Xəbərlər
24 yanvar 2018
219

Kaspi Liseyi beynəlxalq olimpiadaya ev sahibliyi edir - Fotolar


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Bu gün Kaspi Liseyinin ev sahibliyi ilə Dünya Alimlər Kubokunun (The World Scholar’s Cup) Bakı raundunun rəsmi açılış mərasimi keçirildi.


Turnirdə Azərbaycandan olan komandalarla (TİSA, Baku Oxford School, Avropa Azərbaycan Məktəbi, ABC (Azerbaijan British College), Zərifə Əliyeva adına Lisey, Kaspi Liseyi - Ağ şəhər və Bakıxanov filialları, 23 nömrəli məktəb və digər özəl və dövlət məktəbləri ilə yanaşı, Qafqazın müxtəlif regionlarının aparıcı təhsil qurumlarından olan komandalar iştirak edirlər. Beynəlxalq olimpiadaya yuxarıda qeyd olunan məktəblərdən 200-ə yaxın şagird qatılıb.


Dünya Alimlər Kubokunun təsisçisi Daniel Berdiçevski rəsmi açılışı elan etdikdən sonra sözü Kaspi Təhsil Şirkətinin təsisçisi Sona Vəliyevaya verdi.


Sona xanım mərasimə qatılan iştirakçıları və media nümayəndələrini salamlayaraq onlara uğurlar dilədi.

 

Qeyd etdi ki, bu cür dünya miqyaslı bilik yarışının Azərbaycan və Qafqaz regionu məktəbləri arasında Kaspi Liseyində keçirilməsi qürur vericidir:


"İnanıram ki, siz burada özünüzü qonaq kimi yox, ev sahibi kimi hiss edəcəksiniz. Çox yaxşı haldır ki, burada hər bir şagird öyrənmək qabiliyyətini ortaya qoya biləcək. Hər bir şagird yaradıcılığa hansı səpkidə malikdirsə, onu göstərə biləcək. Bu, çox yaxşıdır, ona görə ki, hər bir şagird özünün elmi potensialını ortaya qoyacaq. Eyni zamanda, fərdi və qrupla işləmək qabiliyyəti nümayiş etdirəcək.

 

Mən inanıram ki, hər bir şagird buradan uğurla qayıdacaq. Söhbət 1-ci, yaxud 2-ci yeri tutmaqdan getmir, burada iştirakın özü belə, böyük təcrübə toplamaq deməkdir. Bugünkü olimpiadanın iştirakçıları arasında gələcəyin alimləri, ixtiraçıları var. Çünki hər bir ixtiraçı sizin kimi məktəb yaşlarını keçib, hansısa yaradıcılıq xəyalları qurub. Ona görə sizin aranızda da gələcəyin böyük alimlərini görürəm. Hər birnizə, bütövlükdə, olimpiadanın ümumi işinə uğurlar arzulayıram. İnanıram ki, Kaspi Liseyi bundan sonra da böyük olimpiadalara ev sahibliyi edəcək”.


Sonra Daniel və komandası bu Kubok haqqında interaktiv şəkildə şagirdlər üçün geniş məlumat verdi və komandalarla yaxından tanış oldular. Bildirildi ki, Dünya Alimlər Kuboku şagirdlərin elmi biliklərlə yanaşı, onların yaradıcı düşünüb, fikirlərini səlis və sərbəst şəkildə ifadə etmək və digər şəxsi keyfiyyətlərini inkişaf etdirmək məqsədi daşıyır.


Gün ərzində şagirdlər müxtəlif aktual mövzular üzrə debat yarışları keçirəcəklər. Bununla yanaşı, digər mərhələ olan Esse kateqoriyasında iştirakçılar ənənəvi olaraq fərdi şəkildə deyil, qrup halında bu esseləri yazacaqlar. Daha sonra iştirakçıların bilikləri interaktiv test mərhələsində sınanacaq. Sonda isə ən yaxşı nəticə əldə etmiş komandalar Qrup mübarizəsində yarışacaqlar.


Yarışlar sabah da davam edəcək və qaliblər günün sonunda müəyyənləşəcək. Qalib komandalar müxtəlif kateqoriyalar üzrə kubok və medallarla təltif olunacaqlar.


Məlumat üçün deyək ki, 2007-ci ildə təsis edilən Dünya Alimlər Kuboku (World Scholar’s Cup) hər il əllidən çox ölkədə iyirmi mindən çox şagirdi bir araya gətirir. Yarışın məqsədi şagirdlərə öyrənməyi sevdirmək, sosial bacarıqlarını inkişaf etdirmək və onlara qlobal vətəndaşlıq hissini aşılamaqdır.


