Xəbərlər / Pedoqojitəcrübə
23 yanvar 2018
5 908


Pedaqoji idarəetmədə dəyərlər -Ləyaqət, etika, keyfiyyət, azadlıq...

Bəşəriyyət tarixini araşdırarkən aydın olur ki, bütün dəyərlərin yaradıcısı insandır. Dəyərlər tarixən mövcud olmuş, lakin zamanın tələbinə uyğun olaraq təkmilləşmiş, yenilənmiş və qorunmuşdur. Qloballaşan dünyada dəyərlər ümumbəşəri, milli və mənəvi olmaqla daim mövcuddur.
 
Bununla yanaşı, dəyərlər sahələr üzrə də müəyyən edilərək formalaşdırılır. Nəticədə hər sahənin özünəməxsus dəyərlər sistemi (siyasi, iqtisadi, sosial, sənaye, biznes, marketinq, idarəetmə, təhsil, səhiyyə və s.) yaranır, qorunur, sistemli şəkildə öyrənilir və gələcək nəsillərə zənginləşdirilmiş halda ötürülür.

Bu məqalədə biztəhsillə bağlı dəyərləri diqqətinizə çatdırmaq istəyirik. Təhsildə pedaqoji, metodiki və idarəetmə dəyərlərinin sintezi mövcuddur. Təqdim etdiyimiz pedaqoji idarəetmənin dəyərlər sistemi beynəlxalq təcrübəyə əsaslanmaqla yanaşı, milli xüsusiyyətlərimizi və təhsil sahəsinin spesifik cəhətlərini nəzərə alaraq formalaşdırılmışdır.
 
Bu dəyərlər ləyaqət, etika, keyfiyyət, azadlıq, mübadilə, rəqabət, ictimai məsuliyyətdən ibarətdir.

Ləyaqət:

― rəhbərlik etməyin layiqincəqazanılmasına nail olmaq bacarığı;
― verilmiş vəzifənin layiqincəyerinə yetirilməsi;
― insan (kadr) resursların düzgün, layiqincə seçilməsi;
― təyinatlarda elmi uğurların layiqincənəzərə alınması;
― pedaqoji  idarəetmə təcrübəsi və biliyin  layiqincəformalaşdırılması;
― insani dəyərlərin əsas meyar kimi götürülməsi.
 
Etika:

―beynəlxalq dərəcədə əsas götürülən etik prinsiplərə uyğun davranılması;
― tərəfkeşlik və haqqı tapdalama hallarına yol verilməməsi;
― qanunvericiliyin tələblərinə ciddi riayət edilməsi; 
― etik metodlar və onların tətbiqi şərtlərinə əməl edilməsi;
― ”Müəllimlərin etik davranış qaydalari”na əməl edilməsi;
―etik davranış qaydalarının  tənzimlənməsi; 
― "Təhsil prosesi iştirakçılarının etik standartlar modeli”nə uyğunlaşdırılması;
― yanlışları və səhvləri etiraf etməyi bacarmalı, üzr istəməkdənçəkinməməli;
 
Keyfiyyət:

―keyfiyyətdə qayda və prinsiplərin sistemləşdirilməsinə nail olmaq;
― keyfiyyətin dinamik inkişafına nail olmaq;
― liderlik keyfiyyətiniformalaşdırmaq; 
― məqsədə nailolma səviyyəsini standartlara uyğun müəyyənləşdirmək; 
― keyfiyyət ölçüləri və keyfiyyətə cavabdehliyi nəzərə almaq;
― mühit, proses, məzmunda keyfiyyət yaratmaq;
― öyrədən, öyrənən, valideyin  birliyini təmin  etmək;  
― irəliləyişin, qiymətləndirmənin koordinasiya səviyyəsini yaratmaq;
― şagird tələblərini ödəyən resurslara nail olmaq.
 
Azadlıq:

―fikir və ideya irəli sürmək;
― yaradıcılıqda;
― fərdi və ya ümumi səydə;
― bilik, informasiya, elmi araşdırmada;
― analiz, təhlil, müzakirə və sənədləşdirmədə;
―fəaliyyətin gənc nəslə ötrülməsində;
 
Mübadilə:

― elm adamları ilə mübadilə fəaliyyəti;
― idarəedənlərin digər məktəblərlə mübadiləsi;
― inteqrasiya şəklində mübadilə.
 
Rəqabət:

― məktəblərarası sağlam rəqabət;
― şəffaf rəqabət mühiti formalaşdırmaq;
― inkişafetdirici dinamikliyə nail olmaq üçün məktələrarası rəqabət; 
― keyfiyyətin yüksəldilməsi naminə siniflərarası rəqabət mühiti;
― özünü digərlərdən fərqləndirmək, daha yaxşı, daha güclü olduğunu sübuta yetirmək üçün rəqabət;
― güclü rəqabət qarşısında daim axtarış aparmağa, yeniləşməyə məcbur edən rəqabət.
 
İctimai məsuliyyət:

― təhsildə ictimai məsuliyyət səviyyəsinin  yüksəldilməsinənail olmaq;
― cəmiyyətin birbaşa inkişafına və gələcəyinə təsirdə böyük  rol oynamaq;
― mexanizmlər, prosedurlar və kriterityalarda ictimai məsuliyyət tələb etmək.

