FOTO

Yenicə təyin olunmuş direktor müzakirələrə səbəb oldu – Əslində onun...-FOTO

Bakıda məktəb rəhbəri jurnalisti hədələdi: “Sənin başın bədəninə ağırlıq edir!” - SƏS YAZISI

Bakıda məktəb rəhbəri jurnalisti hədələdi: “Sənin başın bədəninə ağırlıq edir!” - SƏS YAZISI

Müəllim işləyə-işləyə yeri vakant göstərilib?-Sumqayıt məktəbində qəribə olay

Müəllim işləyə-işləyə yeri vakant göstərilib?-Sumqayıt məktəbində qəribə olay

Azərbaycanın bu kəndində 24 ildən sonra ilk dəfə dərs keçiriləcək

Azərbaycanın bu kəndində 24 ildən sonra ilk dəfə dərs keçiriləcək

Cəlilabad təhsilindən növbəti ŞİKAYƏT - Rüşvətlə vəzifəyə təyin olunan direktor öz qoyduğu “sərmayəni” necə çıxardır? - AÇIQ MƏKTUB

Cəlilabad təhsilindən növbəti ŞİKAYƏT - Rüşvətlə vəzifəyə təyin olunan direktor öz qoyduğu “sərmayəni” necə çıxardır? - AÇIQ MƏKTUB

Cəlilabad rayonunda müəllimlər üsyana qalxdı - İşləyən müəllimin yerini vakant etdilər

Cəlilabad rayonunda müəllimlər üsyana qalxdı - İşləyən müəllimin yerini vakant etdilər

Direktor və müavinləri də DQ-də iştirak edəcək..6 saatdan çox dərs saatı veriləcək

Direktor və müavinləri də DQ-də iştirak edəcək..6 saatdan çox dərs saatı veriləcək

Müəllimin tribunası : Müəllimlər arasında dərs bölgüsü necə olmalıdır?

Müəllimin tribunası : Müəllimlər arasında dərs bölgüsü necə olmalıdır?

Direktor və müavinlər məktəbdə dərs deyə biləcəklərmi?-ekspertlərin rəyi

Direktor və müavinlər məktəbdə dərs deyə biləcəklərmi?-ekspertlərin rəyi

“Direktor bizi əxlaqsız söyüşlərlə təhqir edib” - Daha bir məktəbdə qalmaqal

“Direktor bizi əxlaqsız söyüşlərlə təhqir edib” - Daha bir məktəbdə qalmaqal