Yarış dörd kateqoriya üzrə - Debat, Esse, Alimlərin mübarizəsi (test), Qrup mübarizəsi, səkkiz istiqamətdə həyata keçirilir və üç mərhələdən ibarət olur. Birinci mərhələdə şagirdlər ölkələrdə (Azərbaycan, Türkiyə, Hollandiya, Kanada, ABŞ və s.) təşkil edilən regional turnirlərdə iştirak edir və "Qlobal” turnirdə iştirak hüququ əldə etmək üçün mübarizə aparırlar. Qlobal turnirlərdə (20 ölkə üzrə) uğur qazanan iştirakçılar ABŞ-ın Yeyl Universitetində (YALE University) keçirilən "Çempionlar” turnirində öz güclərini sınayırlar.


Qeyd edək ki, Kaspi Liseyi regional turnirdə on dörd komanda ilə təmsil olunur.






Whatsapp'ta Paylaş

loading...

Həmçinin oxuyun:
Azərbaycanlı tələbənin layihəsi qlobal şəbəkəyə çıxa bilər

Azərbaycanlı tələbənin layihəsi qlobal şəbəkəyə çıxa bilər

Qərbi Kaspi Universitetində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ilin yekunları müzakirə olunub

Qərbi Kaspi Universitetində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ilin yekunları müzakirə olunub

Şagirdlərin yaradıcı təfəkkür və tədqiqatçılıq qabiliyyətinin inkişaf etdirilməsi

Şagirdlərin yaradıcı təfəkkür və tədqiqatçılıq qabiliyyətinin inkişaf etdirilməsi

Qalib tələbələrə 10 min manat mükafat verildi

Qalib tələbələrə 10 min manat mükafat verildi

Mingəçevir məktəblisi dünya kubokunun qalibi olub

Mingəçevir məktəblisi dünya kubokunun qalibi olub

4 ilə iki diplom almaq imkanı...

4 ilə iki diplom almaq imkanı...

Bakı Ali Neft Məktəbi  IADC ilə əməkdaşlığa başlayır

Bakı Ali Neft Məktəbi IADC ilə əməkdaşlığa başlayır

Qərbi Kaspi Universitetində Texnopark qurulur

Qərbi Kaspi Universitetində Texnopark qurulur

Məktəblərdə

Məktəblərdə "Gənc Psixoloqlar” mərkəzi yaradılacaq: layihəyə start verildi - FOTOLAR

Qərbi Kaspi Universitetində “Ekoklub” yaradıldı

Qərbi Kaspi Universitetində “Ekoklub” yaradıldı

Qərbi Kaspi Universitetində Tətbiqi Politologiya Mərkəzi yaradılıb

Qərbi Kaspi Universitetində Tətbiqi Politologiya Mərkəzi yaradılıb

"Əgər məktəbin gələcəyi testin nəticələri ilə qiymətləndiriləcəksə..."

Bakı məktəbliləri erməni idmançıları məğlub ediblər

Bakı məktəbliləri erməni idmançıları məğlub ediblər

Böyük Britaniya, İtaliya, Almaniya, Kanada, Finlandiya, Estoniya və İsraildən öndəyik...

Böyük Britaniya, İtaliya, Almaniya, Kanada, Finlandiya, Estoniya və İsraildən öndəyik...

Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib – FOTO

Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib – FOTO

“Vergilər

“Vergilər" mövzusunda tələbə və magistrantlar arasında 11-ci olimpiadaya yekun vurulub

“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”na start verilib

“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”na start verilib

ADU-nun komandası yenə birinci oldu

ADU-nun komandası yenə birinci oldu

Bakı Atatürk Liseyi uşaqlar üçün möhtəşəm bayram şənliyi təşkil etdi - FOTOLAR

Bakı Atatürk Liseyi uşaqlar üçün möhtəşəm bayram şənliyi təşkil etdi - FOTOLAR

“Qələbəyə doğru” intellektual yarış keçirilib

“Qələbəyə doğru” intellektual yarış keçirilib

SABAH tələbələri “Young Global Pioneers” unikal beynəlxalq təhsil proqramında iştirak edəcək

SABAH tələbələri “Young Global Pioneers” unikal beynəlxalq təhsil proqramında iştirak edəcək

II Məntiq Olimpiadasının ilk turunun nəticələri açıqlanıb

II Məntiq Olimpiadasının ilk turunun nəticələri açıqlanıb

Bakı Avropa Liseyində mətbuat azadlığı mövzusunda debat keçirilib

Bakı Avropa Liseyində mətbuat azadlığı mövzusunda debat keçirilib

Mərhum tələbənin xatirəsinə Tələbə Kuboku keçiriləcək

Mərhum tələbənin xatirəsinə Tələbə Kuboku keçiriləcək