Xəbərlər
03 fevral 2018
663

Boş qalan yüksək dövlət vəzifələri - SİYAHI


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

    Ötən gün Prezident İlham Əliyevibn sərəncamı ilə yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinat ölkədə boş qalan yüksək vəzifələri bir daha gündəmə gətirdi.

Boş olan yüksək dövlət vəzifələrindən biri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini – Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəis postudur. Ölkə başçısının 11 iyul 2017-ci ildə imzaladığı sərəncamla həmin vəzifəni tutan Novruzəli Orucov oğlunun törətdiyi avtoxuliqanlığa görə vəzifəsindən azad edilmişdi.

Artıq 61 gündür ki, Təhsil naziri postu da boşdur. 5 dekabr tarixində prezidentin imzaladığı sərəncamla Mikayıl Cabbarov vergilər naziri təyin edildikdən sonra onun əvvəlki vəzifəsi boş qalıb. Hazırda həmin vəzifəni nazir müavini Ceyhun Bayramov əvəz edir.

Prezident yanında Ali Attestasiya Komissiyasının sabiq sədri Arif Mehdiyevin ölümündən sonra onun yerinə təyinat olmayıb. Bu vəzifə artıq 1 ildən çoxdur təyinat gözləyir. Bildirək ki, Komissiyanın sabiq sədri, akademik Arif Mehdiyev 2016-cı il dekabrının 19-da vəfat edib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində vaxtilə Elnur Aslanovun icra etdiyi vəzifə də hələlik boşdur. O, nazirliyin Elektron İdarəçiliyin İnkişafı şöbəsinin müdiri vəzifəsindən gedəndən sonra yerinə heç bir təyinat olmayıb.

Prezident İ.Əliyevin bu il iyunun 1-də struktur islahatları ilə əlaqədar imzaladığı sərəncamla Prezident Administrasiyasında Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə köməkçi, şöbə müdiri Kamal Abdulla Azərbaycan Dillər Universitetinin rektoru təyin edilib. Beləliklə, Prezident Administrasiyasında Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə köməkçi, şöbə müdiri və Humanitar siyasət məsələləri şöbəsinin müdiri (vaxtilə Fatma Abdullazadənin çalışdığı vəzifə) vəzifələri də boşdur.

Ötən gün Prezindentin imzaladığı sərəncamla Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Yasamal RİH-ə başçı təyin edildi. Bununla da Cəlilabad RİH-in başçısı vəzifəsi boş qalmış oldu.

Həmçinin Lənkəran Dövlət Universitetinin rektoru, Azərbaycan Texniki Universitetinin rektoru, Təhsil İnstitutunun direktoru və Heydər Əliyev adına Dövlət Təhlükəsizliyi Xidməti Akademiyasının rəisi vəzifələrinə də hələlik təyinat yoxdur.(axar.az)






Whatsapp'ta Paylaş

Загрузка...
loading...