Xəbərlər / Kitabxanaçı / Valideyn / Direktor / Müəllim / Layihə
26 yanvar 2018
5 418

Təhsil sisteminin “qorxulu yuxusu”, məktəblərdə paylanan “dadlı konfetlər”... -Həftənin icmalı LAYİHƏ

 Təhsil sisteminin “qorxulu yuxusu”, məktəblərdə paylanan “dadlı konfetlər”... -Həftənin icmalı LAYİHƏ 

Elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun,
 
Elə kitablar da axtarın ki, mütaliəsi filosoflarla söhbətə dəysin.

Həftənin icmalını təqdim edirik:

Təhsil sisteminin "qorxulu yuxusu” necə bitəcək?

Yola saldığımız həftə ümumtəhsil məktəblərində summativ qiymətləndirmənin ləğv olunması məsələsinin gündəmə gəlməsi ilə yadda qaldı.

Təhsil sisteminin “qorxulu yuxusu”, məktəblərdə paylanan “dadlı konfetlər”... -Həftənin icmalı LAYİHƏ

Təhsil Nazirliyindən bildirildi ki, summativ qiymətləndirmə ilə bağlı sənəd təhsil mütəxəssisləri ilə birgə müzakirə olunur. Layihə sənədi hələ ki, müzakirə mərhələsindədir.

Kurikulumun "ağlaşmaya” səbəb olduğu bir vaxtda summativ qiymətləndirmənin ləğv oluna biləcəyi ehtimalı təhsil camiasında yeni ümidlərin cücərməsinə səbəb oldu. Birinci siniflərdə summativ qiymətləndirmənin, 2-ci və 4-cü siniflərdə isə böyük summativ qiymətləndirmənin ləğv olunması, yalnız kiçik summativlərin saxlanılması təklif olunur. 

5-9-cu siniflərdə bütün fənlər üzrə kiçik summativlərin, yalnız buraxılış imtahanlarına daxil olan fənlər üzrə böyük summativlərin aparılması təklif edilir. Təklif təsdiq olunacağı halda 2018-2019-cu tədris ilində tətbiq ediləcək.

Məktəb ətraflarında paylanan "dadlı konfetlər”...

Uşaqların sevimli şirniyyatları konfetlər... Onlar uşaqların yox deməyəcəyi yeganə şirin sevinclərdir... Bir neçə gündür ki, sosial şəbəkələrdə hər kəsi, xüsusən də valideynləri narahat edən bir məsələ geniş şəkildə müzakirə olunmaqdadır. 

Bakı şəhəri Nəsimi rayonu Tahir Həsənov adına 23 saylı orta məktəb və Səbail rayon 6 saylı məktəb-liseyin ətrafında şagirdlərə narkotik tərkibli konfetəbənzər həblərin verilməsi ilə bağlı "Whatsapp” şəbəkəsində səs yazısı yayılıb. Səs yazısını yayan naməlum qadın özünü valideyn kimi təqdim edərək uşaqlara təhlükəli həblərin paylanıldığını deyib. Bundan sonra səs yazısı sürətlə yayılmağa başlayıb. 

Nazirlik isə sözügedən məsələnin həqiqəti əks etdirmədiyini bildirir. 

Belə yerdə yaxşı deyiblər, ehtiyat igidin yaraşığıdır... Diqqətli olmaq mütləqdir!

"Heç orfoqrafiya lüğətinə də inam olar?”

Qəribə hadisələr baş verir. Özü də təkcə ictimai həyatda yox, birbaşa dilimizin Konstitusiyası sayılan "Orfoqrafiya lüğəti"ndə. 

Nə baş verir axı? – Bilmirik, bir də ayıldıq ki, hər şey baş-ayaq olub.
 
"Çırtı-pırtı”, "çıpaçıp”, "dit-dit”... - Dilimizə göydən düşən gülməli "sözcüklər".
 
Guya ki, orfoqrafiya lüğətinə ümumişlək, anlaşıqlı və populyar səciyyəli terminlər daxil edilir. Göründüyü kimi, bunlar nə termindir, nə də populyar. Olsa olsa, təqlidi sözlər olar, onların da lüğətdə nə işi?! Doğrudur, dilin lüğət tərkibi daim yenilənməlidir. Buna sözümüz yox! Amma yenilənmə də qayda-qanuna, dil normalarına söykənməlidir. Bütün bunları da keçdik - Alternativ olaraq "Orfoqrafiya lüğəti" çap etmək nəyə gərək? Alternativ də "Orfoqrafiya lüğəti" olar?!
 
Vüsalə QƏZƏNFƏRQIZI 
Məqalə Göndər

Загрузка...
Həmçinin oxuyun:
Məktəblərdə summativ qiymətləndirmələr ləğv olunur - Təhsil Nazirliyində müzakirələr başlayıb

Məktəblərdə summativ qiymətləndirmələr ləğv olunur - Təhsil Nazirliyində müzakirələr başlayıb

Bakıda şagirdlərə narkotik verilir? - İNSANLARI TƏŞVİŞƏ SALANLAR KİMDİR?

