Xəbərlər
07 fevral 2018
2 615


"2018-ci il üçün iş vaxtının norması"nda və "2018-ci ilin istehsalat təqvimi"ndə dəyişikliklər edilib

"2018-ci il üçün iş vaxtının norması"nda və "2018-ci ilin istehsalat təqvimi"ndə dəyişikliklər edilib

 

Azərbaycan Prezidentinin "Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında" 2018-ci il 5 fevral tarixli Sərəncamına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Kollegiyasının 07 fevral 2018-ci il tarixli 3 nömrəli qərarı ilə "2018-ci il üçün iş vaxtının norması"nda və "2018-ci ilin istehsalat təqvimi"ndə müvafiq dəyişikliklər edilib.

Bu barədə Trend-ə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib.

E.Babayev bildirib ki, qərara əsasən, "2018-ci il üçün iş vaxtının norması"nda dördüncü abzasın üçüncü, dördüncü və beşinci cümlələri və beşinci abzas çıxarılıb və yeni abzas əlavə edilib. Həmin abzasda qeyd olunub ki, "Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 fevral tarixli Sərəncamına və "Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin təyin olunması barədə" Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının 2018-ci il 6 fevral tarixli 1/1 nömrəli Qərarına əsasən 2018-ci il aprelin 11-i növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri günü kimi nəzərə alınır".

Şöbə müdiri qeyd edib ki, qərarla həmçinin "2018-ci ilin istehsalat təqvimi"ndə aprel və oktyabr ayları üzrə aylıq iş vaxtı normasına aid hissələrdə müvafiq olaraq "168" rəqəmi "159" rəqəmi ilə, "175" rəqəmi "184" rəqəmi ilə, II və IV rüblər üzrə rüblük iş vaxtı normasına aid hissələrdə müvafiq olaraq "469" rəqəmi "460" rəqəmi ilə, "502" rəqəmi isə "511" rəqəmi ilə əvəz edilib: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 20 dekabr tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş 1 və 2 nömrəli əlavələrdə edilən dəyişikliklər Nazirliyin rəsmi internet səhifəsindəki "İstehsalat təqvimi" bölməsində də yerləşdirilib".
E.Babayev onu da diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 105-1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikasında bələdiyyə üzvlərinin seçkiləri, həmçinin referendum zamanı səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab edilmir: "Eyni zamanda, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən bu Məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar (əmək şəraiti ilə əlaqədar qısaldılmış iş vaxtı müəyyən edilən hallardır) istisna olunmaqla, qalan iş yerlərində səsvermə günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır".
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Aprelin 9-u və 10-u qısa iş günü olacaq

Aprelin 9-u və 10-u qısa iş günü olacaq

Bir həftə qeyri-iş günü olacaq

Bir həftə qeyri-iş günü olacaq

Aprelin 11-i Azərbaycanda qeyri-iş günüdür

Aprelin 11-i Azərbaycanda qeyri-iş günüdür

"Təhsil haqqında" qanuna dəyişiklik üçün Prezident fərman verdi

"Təhsil haqqında" qanuna dəyişiklik üçün Prezident fərman verdi

İşçi qanunla hər gün neçə saat işləməlidir?

İşçi qanunla hər gün neçə saat işləməlidir?

Bu il müsabiqə yolu ilə işə qəbul olunan müəllimlər diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə bərabər tutulacaq

Bu il müsabiqə yolu ilə işə qəbul olunan müəllimlər diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə bərabər tutulacaq

Prezident İlham Əliyev TQDK "Əsasnamə"sinə dəyişikliklər etmək barədə fərman verib

Prezident İlham Əliyev TQDK "Əsasnamə"sinə dəyişikliklər etmək barədə fərman verib

Təhsil Nazirliyi haqqında Əsasnamədə dəyişikliklə bağlı Przidentin fərmanı

Təhsil Nazirliyi haqqında Əsasnamədə dəyişikliklə bağlı Przidentin fərmanı

Təhsil naziri əvəzi əmr imzaladı - Universitetlərdə vəzifə tutmaq qaydası...

Təhsil naziri əvəzi əmr imzaladı - Universitetlərdə vəzifə tutmaq qaydası...

İlham Əliyev müəllimlərin əməkhaqqı ilə bağlı sərəncam verdi

İlham Əliyev müəllimlərin əməkhaqqı ilə bağlı sərəncam verdi

Yeni doğulan uşağın valideynlərindən heç biri işləmirsə, həmin uşağa görə birdəfəlik müavinət hansı orqan tərəfindən ödənilir?

Yeni doğulan uşağın valideynlərindən heç biri işləmirsə, həmin uşağa görə birdəfəlik müavinət hansı orqan tərəfindən ödənilir?

Dövlət İmtahan Mərkəzi hüquqi publik şəxsin yaradılması ilə bağlı sərəncam və fərmanlarda dəyişikliklər edilməsi ilə bağlı Prezidentin fərmanı

Dövlət İmtahan Mərkəzi hüquqi publik şəxsin yaradılması ilə bağlı sərəncam və fərmanlarda dəyişikliklər edilməsi ilə bağlı Prezidentin fərmanı

42 min müəllimin maaşı artdı

42 min müəllimin maaşı artdı

Maaşlarımız nə qədər - ARTDI?

Maaşlarımız nə qədər - ARTDI?

20 Yanvar günü dərs və iş olacaqmı? – AÇIQLAMA

20 Yanvar günü dərs və iş olacaqmı? – AÇIQLAMA

Maaşlar artırıldı: Prezident sərəncam imzaladı

Maaşlar artırıldı: Prezident sərəncam imzaladı

İşdən çıxarılan müavini direktorun razılığı olmasa ....... ƏMR № 205

İşdən çıxarılan müavini direktorun razılığı olmasa ....... ƏMR № 205

İş vaxtı ,onun müddəti,istirahət vaxtı

İş vaxtı ,onun müddəti,istirahət vaxtı

TƏDRİS İLİNİN müddəti ilə bağlı 1140 №-li ƏMR

TƏDRİS İLİNİN müddəti ilə bağlı 1140 №-li ƏMR

Təhsil müəssisəsinin əlavə gəlir əldə etmək məqsədi ilə məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərinin müəyyən edilməsi haqqında

Təhsil müəssisəsinin əlavə gəlir əldə etmək məqsədi ilə məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərinin müəyyən edilməsi haqqında

İş vaxtının anlayışı və növləri

İş vaxtının anlayışı və növləri

"Formal təhsilin təşkili Qaydaları"  NK-nın 6 avqust 2010-cu il  tarixli № 147-li QƏRARI

"Formal təhsilin təşkili Qaydaları" NK-nın 6 avqust 2010-cu il tarixli № 147-li QƏRARI

Təhsil Nazirliyində növbədənkənar kollegiya iclası keçirildi...

Təhsil Nazirliyində növbədənkənar kollegiya iclası keçirildi...

TEST 1 Direktor olmaq istəyənlər üçün   İş vaxtı və istirahət vaxtı

TEST 1 Direktor olmaq istəyənlər üçün İş vaxtı və istirahət vaxtı