Xəbərlər, İqtisadiyyat
22 yanvar 2018
6187

“ 01 yanvar 2018-ci ildən etibarən əmək müqaviləsinə xitam verilərkən tətbiq edilən YENİ QAYDALAR”


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

“ 01 yanvar 2018-ci ildən etibarən əmək müqaviləsinə xitam verilərkən tətbiq edilən YENİ QAYDALAR”

 Məlum olduğu kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndinə əsasən əmək müqaviləsinə işəgötürən tərəfindən işçilərin sayının azaldılması və ya ştat ixtisarı ilə əlaqədar xitam verilməsi mümkündür. Yeni dəyişikliklərədək göstərilən əsaslarla əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən işçiyə azı 2 ay əvvəlcədən rəsmi xəbərdarlıq edilməli, iki ayın tamamında isə orta əmək haqqı məbləği həddində işdənçıxarma müavinəti və Məşğulluq İdarəsindən alınmış müvafiq arayışlara əsasən işçinin işdən çıxarıldığı gündən yeni işə düzələcəyi günədək 2-ci və 3-cü aylar üzrə orta əmək haqqı ödənilməli idi.


Bununla yanaşı əvvəlki normalara görə, işəgötürən tərəfindən işçinin razılığı ilə 2 aylıq xəbərdarlıq müddəti əvəzinə işçiyə 2 aylıq əmək haqqını birdəfəlik ödəməklə əmək müqaviləsinə xitam verilə bilərdi.

01 yanvar 2018-ci il tarixdən isə artıq tamamilə yeni prosedur qaydalar tətbiq olunmağa başlandı. Bu qaydalara görə işçiyə müqavilənin xitamından əvvəl verilən xəbərdarlıqlar müddətində, orta aylıq əmək haqqı məbləğində ödənilən işdənçıxarma müavinətində və xəbərdarlıq müddəti əvəzinə işçinin razılığı ilə ödənilən birdəfəlik əmək haqqı məbləğində işçinin stajı nəzərə alındı. Onu da qeyd etmək zəruridir ki, bu staj sırf işçinin hazırda işlədiyi müəssisədə olan stajı deyil, ümumi stajını nəzərdə tutur.

Yeni dəyişikliklərə əsasən artıq işəgötürən işçilərin sayının azaldılması və ya ştat ixtisarı ilə əlaqədar əmək müqaviləsinə xitam verməzdən əvvəl işçini rəsmi xəbərdar edərkən aşağıdakı qaydada onun stajını nəzərə almaqla müddətlərə diqqət etməlidir:

İşçinin

- bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi;

- bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi;

- beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi;

- on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi əvvəlcədən rəsmi xəbərdar etmə həyata keçirilməldir.

Həmçinin dəyişikliklərə görə işəgötürən müqaviləyə müvafiq əsaslarla xitam verdikdə yenə də işçinin stajını nəzərə alaraq aşağıdakı qaydada işdənçıxarma müavinəti ödəməyə borcludur:

İşçinin

- bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında;

- bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında;

- beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında;

- on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında işdənçıxarma müavinəti ödənilməlidir.

Bu hissədə xatırlatmaq yerinə düşərdi ki, bu qaydalarda göstərilən orta aylıq əmək haqqının hesablanması zamanı işçinin ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir.

Misal: işçi 300 AZN əmək haqqı (Gross və ya hesablanmış əmək haqqı) alır, yanvar ayının 31-i müqaviləsinə xitam verilir və onun yanvar ayından əvvəlki iki aylıq (noyabr və dekabr) əmək haqqı cəmi 600 AZN-dir. Bu halda 600-ü iki ayda olan cəmi 42 iş gününə bölərək bir günlük əmək haqqının 14.3 AZN olduğunu tapırıq. Sonra isə bu məbləği yanvar ayında işçinin işlədiyi iş günlərinin sayı qismində 20-yə vuraraq orta aylıq əmək haqqının 286 AZN olduğunu müəyyən edirik.

Bununla yanaşı yeni qaydalara görə işçi tərəfindən işəgötürənin tətbiq etdiyi xəbərdarlıq müddətini gözləmədən razılığa əsasən əmək müqaviləsinə vaxtından əvvəl xitam verilməsi zamanı da işçinin stajı nəzərə alınır. Bu halda isə işçiyə ödəniləcək birdəfəlik əmək haqqı məbləği aşağıda göstərilən məbləğlərdən az olmamalıdır.

İşçinin

- bir ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqının 0.5 misli

- bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqının 0.9 misli

- beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqının 1.4 misli

- on ildən çox əmək stajı olduqda - orta aylıq əmək haqqının 2 misli məbləğində birdəfəlik əmək haqqı ödənilməlidir.

Göstərilənlərlə yanaşı xatırlatmaq mümkündür ki, işçilərin sayının azaldılması və ya ştatların ixtisarı ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən ödənilən birdəfəlik məbləğlər 14% dərəcə ilə tətbiq edilən gəlir vergisindən və 3% dərəcə ilə tətbiq olunan məcburi dövlət sosial sığorta haqqından tamamilə azaddır.

Yekunda isə bildiririk ki, yeni qaydalara əsasən artıq işəgötürən tərəfindən işdən çıxarıldığı gündən yeni işə düzələnədək olan 2-ci və 3-cü aylar üzrə işçiyə Məşğulluq İdarəsi tərəfindən verilmiş arayışa əsasən ödənilən müavinətlər ləğv olunmuşdur.
 
Hüquqşünas, Şəhriyar Həbilov





Whatsapp'ta Paylaş

loading...

Həmçinin oxuyun:
Yeni ildən maaşlar bu QAYDA ilə hesablanacaq

Yeni ildən maaşlar bu QAYDA ilə hesablanacaq

Əmək Məcəlləsinə ciddi dəyişilik edildi

Əmək Məcəlləsinə ciddi dəyişilik edildi

ƏMƏK MƏCƏLLƏSİ - Məzuniyyət vaxtı orta əmək haqqını Ödəmək üçün vəsaitin mənbələri

ƏMƏK MƏCƏLLƏSİ - Məzuniyyət vaxtı orta əmək haqqını Ödəmək üçün vəsaitin mənbələri

Məzuniyyətin hesablanması qaydası və misalla izahı

Məzuniyyətin hesablanması qaydası və misalla izahı

Əmək məzuniyyəti

Əmək məzuniyyəti

İşçi üçün əmək şəraitinin təmin olunması dedikdə nə nəzərdə tutulur?

İşçi üçün əmək şəraitinin təmin olunması dedikdə nə nəzərdə tutulur?

OXUYUN ! Əmək intizamı və maddi məsuliyyət haqqında

OXUYUN ! Əmək intizamı və maddi məsuliyyət haqqında

Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları və vəzifələri

Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları və vəzifələri

IDARƏETMƏYƏ AİD  5  TEST

IDARƏETMƏYƏ AİD 5 TEST

Məktəbdə Dərnək Rəhbərinin  Əmək funksiyası

Məktəbdə Dərnək Rəhbərinin Əmək funksiyası

Məktəbdə Əmək İntizamının pozulmasına görə məsuliyyət

Məktəbdə Əmək İntizamının pozulmasına görə məsuliyyət

İşçilərə məzuniyyət vaxtı əlavə sosial - məişət şəraitinin yaradılması məqsədilə müavinət, yardım və digər ödənclərin verilməsi  QAYDALARI

İşçilərə məzuniyyət vaxtı əlavə sosial - məişət şəraitinin yaradılması məqsədilə müavinət, yardım və digər ödənclərin verilməsi QAYDALARI

İşçi üçün əmək şəraitinin təmin olunması dedikdə nə nəzərdə tutulur?

İşçi üçün əmək şəraitinin təmin olunması dedikdə nə nəzərdə tutulur?

Təhsil müəssisəsini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə sınaq müddəti müəyyən edilməlidirmi?

Təhsil müəssisəsini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə sınaq müddəti müəyyən edilməlidirmi?

İntizam tənbehi verilən gündən sonra nə qədər müddətdə qüvvədə qalır?

İntizam tənbehi verilən gündən sonra nə qədər müddətdə qüvvədə qalır?

İşçi nə qədər məzuniyyət pulu almalıdır?

İşçi nə qədər məzuniyyət pulu almalıdır?

İşçinin əmək funksiyası , İşçinin işdən kənar edilməsi

İşçinin əmək funksiyası , İşçinin işdən kənar edilməsi

Sual  - Ödənişsiz Məzuniyyətin Maksimum Müddəti Nə Qədər Olmalıdır?

Sual - Ödənişsiz Məzuniyyətin Maksimum Müddəti Nə Qədər Olmalıdır?

Əmək məzuniyyəti - Əmək Məcəlləsindən...

Əmək məzuniyyəti - Əmək Məcəlləsindən...

İşçiyə olunan xəbərdarlıq intizam tənbehi sayıla bilərmi ?

İşçiyə olunan xəbərdarlıq intizam tənbehi sayıla bilərmi ?

Məktəbdə dərnək rəhbərinin əmək funksiyası

Məktəbdə dərnək rəhbərinin əmək funksiyası

Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası

Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası

Sual - Əmək məzuniyyəti kimlərə və hansı müddətlərə verilir?

Sual - Əmək məzuniyyəti kimlərə və hansı müddətlərə verilir?

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