Bakıda şagirdlərə narkotik verilir? - İNSANLARI TƏŞVİŞƏ SALANLAR KİMDİR?

""Orfoqrafiya lüğəti"nə də alternativ olar?..." - Əlövsət Ağalarov

""Orfoqrafiya lüğəti"nə də alternativ olar?..." - Əlövsət Ağalarov

Yeni orfoqrafiya lüğətinin istifadə vaxtı məlum oldu

Yeni orfoqrafiya lüğətinin istifadə vaxtı məlum oldu

Məktəblərdə summativlər ləğv olunur: Yazı işləri də azalacaq

Məktəblərdə summativlər ləğv olunur: Yazı işləri də azalacaq

Orfoqrafiya lüğətində qüsurlar aşkarlandı - “Çırtı-pırtı”, “çıpaçıp”, “dit-dit”...

Orfoqrafiya lüğətində qüsurlar aşkarlandı - “Çırtı-pırtı”, “çıpaçıp”, “dit-dit”...

Allahla yanaşı, Tanrı, Rəbb sözləri də böyük hərflə yazılacaq - Yeni orfoqrafiya qaydaları

Allahla yanaşı, Tanrı, Rəbb sözləri də böyük hərflə yazılacaq - Yeni orfoqrafiya qaydaları

Yeni orfoqrafiya lüğətinin tərtib olunması prinsiplərini Nazirlər Kabineti təsdiqləyəcək

Yeni orfoqrafiya lüğətinin tərtib olunması prinsiplərini Nazirlər Kabineti təsdiqləyəcək

Orfoqrafiya lüğətində ediləcək bəzi dəyişikliklər AÇIQLANIB

Orfoqrafiya lüğətində ediləcək bəzi dəyişikliklər AÇIQLANIB

Allah, Rəbb, Tanrı sözləri böyük hərflə yazılmalıdır - Yeni lüğət hazırlanır

Allah, Rəbb, Tanrı sözləri böyük hərflə yazılmalıdır - Yeni lüğət hazırlanır

Media eksperti Dilçilik İnstitutunun qərarına qarşı çıxdı

Media eksperti Dilçilik İnstitutunun qərarına qarşı çıxdı

Bakı məktəblərində I yarımil üzrə yekun qiymətləndirmə aparılır

Bakı məktəblərində I yarımil üzrə yekun qiymətləndirmə aparılır

AMEA-da yeni orfoqrafiya lüğətinin hazırlanması haqda qərar qəbul edilib

AMEA-da yeni orfoqrafiya lüğətinin hazırlanması haqda qərar qəbul edilib

"Bizi düşündürür ki, aşağı siniflərdə summativ qiymətləndirmə nə dərəcədə vacibdir?"-qiymətləndirmələrdə dəyişikliklər olacaq

"Bizi düşündürür ki, aşağı siniflərdə summativ qiymətləndirmə nə dərəcədə vacibdir?"-qiymətləndirmələrdə dəyişikliklər olacaq

Orfoqrafiya Komissiyasının mübahisəli QAYDALARI haqda son sözü Nazirlər Kabineti DEYƏCƏK

Orfoqrafiya Komissiyasının mübahisəli QAYDALARI haqda son sözü Nazirlər Kabineti DEYƏCƏK

Azərbaycanda 10 min söz lüğətdən çıxarılacaq

Azərbaycanda 10 min söz lüğətdən çıxarılacaq

Yeni orfoqrafiya lüğətinin hazırlanması istiqamətində iş aparılır

Yeni orfoqrafiya lüğətinin hazırlanması istiqamətində iş aparılır

“Əsgər” sözü “əskər”, “alqı-satqı” isə “alğı-satqı” kimi yazılacaq -Rəsmən TƏSDİQLƏNDİ

“Əsgər” sözü “əskər”, “alqı-satqı” isə “alğı-satqı” kimi yazılacaq -Rəsmən TƏSDİQLƏNDİ

Məktəbdaxili qiymətləndirmə ilə bağlı yeni qaydalar

Məktəbdaxili qiymətləndirmə ilə bağlı yeni qaydalar

İsa Həbibbəyli: AMEA-nın hazırladığı orfoqrafiya qaydaları ictimaiyyətin müzakirəsinə verilsin

İsa Həbibbəyli: AMEA-nın hazırladığı orfoqrafiya qaydaları ictimaiyyətin müzakirəsinə verilsin

Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması QAYDALARI

Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması QAYDALARI

Azərbaycan dilinin yeni orfoqrafiya qaydaları hazırlanıb

Azərbaycan dilinin yeni orfoqrafiya qaydaları hazırlanıb

“Türkmənşəli sözlər lüğəti” çap olunub