Xəbərlər
31 yanvar 2018
271

Bu ölkədə ali məktəblərdə yeni qəbul qaydaları tənqid olunub


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Bu ölkədə ali məktəblərdə yeni qəbul qaydaları tənqid olunub

Avstriyanın ali təhsil ocaqlarında nəzərdə tutulan yeni məhdudiyyətlər gözlənildiyi kimi, etirazlarla qarşılanıb.

Nazirlər Kabinetinin iclasında 2019-2021-ci illəri əhatə edən dövrdən etibarən magistr və bakalavr pillələri üzrə bir sıra ixtisaslara tələbə qəbulunda say məhdudiyyətinin (Numerus Clausus) tətbiq olunması barədə qərar qəbul edilib. Hüquqşünaslıq, pedaqoji və xarici dillər üzrə ixtisasları əhatə edən qaydalara görə, həmin ixtisaslara qəbul zamanı abituriyentlərin sayı müvafiq say həddindən artıq olduğu halda qəbul imtahanları keçirilməlidir. Bu məhdudiyyətlər artıq memarlıq (şəhərsalma), biologiya (biokimya), informatika, iqtisad elmləri, əczaçılıq və jurnalistika ixtisasları üzrə tətbiq olunur. Lakin yeni qaydaların özünəməxsusluğu ondan ibarətdir ki, hansısa bir ixtisasa tələbə qəbulunda məhdudiyyət ölkədəki bütün universitetlər üzrə deyil, müraciətlərin sayının müvafiq limiti keçən ayrı-ayrı ali təhsil ocaqlarında fərdi şəkildə tətbiq olunacaq.

Yeni qaydaları müdafiə edən elm naziri Haynts Fasmann bildirib ki, hazırda Avstriya universitetlərində hüquq fakültələrində orta hesabla hər fənn üzrə bir tədris müəllimi 70 tələbə, xarici dillərdə 73, pedaqoji fakültələrdə isə 123 tələbəyə dərs keçməlidir. Bu isə tədrisin keyfiyyətinə mənfi təsir göstərir. Gələcəkdə hər bir müəllim semestr ərzində bir fənn üzrə orta hesabla 40 tələbə ilə məşğul olmalıdır.

Hazırda Avstriyanın ali təhsil müəssisələrində 280 min tələbə təhsil alır. Yeni məhdudiyyətlər hesabına yaxın illərdə ali məktəblərdəki tələbələrin sayı 15 min nəfər azala bilər.

Universitet rektorları və professor-müəllim heyətləri tərəfindən alqışlanan yeni qaydalar Avstriya Sosial-Demokratlar Partiyası (SPÖ) və xüsusilə də Avstriya Tələbələr Assosiasiyası tərəfindən sərt tənqid olunub. Tələbələr Assosiasiyası yaydığı bəyanatda hökuməti yeni qaydaları tətbiq etməklə real problemləri qulaqardına vurmaqda ittiham edib. Qeyd edilib ki, sosial selektiv qəbul qaydaları gələcəkdə maddi cəhətdən aşağı təminatlı ailələrə ciddi zərbə olacaq və universitetlərin hamı üçün açıq ali təhsil müəssisələrindən məhdud sayda şəxslərin təhsil almaq hüququna sahib olduğu elitar mərkəzlərə çevirəcək. Bunun əvəzində isə ali təhsil müəssisələrində professor-müəllim heyətinin sıraları genişləndirilməli, keyfiyyətli tədris üçün universitetlərin büdcəsi artırılmalı və həmçinin müəllimlər üçün icbari didaktik təkmilləşmə kursları təqdim olunmalıdır.





Whatsapp'ta Paylaş

loading...

