Xəbərlər / İKT / Texnologiya
30 yanvar 2018
2 568


Facebookdan mühüm YENİLİK: -gizli bilgilər...

Dünyada 2 milyarddan çox istifadəçisi olan Facebook ilk dəfə proqramın gizlilik prinsiplərini yayımlayacaq.


Məlumata görə, şirkət müştəriyə aid məlumatların necə istifadə edildiyinə dair bilgiləndirmə kampaniyasına start verib.


Şirkət istifadəçilərin gizlilik sisteminin necə işləməsini anlaması və bilgilərini qoruya bilməsi üçün təlim məsqədli videolar yayımlamağa hazırlaşır. Videolarda Facebookun reklamları göstərə bilmək üçün bilgiləri necə istifadə etdiyi, keçmiş mesajların necə silinə biləcəyi və silinən hesablardakı məlumatlara sonradan nə olduğuna dair informasiyalar yer alacaq.


Şirkətin bu bilgiləri verməkdə məqsədi Facebookun 25 may tarixində qüvvəyə minəcək Avropa İttifaqının yeni məlumat qorumaq qanunua öncə hazır olmaq istəyidir.


Facebookun təhlükəsizlik işlərindən cavabdeh olan Erin Eqan yeni layihə barədə açıqlama verib.


"İnsanların facebookdan münasibət qurmaq üçün istifadə etdiyini bilirik. Ancaq hər kəs hər şeyi biz daxil, hər kəslə paylaşmaq istəmir. Bilgilərinizin necə istifadə edildiyi mövzusunda seçimlərin olması önəmlidir”, - deyə Eqan bildirib.

Məqalə Göndər








Загрузка...