Uşaqlarda bu xəstəliklər daha da artıb - Həkim SƏBƏBLƏRİ sadaladı
Texnologiyanın inkişafı özü ilə yeni uğurlar gətirməklə bərabər, eyni zamanda, müəyyən xəstəliklərə də yol açır. Bunlardan biri də gözlərin zəifləməsidir. Təsadüfi deyil ki, eynəkdən istifadə edənlərin sayı günbəgün artır. Buna həm də texnoloji avadanlıqlardan həddindən çox istifadə də səbəb olur. Artıq bu problem o dərəcədə özünü büruzə verir ki, nəinki yaşlı insanlar, cavanlar, azyaşlıların da kiçik yaşlarından eynəyə ehtiyacı olur. Gözün getdikcə zəifləməsi isə gələcəkdə ciddi fəsadlara yol aça bilər.
Oftalmoloq-cərrah Taryel Rüstəmov bildirib ki, uşaqlar çox erkən yaşlarda telefon və kompüterdən istifadə etməyə başlayırlar. Bu da azyaşlılarda göz zəifləməsini sürətləndirir:
"Azyaşlı uşaqlarda göz zəifliyinin əsas səbəblərindən biri budur ki, onlar kompüter və telefonda oyun oynamağı sevirlər. Bu oyunlar uşaqları özünə aludə edir. Nəticədə onlardan aşırı dərəcədə istifadə etməyə başlayırlar. Valideynlər belə vəziyyətlərə hazır olmalı və övladlarına xüsusilə diqqət etməlidirlər ki, sonda bu problemlə üzləşməsinlər”.
Taryel Rüstəmov qeyd edib ki, azyaşlı uşaqlarda göz zəifliyinin digər səbəbləri də çoxdur:
"Qohum evlilikləri, irsi amillər, bununla yanaşı, metabolik xəstəliklərin olması, gözün orqanik xəstəlikləri, akkommadasiyanın spazmı və başqa amillərdən irəli gələ bilər”.
T.Rüstəmovun sözlərinə görə, ciddi göz xəstəliklərindən əziyyət çəkən uşaqlar dərhal əməliyyat edilməlidir:
"Elə xəstəliklər var ki, xəstənin uşaq vaxtında dərhal əməliyyat olunmasına ehtiyac olmur. Onlar uşaq yaşlarından ciddi nəzarətimiz altına götürülür. Müəyyən yaşdan sonra, adətən, 18-21 yaşdan sonra əməliyyat olunurlar. Ancaq katarakta, çəplik, anadangəlmə qlaukoma kimi ciddi göz xəstəliyinə tutulmuş uşaqlar ən tez zamanda əməliyyat olunmalıdırlar”.
Həkim bildirib ki, uşaqların qida rasionuna diqqət etməsi vacibdir:
"Daha çox vitaminli qidalardan istifadə edilməsi məqsədəuyğundur. Balıq məhsullarına, eləcə də, meyvə-tərəvəz, süd və süd məhsullarına üstünlük verilməlidir”.
Uşaqları planşet, kompüter, mobil telefondan uzaq tutun - Həkim məsləhəti
Soyuq havalarda uşaqları xəstəliklərdən necə qoruyaq? – PEDİATR TÖVSİYƏSİ
Bəzi qidaların günlük qəbulu uşaqlar üçün vacibdir -HƏKİM
Təbaşir uşaqlarda dəri xəstəliklərinə səbəb ola bilərmi?
Smartfonlar uşaqlarda nitq gecikmələrinə səbəb olur
Eşitmə qüsurunu neçə yaşa qədər aradan qaldırmaq mümkündür?
Uşaqlarda nitq qüsurları nədən yaranır?
Belə uşaqlar gələcəkdə cani olurlar… – Valideynlərin nəzərinə
Azərbaycanda bu xəstəliklər niyə artıb? - ARAŞDIRMA
Yaddaş zəifliyi olanlara həkim məsləhəti- Bunlara diqqət
Uşaqlarda davranış və hiperaktivlik
Qaranlıqda komputer və smartfondan istifadə etməyin – GÖZLƏRİNİZİ QORUYUN
Kəkələyən uşaqlarda hansı qüsurlar olur?
Burun əti uşağı kar edə bilər – VALİDEYNLƏR, DİQQƏTLİ OLUN
Uşaqların şirniyyata olan həvəsi yalnız dadla bağlı deyil -DİQQƏT
Uşağınızın yaddaşını yoxlayın! - TEST
Uşaqlar niyə torpaq yeyir? – Bu xəstəlik ölümə də səbəb olur
Uşaqlıq qorxuları- SƏBƏBLƏRİ
Uşaq ikən aldığımız travmalar şəxsiyyətimizə necə təsir edir? - PSİXOLOQ rəyi
Uşaqların dərs uğursuzluqları və səbəbləri
Dərsə gedən bir uşaq, əlində telefon qoçaq…
Bu şirniyyatları uşaqlara verməyin - HƏKİMDƏN QADAĞA
Televizor asılılığı uşaqlara necə təsir göstərir? - VALİDEYNLƏRİN NƏZƏRİNƏ!
Uşaqlarda davranış pozuntusu və səbəbləri