Bu hal onların sosial müdafiəsini gücləndirir - Əlilliyi olan uşaqlar üçün...
"Əlilliyi və sağlamlıq imkanı məhdud olan uşaqlar üçün xüsusi proqramların qəbul olunması düzgün haldır”.
Davud Rəhimli: "Bu hal, bir növ, onların sosial müdafiəsini gücləndirir”
Məlum olduğu kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əmri ilə "2018-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” təsdiq edilib.
Nazirliyin yaydığı məlumata əsasən, proqram əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası, tibbi bərpası, bədən tərbiyəsi və idmana cəlb edilməsi, asudə vaxtlarının səmərəli təşkili üçün kompleks tədbirlərin həyata keçirilməsi, onların sosial müdafiəsinin gücləndirilməsi məqsədinə xidmət edir.
Sənəddə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2018-ci il ərzində bu sahədə görəcəyi tədbirlər öz əksini tapır.
Belə ki, proqramda əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyasına şərait yaradılması, onların ölkə daxilində müalicə olunmalarına kömək, sosial-məişət problemlərinin həlli ilə bağlı maddi və sosial xidmət müəssisələrinə texniki yardım göstərilməsi, əlillik problemi ilə bağlı informasiya təminatının, həmin təbəqələrdən olanlara diqqət və qayğının artırılması üçün təbliğat kampaniyasının təşkil olunması tədbirləri yer alır.
Azərbaycan Əlil Təşkilatları İttifaqının rəhbəri Davud Rəhimli qeyd etdi ki, hər bir qurumun özünün fəaliyyət sahələri olur. Bu baxımdan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də istisna deyil:
"Həmin sahələr üzrə müvafiq qanunvericiliyə uyğun olaraq proqramlar hazırlanaraq təsdiq olunur. Bu proqram tək əlil uşaqlar üçün deyil, əlilliyi olan bütün şəxslər, o cümlədən sağlamlıq imkanı məhdud olan uşaqları da əhatə edir”.
2018-ci il üçün təsdiq olunan proqramda əlilliyi olan, sağlamlıq imkanı məhdud şəxslərə reabilitasiya mərkəzinin yaradılmasına da toxunulub.
Ölkə daxilində müalicə, sosial-məişət problemlərinin həlli ilə bağlı mütəmadi olaraq yardım göstərilir.
D.Rəhimlinin sözlərinə görə, əlilliyi və sağlamlıq imkanı məhdud olan insanlar üçün xüsusi proqramların qəbul olunması düzgün haldır. Bu proqram sayəsində qayğıya ehtiyacı olan uşaqların asudə vaxtı səmərəli şəkildə təşkil olunur. Bir növ, onların sosial müdafiəsi güclənir.
Bu il 250 əlil peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib
Psixoloji-tibbi-pedaqoji komissiya barədə ƏSASNAMƏ
UNEC tələbələri sağlamlıq imkanı məhdud uşaqlarla birgə
Sağlamlıq imkanları məhdud gənclər üçün peşə kursları üzrə növbəti imtahan
Sağlamlıq imkanları məhdud şəxslərlə bağlı Dövlət Proqramı təsdiqləndi
Ötən il peşə kurslarına cəlb edilənlərin sayı AÇIQLANDI
Təshil Nazirliyi 1 və 2-ci qrup əlilliyi olan tələbələri ödənişdən azad edib
Məktəbəqədər təhsil müəssisələrində uşaqların sosial müdafiəsinə dair tədbirlər müəyyənləşib
Cari ilin 4 ayında 47 mindən çox şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub
Psixoloji-tibbi pedaqoji komissiya barədə Əsasnamə
Leyla Əliyeva:-"sağlamlıq imkanları məhdud olan məktbəlilər həmişə diqqət və qayğıda saxlanılmalıdır"
Peşə təhsilinə cəlb edilənlərin sayı artıb...61 mindən çox şəxs nazirlik tərəfindən cəlb olunub
Təhsil Nazirliyi sağlamlıq imkanları məhdud şagirdlərin siyahısını DİM-ə təqdim edəcək
Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi
604 uşağın internata düşməsinin qarşısı alınıb
Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) - onların hüquq və vəzifələri
Nazirlik: Özünə qəsd yolu ilə əlillik dərəcəsi almağa nail olmaq düşüncəsi yanlışdır
Tələbə və məzunlar üçün aktiv məşğulluq tədbiri keçirilib
Sual:Evdə təhsil necə təşkil olunur?
Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Nazir müavini şagirdlərin sağlamlıq səviyyəsindən danışdı
Bu təhsil sisteminin ləğvi ilə bağlı yayılan məlumata - Rəsmi açıqlama
Sumqayıtdan bir qrup müəllim prezident İlham Əliyevə müraciət ünvanlayıb
Gözdən əlil abituriyentlər üçün dövlət hesabına plan yerləri ayrılıb