Həmçinin oxuyun:
Qonşu ölkələrdə ali məktəbə attestatla qəbul olunmuş... -Təhsil Nazirliyi

Qonşu ölkələrdə ali məktəbə attestatla qəbul olunmuş... -Təhsil Nazirliyi

Orta ixtisas təhsilində YENİLİK - VİDEO

Orta ixtisas təhsilində YENİLİK - VİDEO

Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili qaydalarına dəyişiklik edilib

Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili qaydalarına dəyişiklik edilib

Alman tibb ali məktəblərinə qəbul qaydaları dəyişdirilib

Alman tibb ali məktəblərinə qəbul qaydaları dəyişdirilib

Qəbul imtahanının qaydaları dəyişir: 5 deyil 3 fəndən imtahan olacaq

Qəbul imtahanının qaydaları dəyişir: 5 deyil 3 fəndən imtahan olacaq

Tələbə qəbulu qaydaları dəyişdi - Hər kəs üçün əlçatan təhsil imkanı olacaqmı?

Tələbə qəbulu qaydaları dəyişdi - Hər kəs üçün əlçatan təhsil imkanı olacaqmı?

Qəbul və buraxılış imtahanları belə olacaq - Şərtlər açıqlandı

Qəbul və buraxılış imtahanları belə olacaq - Şərtlər açıqlandı

Bundan sonra imtahandan 700 bal yığmaq mümkün olmayacaq

Bundan sonra imtahandan 700 bal yığmaq mümkün olmayacaq

Qəbul imtahanları hansı fənlərdən olacaq? - BÜTÜN YENİLİKLƏR AÇIQLANDI

Qəbul imtahanları hansı fənlərdən olacaq? - BÜTÜN YENİLİKLƏR AÇIQLANDI

Hansı ali məktəbin güzəştli tələbəsi çoxdur? - SİYAHI

Hansı ali məktəbin güzəştli tələbəsi çoxdur? - SİYAHI

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı

Təhsil Nazirliyi tələbələrin köçürülməsi ilə bağlı narazılıqlara münasibət bildirib

Təhsil Nazirliyi tələbələrin köçürülməsi ilə bağlı narazılıqlara münasibət bildirib

Universitet seçimində tərəddüd edənlər üçün

Universitet seçimində tərəddüd edənlər üçün

Bəzi universitetlərdə qəbul balların diferensiallaşmasına TN-in mövqeyi...MÜSAHİBƏ

Bəzi universitetlərdə qəbul balların diferensiallaşmasına TN-in mövqeyi...MÜSAHİBƏ

Yeni qaydaya əsasən tələbələr ali təhsil müəssisəsini 4 ildən tez qurtara biləcəklər

Yeni qaydaya əsasən tələbələr ali təhsil müəssisəsini 4 ildən tez qurtara biləcəklər

Kredit sistemi ilə tədrisin təşkili Qaydalarında dəyişiklik təsdiqləndi – DİQQƏT!

Kredit sistemi ilə tədrisin təşkili Qaydalarında dəyişiklik təsdiqləndi – DİQQƏT!

Əyani formada təhsil alan tələbələr üçün yeni qaydalar təsdiq olunub

Əyani formada təhsil alan tələbələr üçün yeni qaydalar təsdiq olunub

Son illər ali məktəblərə qəbul olanların sayında artım var

Son illər ali məktəblərə qəbul olanların sayında artım var

UNİVERSİTETLƏRİN HAZIRLIĞINA QƏBUL QAYDALARI AÇIQLANDI – Müsahibə

UNİVERSİTETLƏRİN HAZIRLIĞINA QƏBUL QAYDALARI AÇIQLANDI – Müsahibə

Bakı Mühəndislik Universitetinə pedaqoji sahə üzrə qəbul dayandırılıb

Bakı Mühəndislik Universitetinə pedaqoji sahə üzrə qəbul dayandırılıb

Tələbə qəbulu planını Nazirlər Kabineti müəyyən edəcək

Tələbə qəbulu planını Nazirlər Kabineti müəyyən edəcək

İmtahandan kəsilən abituriyentlər də tələbə ola bilər - Azərbaycanda ilk

İmtahandan kəsilən abituriyentlər də tələbə ola bilər - Azərbaycanda ilk

Azərbaycanda ali məktəblərə qəbul qaydaları dəyişdirilir

Azərbaycanda ali məktəblərə qəbul qaydaları dəyişdirilir

Azərbaycan Dövlət Universiteti yeni tədris ili ərəfəsində

Azərbaycan Dövlət Universiteti yeni tədris ili ərəfəsində