Xəbərlər / Ekspert
31 yanvar 2018
2 418


Təhsil eksperti: “Bir nəfər bir neçə vəzifə tutur, digərləri işsizlik problemi ilə baş-başa qalır”

Təhsil eksperti: “Bir nəfər bir neçə vəzifə tutur, digərləri işsizlik problemi ilə baş-başa qalır”

"İstəsək də, istəməsək də bir həqiqətlə hesablaşmalıyıq ki, ali təhsil ocaqlarında baş verən neqativliklərin ən başlıca səbəbi, rektorların bir neçə vəzifə daşıması ilə əlaqədar, əsas vəzifələrinin icrasına vaxt tapa bilməmələri, lazımi diqqət yetirə bilmək imkanlarının olmaması ilə əlaqədar olub”.


Aztəhsil.com xəbər verir ki, bu fikirləri təhsil üzrə ekspert Nadir İsrafilov Ali məktəblərdə bir şəxsin eyni zamanda kafedra müdiri və dekan vəzifəsini icra etməsinin qadağan olunması qərarını pia.az-a şərh edərkən qeyd edib.


Xatırladaq ki, Təhsil Nazirliyinin Kollegiyası "Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”nı təsdiq edib. Qaydalara əsasən Ali məktəblərdə bir şəxsin eyni zamanda kafedra müdiri və dekan vəzifəsini icra etməsi qadağan edilib. Bu Qaydalar mülkiyyət formasından asılı olmayaraq bütün ali təhsil müəssisələrinə şamil edilib.


Ali təhsil müəssisələrində kafedra müdiri və fakültə dekanı vəzifələrinin tutulması müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqənin nəticəsinə əsasən həmin vəzifələrə seçilmiş şəxslərlə işəgötürən arasında əmək münasibətləri 5 il müddətinə bağlanmış əmək müqaviləsi ilə tənzimlənir. Həmçinin kafedra müdirinin və dekanın fəaliyyətinə nəzərdə tutulmuş müddətdən əvvəl xitam verildiyi və ya elan olunmuş müsabiqə baş tutmadığı hallarda ali təhsil müəssisəsi rektorunun əmri ilə kafedra müdiri vəzifəsinin icrası kafedranın əməkdaşlarından birinə, dekan vəzifəsinin icrası isə dekan müavininə və ya fakültənin tərkibindəki kafedralardan birinin bu Qaydalarda oyulan tələbləri ödəyən əməkdaşına müvəqqəti (üç aydan çox olmayaraq) olaraq həvalə olunur. Dekan vəzifəsini icra edən şəxs, vəzifəni icra etdiyi müddətdə kafedra müdiri və ya dekan vəzifələrinin tutulması ilə bağlı müsabiqədə iştirak edə bilməz. Kafedra müdiri vəzifəsini icra edən şəxs dekan vəzifələrinin tutulması ilə bağlı müsabiqədə iştirak edə bilər.


Bu Qaydalar 2018-ci il 15 fevral tarixindən qüvvəyə minir.


Nadir İsrafilov: "Bir müddət əvvəl bizim nə az, nə çox, 10 rektorumuz Milli Məclisdə təmsil olunurdu. Adam bir vəzifə daşımalıdır”.


Universitetlərdən kənarda fəaliyyət göstərən millət vəkillərinin, nazirlərin və digər vəzifə sahiblərinin dekan kimi, kafedra müdiri kimi fəaliyyət göstərmələri də, əslində, ali məktəbin inkişafına mane olmaqdan başqa bir şey olmadığını qeyd edən təhsil üzrə ekspert Nadir İsrafilov açıqlamasında əlavə edib ki, belə halların təxirə salınmadan aradan qaldırılması, işin keyfiyyəti ilə yanaşı, həmin vəzifələrin gənc və perspektivli kadrlara həvalə edilməsinə öz təsirini göstərəcəkdir:


"Təhsil Nazirliyinin Kollegiyası tərəfindən "Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”nı, xüsusilə də "bütün hallarda bir şəxsin eyni zamanda kafedra müdiri və dekan vəzifəsini icra etməsinə yol verilmir” müddəasını təqdir etməklə yanaşı, hətta gecikmiş bir addım kimi qiymətləndirirəm.


Yəqin təhsillə bu və ya digər şəkildə əlaqəli olanlar bilməmiş deyil ki, kafedra müdiri və dekan vəzifəsi ali məktəbdə ən məsul vəzifələrdəndir. İndiki vəziyyətdə fakültə dekanı və kafedra müdiri fakültədə və kafedrada işlərin təşkili, tədris planı və proqramlarının, cədvəllərin tərtibi, müəllimlərin semestr və dövlət imtahanlarının təşkili və onlara nəzarətin həyata keçirilməsi, bütövlükdə təhsilin keyfiyyətinin idarə olunması məsələlərinə cavabdeh olan şəxslərdir.  Fikrimcə, universitetlərdən kənarda fəaliyyət göstərən millət vəkillərinin, nazirlərin və digər vəzifə sahiblərinin dekan kimi, kafedra müdiri kimi fəaliyyət göstərmələri də, əslində, ali məktəbin inkişafına mane olmaqdan başqa bir şey olmayıb. 


Nadir İsrafilov: "Bu qaydaların təsdiqlənməsini təhsildə demokratikləşmə, humanistləşmə, səlahiyyətlərin bölüşdürülması, funksiyaların bərabər paylanması istiqamətdə atılan növbəti addım kimi dəyərləndirirəm”.


