Xəbərlər
19 yanvar 2018
2 661

Rektordan 20 Yanvarla bağlı gənclərə ÇAĞIRIŞ - FOTOLAR

Bu gün Odlar Yurdu Universitetində 20 Yanvar hadisələrinin iyirmi səkkizinci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Aztəhsil.com xəbər verir ki, tədbiri aparıcılar açıq elan etdikdən sonra 20 Yanvar faciəsində həlak olmuş şəhidlərimizin və ümumilikdə Azərbaycanın azadlığı və suverenliyi uğrunda canından keçmiş bütün şəhidlərin ruhları 1 dəqiqəlik sükutla yad edildi.

Odlar Yurdu Universitetinin və Odlar Yurdu kollecinin tələbələri, o cümlədən, 62 saylı orta məktəbin şagirdləri iştirak ediblər. Odlar Yurdu Universitetinin hazırladığı video rolik təqdim olunub. Qanlı Yanvar günü baş vermiş hadisələrə toxunulub, tələbə və şagirdlərə baş vermiş faciənin nə dərəcədə əhəmiyyətli olduuğu bir daha xatırladılıb.

Daha sonra 20 Yanvar hadisələri haqqında ətraflı danışmaq üçün universitetin rektoru professor Əhməd Vəliyevə verilib.

Əhməd Vəliyev bildirib ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı  çıxardığı dörd qətnaməyə baxmayaraq, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı bu gün də davam edir və beynəlxalq birlik bu təcavüzkarlığa qarşı hər hansı bir tədbir görmür.

"1990-cı il 20 Yanvar tarixi Azərbaycan xalqı üçün heç də sıradan bir gün deyil. Bu tarix bizim üçün ən ağrılı, acılı, müstəqil, azad yaşamaq istəyən insanların qanı bahasına başa gələn faciədir. Qanlarına bələnmiş, taleyinə zülm yazılmış xalqımızın dərdini yenidən vərəqləmək hamımız üçün çox ağırdır. Amma ağır da olsa bu hadisələrə münasibət bildirmək hər birimizin vətəndaşlıq borcu, insanlıq məsuliyyətidir”.

Onun sözlərinə görə, 20 Yanvar faciəsinə həsr olunmuş tədbirlər hər il mütəmadi olaraq keçirilməlidir:

"Biz icazə verə bilmərik ki, bu hadisə unudulsun. Bizim, həmin hadisənin şahidi olmuş hər kəsin borcudur ki, bu faciəni gələcək nəsilə ötürsün. Çünki bizim müstəqilliyimizin əsası 20 Yanvar günündən başlayır. Həmin gecə SSRİ ordusu əslində öz dövlətinə qarşı qoşun çəkdi. Ancaq azadlıq niyyətimizi,istəyimizi boğa bilmədi”.

Sonda 20 Yanvarla bağlı keçirilən müsabiqədə qalib gələn tələbə və şagirdləri təbrik edən Əhməd Vəliyev gənclərə tövsiyə edib ki, həmişə milli mənəvi dəyərləri qorusunlar və onlara hörmət etsinlər.

Tədbir tələbə və şagirdlərin hazırladığı bədii kompozisiya ilə davam etdi. Az qala dastana çevrilən İlham və Fərizəyə həsr olunmuş kiçik səhnə tamaşası hər kəsin marağına səbəb oldu. 

Sonda bütün tələbələr və şagirdlər "Azərbaycan-anaların anası” mahnısını ifa ediblər.

Rektordan 20 Yanvarla bağlı gənclərə ÇAĞIRIŞ - FOTOLAR

Rektordan 20 Yanvarla bağlı gənclərə ÇAĞIRIŞ - FOTOLAR

Rektordan 20 Yanvarla bağlı gənclərə ÇAĞIRIŞ - FOTOLAR

Məqalə Göndər

Загрузка...
Həmçinin oxuyun:
Odlar Yurdu Universitetində Hüseyn Cavidin 135 illik yubileyi keçirildi

ADPU-nun Cəlilabad Filialında 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib

ADPU-nun Şamaxı Filialında 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirildi

Odlar Yurdu Universitetinin tələbələri İsveçrə Ali məktəbinin də diplomunu ala biləcəklər

Mehdiabad qəsəbə 4 saylı orta məktəbdə 20 yanvarla bağlı tədbir keçirilib

ADPU-nun Quba Filialında 20 Yanvar faciəsinə həsr edilən anım mərasimi keçirilib

Kooperasiya Universitetində 20 Yanvar şəhidləri anıldı

ADPU-da 20 yanvarla bağlı anım tədbiri keçirilib

BSU-da 20 yanvarla bağlı anım tədbiri keçirilib

Sabah Bakı məktəblərində ilk dərslər 20 Yanvara həsr ediləcək

Güllük kənd tam orta məktəbində 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr edilmiş “20 Yanvar-Qan Yaddaşımız” adlı silsilə tədbirlər keçirilib

Ağstafa rayon Həsənsu kənd orta məktəbində 20 yanvarla bağlı tədbir keçirilib

ADPU-də Aprel hadisələrinin ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

Bakı məktəblərində ilk dərslər 20 Yanvar mövzusunda olub -FOTOLAR

AMEA Mərkəzi Elmi Kitabxanasında 20 Yanvar hadisəsinə həsr olunan sərgi keçirilib

"Odlar Yurdu" Universitetinin keçmiş müəlliminə hökm oxundu

Tədris müəssisələrində 20 Yanvar dərsləri – mövcud praktika və yeni formatlar

BSU-da 31 mart soyqırımı gününə həsr olunmuş tədbir keçirilib

Xocalı faciəsinə həsr olunan tədbir keçirilib

2 saylı tam orta məktəbdə “Şəhidlər ölməz” adlı anım tədbiri keçirilib.

ADPU-da Xocalı soyqırımının iyirmi beşinci ildönümünə həsr edilən anım mərasimi keçirilib

Müstəqilliyimizin bərpasının 25-ci il dönümünə həsr olunmuş silsilə bayram tədbirləri Lənkəran məktəblərində davam etdirilir.

“Rəşadətli Azərbaycan Ordusu” mövzusunda tədbirlər keçirilib

II qrup üçün 150 ballıq ixtisaslar - SİYAHI