Xəbərlər / Texnologiya
25 yanvar 2018
2 434


“Google Play”də audiokitablar istifadəyə verilib

"Google” korporasiyası "Google Play” online mağazasında audiokitablar bölməsini istifadəyə verib.

 

45 ölkədə və 9 dildə əlçatan olan audiokitabları Android və iOS əsasında işləyən mobil qurğular, "Home” "ağıllı” səsgücləndiricisi, "Chromecast” rəqəmsal mediapleyeri vasitəsilə dinləmək mümkün olacaq. Onların "Google Assistant” səs köməkçisi ilə inteqrasiyası hələlik yalnız ingilis dili üçün əlyetərlidir.


Məlumata görə, audiokitabları münasib qiymətə əldə etmək mümkündür. Bunun üçün abunə olmaq tələb edilmir. İlk dəfə alanlar üçün 50 faiz endirim olacaq. İstifadəçilərə kitabdan bir hissəni ödənişsiz dinləmək təklif edilir.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun: