“Facebook”da nə dəyişir? - ZUKERBERQ AÇIQLADI
"Facebook” rəhbəri Mark Zukerberq gələn həftədən etibarən sosial şəbəkədə həyata keçiriləcək mühüm dəyişiklik barədə məlumat verib.
Məlumata görə, M.Zukerberq bildirib ki, artıq istifadəçilər özləri xəbərləri qiymətləndirməklə onların keyfiyyətinə təsir göstərə biləcəklər:
"Ötən həftə mən dostlar və doğmalar arasında ünsiyyəti təşviq etmək üçün böyük dəyişiklik anons etdim. Nəticədə siz publik kontent - xəbərlər, videolar və dostların postlarını daha az görəcəksiniz. Dəyişiklikdən sonra lentdə xəbərlərin kəmiyyəti təxminən 4-5% azalacaq. Müasir dünyada sensasiyaya meyl, dezinformasiya və baxışların qütbləşməsi həddən artıqdır. Sosial media insanlara informasiyanı heç vaxt olmadığı qədər sürətlə yaymağa imkan verir. Biz spesifik problemləri indi həll etməsək, onların dərinləşməsinə rəvac vermiş olarıq”.
M.Zukerberqin fikrincə, sosial şəbəkənin xəbər lenti hansısa ümumi baxışın formalaşmasına kömək etməlidir: "Biz qərara gəldik ki, ən obyektiv üsul hansı mənbələrin daha etibarlı olduğunu müəyyənləşdirməkdə istifadəçilərə güvənməkdir”.
Sosial şəbəkə rəhbəri qeyd edib ki, ictimai rəyin müntəzəm öyrənilməsi çərçivəsində "Facebook” əməkdaşları insanlardan bu və digər informasiyanın mötəbərliyini qiymətləndirməyi xahiş edəcək. Cavablar əsasında reytinq müəyyənləşdirəcək və reytinqin liderləri xəbər lentinə buraxılacaq.
M.Zukerberq xəbər mənbələri ilə tanış olmayan insanların mövqeyinin nəzərə alınmayacağını söyləyib.
"Facebook"un xəbər lentində kimlərin paylaşımı görünəcək?
“Facebook” siyasi reklamları nəzarətə götürür
Facebook-da qeydiyyatdan keçmiş ilk 20 şəxs - SİYAHI
Milyarderdir, amma həmişə eyni köynək geyinir - səbəbini siz də bilin
“Facebook”un messencerində yenilik
“Facebook” insanları dinləyir?– ŞOK İTTİHAM
“Facebook” insanları dinləyir?
“Facebook”da yemək sifarişi funksiyası işə salındı
“Facebook” siyasi reklam qaydalarını dəyişəcək
“Facebook” like tələb edən səhifələri az göstərəcək
“Facebook”dan növbəti yenilik -Artıq...
“Facebook”da gözlənilməz dəyişiklik- Bu funksiya ləğv olunur
Facebook nə etmək istəyir... -EKSPERT
Facebookdan növbəti yenilik- İkinci lent
“Facebook” sifətin tanınması texnologiyasının sınağına başlayıb
“İnstagram”dan yenilik: həştəqlərə...
"Facebook"dan daha bir yenilik - Video üçün artıq...
Facebook 250 milyon istifadəçini ləğv edəcək
Facebook-dan YENİ FUNKSİYA - Kimsə sizin şəklinizi qoyubsa...
"Facebook" statusları redaktə etmək funksiyasını ləğv etdi?
Facebookdan YENİ FUNKSİYA - icazəsiz foto paylaşımına...
"Facebook"u geridə qoydu - 523 milyard dollar
“Facebook Messenger” interfeysini yeniləyir
“Facebook”da Dövlət İmtahan Mərkəzi adı ilə saxta səhifə və qruplar fəaliyyət göstərir – XƏBƏRDARLIQ