Hesab edirəm ki, belə halların təxirə salınmadan aradan qaldırılması, işin keyfiyyəti ilə yanaşı, həmin vəzifələrin gənc və perspektivli kadrlara həvalə edilməsinə öz təsirini göstərəcəkdir. Necə olur ki, bir nəfər bir neçə vəzifə tutur, digərləri işsizlik problemi ilə baş-başa qalır? Yeri gəlmişkən bir müddət əvvəl bizim nə az, nə çox, 10 rektorumuz Milli Məclisdə təmsil olunurdu. Adam bir vəzifə daşımalıdır, yoxsa buna el arasında bir əldə iki qarpız tutmaq deyirlər. İstəsək də, istəməsək də bir həqiqətlə hesablaşmalıyıq ki, ali təhsil ocaqlarında baş verən neqativliklərin bir və həm də ən başlıca səbəbi, rektorların bir neçə vəzifə daşıması ilə əlaqədar, əsas vəzifələrinin icrasına vaxt tapa bilməmələri, lazımi diqqət yetirə bilmək imkanlarının olmaması ilə əlaqədar olub. 


Həm millət vəkili, həm kafedra müdiri, həm də rektor olan bir insanın 15-20 min tələbəsi, mindən artıq müəllimi, onlarla fakültəsi, kafedrası, mərkəzləri, muzeyləri, daha nələri olan universitetə rəhbərlik və nəzarət funksiyasını həyata keçirə biləcəyini gözləmək özü belə heç bir məntiqə sıxmırdı. Yaxşı ki, bu ənənəyə gec də olsa son qoyuldu. Bu qaydaların təsdiqlənməsini təhsildə demokratikləşmə, humanistləşmə, səlahiyyətlərin bölüşdürülması, funksiyaların bərabər paylanması istiqamətdə atılan növbəti addım kimi dəyərləndirirəm”.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Ali məktəblərdə kafedra müdiri və dekan vəzifəsi ilə bağlı YENİ TƏLƏB

Ali məktəblərdə kafedra müdiri və dekan vəzifəsi ilə bağlı YENİ TƏLƏB

BDU-nun kafedra müdiri işdən azad edildi

BDU-nun kafedra müdiri işdən azad edildi

ADU-da yeni təyinatlar olub

ADU-da yeni təyinatlar olub

Bu dövlət universitetinə ağır itki: Kafedra müdiri iş başında öldü

Bu dövlət universitetinə ağır itki: Kafedra müdiri iş başında öldü

Milli Aviasiya Akademiyasının kafedra müdiri dünyasını dəyişib

Milli Aviasiya Akademiyasının kafedra müdiri dünyasını dəyişib

Tibb Universiteti yaşlı kafedra müdirləri ilə vidalaşır - EKSKLÜZİV

Tibb Universiteti yaşlı kafedra müdirləri ilə vidalaşır - EKSKLÜZİV

BDU-nun kafedra müdiri vəfat etdi

BDU-nun kafedra müdiri vəfat etdi

Azərbaycanda bu müəllimlərin maaşı artırıldı

Azərbaycanda bu müəllimlərin maaşı artırıldı

Pedaqoji universitetdə özbaşınalıq – “Kafedra müdiri arvadının istəyi ilə…”

Pedaqoji universitetdə özbaşınalıq – “Kafedra müdiri arvadının istəyi ilə…”

ADU-da Jurnalistika kafedrası yaradılıb

ADU-da Jurnalistika kafedrası yaradılıb

Dillər Universiteti işçi axtarır: VAKANT YERLƏRİN SİYAHISI

Dillər Universiteti işçi axtarır: VAKANT YERLƏRİN SİYAHISI

BDU-dan təhqir olunaraq qovulan gənclə bağlı - Açıqlama

BDU-dan təhqir olunaraq qovulan gənclə bağlı - Açıqlama

ADPU-nun Riyaziyyat və informatika fakültəsinin əməkdaşlarından Arzu Əliyevaya etiraz...

ADPU-nun Riyaziyyat və informatika fakültəsinin əməkdaşlarından Arzu Əliyevaya etiraz...

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə yeni dekan təyin olunub

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə yeni dekan təyin olunub

Dekan müavininin şikayətçi olduğu tələbə ilə bağlı QƏRAR VERİLDİ

Dekan müavininin şikayətçi olduğu tələbə ilə bağlı QƏRAR VERİLDİ

Dekan müavininin tələbəyə qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib

Dekan müavininin tələbəyə qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib

DİM vakant yerlərə qəbulun nəticələrini AÇIQLAYIB

DİM vakant yerlərə qəbulun nəticələrini AÇIQLAYIB

Əmək hüquq münasibətlərinin yaranması, dəyişdirilməsi və хitam edilməsi əsasları

Əmək hüquq münasibətlərinin yaranması, dəyişdirilməsi və хitam edilməsi əsasları

14 dövlət qulluqçusu təltif edilib, 25-i isə...

14 dövlət qulluqçusu təltif edilib, 25-i isə...

ADPU-da professor-müəllim heyətinin seçimi başladı

ADPU-da professor-müəllim heyətinin seçimi başladı

Dövlət qulluğu ilə bağlı yeni şərtlər və qaydalar Nazirlər Kabinetinə təqdim edilib

Dövlət qulluğu ilə bağlı yeni şərtlər və qaydalar Nazirlər Kabinetinə təqdim edilib

DİQQƏT! Keçid balları azaldıldı

DİQQƏT! Keçid balları azaldıldı

Tibb Universitetinin kafedralarına yeni müdirlər seçilib - SİYAHI

Tibb Universitetinin kafedralarına yeni müdirlər seçilib - SİYAHI

Dövlət qulluğu vəzifələrinin tutulması üçün müsahibəyə 73 nəfərin namizədliyi qeydə alınıb

Dövlət qulluğu vəzifələrinin tutulması üçün müsahibəyə 73 nəfərin namizədliyi qeydə alınıb