BANM-ın tələbəsi Gənclər Fondunun layihəsini reallaşdırdı
Bakı Ali Neft Məktəbinin (BANM) 5-ci kurs tələbəsi Leyli Abbasova Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 10-cu qrant müsabiqəsinin qalibi olaraq, özünün "Azərbaycanın gənc veb proqramçıları” adlı layihəsinin icrasını uğurla başa çatdırıb.
BANM-in təşkilati dəstəyi ilə həyata keçirilən "Azərbaycanın gənc veb proqramçıları” layihəsinin əsas məqsədi gənclərin informasiya texnologiyaları sahəsində biliyini artırmaq, veb proqramlaşdırma sahəsinə olan maraqlarını gücləndirmək, həmçinin İKT-nin müasir dövrümüzdəki geniş imkanlarını gənclərə çatdırmaq olub.
Eyni zamanda, milli internet səhifələrinin sayını artırmaq, gənclərin HTML, CSS və Javas Proqramlaşdırma dilləri üzrə bilik və bacarıqlarını genişləndirmək layihənin əsas vəzifələri kimi göstərilib.
Bir ay ərzində reallaşan layihə zamanı beş təlim-seminar sessiyası keçirilib. Təlimin iştirakçıları İnformasiya Texnologiyaları sahəsində təhsil alan və veb proqramlaşdırmaya marağı olan ali məktəb tələbələrindən ibarət olub. Təlimin sonunda iştirakçılar arasında yarışma keçirilib, ən uğurlu gənclər sertifikat və hədiyyələrlə mükafatlandırılıb. Bakı Ali Neft Məktəbindən Fərid Həmidov, həmçinin iştirakçı qismində çıxış edən digər universitetlərdən Vəfa Əliyeva və Cavanşir Hüseynli yarışmanın qalibi seçiliblər.
Qeyd edək ki, Gənclər Fondunun sonuncu qrant müsabiqəsində Bakı Ali Neft Məktəbinin tələbələri tərəfindən yeddi və BANM Tələbə Gənclər Təşkilatının (TGT) tərəfdaşlığı ilə irəli sürülən üç layihə müsabiqədə "fiziki şəxslərin layihələri” kateqoriyası üzrə qalib olublar.
BANM-nin tələbəsi Gənclər Fondunun qrant layihəsini reallaşdırdı
BANM-də Gənclər Fondunun növbəti layihəsi ilə bağlı tədbir keçirilib
Bakı Ali Neft Məktəbinin tələbəsi BP-nin qalibi oldu
Gənc alimlərin “Mənim ilk qrantım” müsabiqəsinin nəticələri açıqlandı
BANM-in tələbələri Səngəçal terminalında olublar
"Qadınlara qarşı gender əsaslı zorakılıq mübarizədə gənclərin rolu” adlı layihə icra edildi
Bakı Ali Neft Məktəbi IADC ilə əməkdaşlığa başlayır
BANM-də gənc kimyaçıların yaradıcılıq müsabiqəsi keçirilib
Sumqayıtda gənclər üçün “Sosial Mühəndislik” peşəsi təlimi
“Peşəm mənim karyeramdır- gənc qızlara dəstək” adlı layihə çərçivəsində sərgi keçirilib
BANM Heydər Əliyevin xatirəsini yad etdi
Azərikimya İB Bakı Ali Neft Məktəbində karyera təqdimatı etdi
BANM-ın tələbələri “Petkim” və “Star”-da təcrübə keçiblər
Əcnəbi tələbələr arasında ilk TEDx formatlı yarışma keçirilir
İlk məzun gününü keçirən və əksər tələbələrin arzuladığı universitetimiz
Bakı Ali Neft Məktəbi ən yaxşı ali təhsil müəssisəsi seçilib
“Peşəm gələcəyimin təminatıdır”
Bakı Ali Neft Məktəbi beynəlxalq foruma hazırlaşır
Məzunlar: “Bakı Ali Neft Məktəbi həyatımızda yeni səhifə açdı”
BANM Hyuston Universiteti ilə əməkdaşlığı genişləndirir
BANM magistr səviyyəsinə ödənişsiz əsaslarla qəbul elan edib
Britaniyalı müəllimlər BANM-də semestr imtahanlarını keçirir
ADU tələbələri üçün “Gənc Elçilər” proqramı çərçivəsində təqdimat keçirilib
BANM-də Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd olunub