Rasional cəmiyyətdə elm, texnologiya, liberal demokratiya, iqtisadi münasibətlər, istehsal sisteminin transformasiyası və informasiya sferası inkişafı sənayeləşdirmişdir. Belə sürətli inkişafdan asılı olaraq pedaqoji idarəetmədə dəyərlər sistemi zamanın tələbinə uyğun akademik həyat  tərzinə çevrilir.

(Yazıda İstanbul, Mərmərə, Moskva Universititlərinin elmi konfranslarının materiallarından istifadə edilmişdir).
 
Ş.Qəribov, İ.Əsədova
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Pedaqoji idarəetmənin təşkili

Pedaqoji idarəetmənin təşkili

Ümumtəhsil məktəblərində dövlət-ictimai xarakterli  idarəetmə

Ümumtəhsil məktəblərində dövlət-ictimai xarakterli idarəetmə

Pedaqoji idarəetməyə aid suallar- NƏZƏRİYYƏ

Pedaqoji idarəetməyə aid suallar- NƏZƏRİYYƏ

Müəllim şəxsiyyəti -Etik Davranış Qaydalarından ...

Müəllim şəxsiyyəti -Etik Davranış Qaydalarından ...

Təhsil naziri: "Universitetlər güclü rəqabət imkanlarına malik olmalıdır"

Təhsil naziri: "Universitetlər güclü rəqabət imkanlarına malik olmalıdır"

Yeni mexanizm ali təhsil müəssisələrində cavabdehliklə yanaşı, hesabatlılığın artmasına zəmin yaradacaq

Yeni mexanizm ali təhsil müəssisələrində cavabdehliklə yanaşı, hesabatlılığın artmasına zəmin yaradacaq

Pedaqoji idarəetmənin predmeti

Pedaqoji idarəetmənin predmeti

İdeal pedaqoq  təqlid üçün nümunədir,müqayisə üçün etalondur..

İdeal pedaqoq təqlid üçün nümunədir,müqayisə üçün etalondur..

İDARƏETMƏ METODLARI

İDARƏETMƏ METODLARI

Müasir təhsil sistemlərinin xüsusiyyətləri

Müasir təhsil sistemlərinin xüsusiyyətləri

. MÜƏLLİMLƏRİN ETİK DAVRANIŞ QAYDALARI - 16 may 2014-cü il tarixli,600 nömrəli əmr

. MÜƏLLİMLƏRİN ETİK DAVRANIŞ QAYDALARI - 16 may 2014-cü il tarixli,600 nömrəli əmr

Pedaqoji idarəetmədə hesabatlılıq

Pedaqoji idarəetmədə hesabatlılıq

MÜƏLLİMLƏRİN ETİK DAVRANIŞ QAYDALARI

MÜƏLLİMLƏRİN ETİK DAVRANIŞ QAYDALARI

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Pedaqoji idarəetmənin kollegial imkanları

Pedaqoji idarəetmənin kollegial imkanları

"Düşünürük ki, bu istiqamətdə səmərəli trayektoriya kimi ali və orta ixtisas təhsil müəssisələrində mənəviyyat fənninin tədrisi məqsədəuyğun olar"

"Düşünürük ki, bu istiqamətdə səmərəli trayektoriya kimi ali və orta ixtisas təhsil müəssisələrində mənəviyyat fənninin tədrisi məqsədəuyğun olar"

Müəllim şəxsiyyətinin psixoloji xüsusiyyətləri

Müəllim şəxsiyyətinin psixoloji xüsusiyyətləri

Çox halda keyfiyyət deyil, kəmiyyət dalınca qaçırıq...

Çox halda keyfiyyət deyil, kəmiyyət dalınca qaçırıq...

TƏHSİL MÜƏSSƏLƏRİNDƏ  İDARƏETMƏNİN ƏSAS FUNKSİYALARI

TƏHSİL MÜƏSSƏLƏRİNDƏ İDARƏETMƏNİN ƏSAS FUNKSİYALARI

“Təhsildə keyfiyyət ili” çərçivəsində pedaqoji mühazirələr təşkil ediləcək

“Təhsildə keyfiyyət ili” çərçivəsində pedaqoji mühazirələr təşkil ediləcək

PEDAQOJİ SİSTEMDƏ İDARƏETMƏNİN MAHİYYƏTİ VƏ ƏSAS PRİNSİPLƏRİ

PEDAQOJİ SİSTEMDƏ İDARƏETMƏNİN MAHİYYƏTİ VƏ ƏSAS PRİNSİPLƏRİ

Təhsilin məzmunu

Təhsilin məzmunu

Ramiz Məmmədzadə  - MƏKTƏB DİREKTORU

Ramiz Məmmədzadə - MƏKTƏB DİREKTORU

Magistr imtahanlarında hansı yeniliklər olacaq? - Məleykə Abbaszadə AÇIQLADI

Magistr imtahanlarında hansı yeniliklər olacaq? - Məleykə Abbaszadə AÇIQLADI