Xəbərlər
16 yanvar 2018
332

Gənc alimlərin “Mənim ilk qrantım” müsabiqəsinin nəticələri açıqlandı


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Gənclər və İdman Nazirliyi tərəfindən Gənc alim və mütəxəssislərin 4-cü birgə qrant müsabiqəsinin ("Mənim ilk qrantım”) nəticələri açıqlanıb. Müsabiqə ölkədə elmin inkişaf prioritetlərinə uyğun olaraq, Elmin İnkişafı Fondu və Gənclər və İdman Nazirliyi arasında formalaşmış əməkdaşlıq əlaqələri, bu iki qurum arasında 2017-ci il 22 may tarixində imzalanmış Protokolun müddəaları nəzərə alınmaqla keçirilib.


Fondun mətbuat xidmətindən verilən məlumata görə, 2017-ci il mayın 25-də elan edilən müsabiqəyə bütün elm sahələri və qrant növləri üzrə 34 layihə daxil olub, layihələrin ekspertizası işinə Elmin İnkişafı Fondunun daimi ekspertləri, yerli və xarici müstəqil elmi ekspertlər cəlb olunub. İlk dəfə olaraq gənc alim və mütəxəssislər qrant layihələrini "on-line” şəkildə, "e-Qrant” - "Qrant layihələrinin elektron idarəolunması sistemi” vasitəsilə təqdim ediblər. Nəticələr Elmin İnkişafı Fondu və Gənclər və İdman Nazirliyinin Birgə Komissiyasında da müzakirə olunub.


"Mənim ilk qrantım" üzrə ümumi maliyyələşdirilmə həcmi 600000 manat olmaqla 19 qalib layihə müəyyənləşdirilib. Uğur dərəcəsi (daxil olan və qalib olan layihələrin sayı üzrə) kifayət qədər yüksək (56%) olub.  


Gənc alim və mütəxəssislərin 4-cü qrant müsabiqəsi üzrə qalib layihələr AMEA-nın Fizika, Riyaziyyat və Mexanika, Radiasiya Problemləri, Neft-Kimya Prosesləri, Aşqarlar Kimyası, Geologiya və Geofizika, Neft və Qaz, Molekulyar Biologiya və Biotexnologiyalar, Ədəbiyyat institutlarında, AMEA Naxçıvan Bölməsinin Bioresurslar institutunda, həmçinin Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Slavyan Universitetində, Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında, "Gənclər Turizmi” ictimai birliyində və "Azərbaycan Elm Assosiasiyası”nda yerinə yetiriləcək.


Qalib layihələrdən 17-si fundamental-tətbiqi xarakterlidir, 2 layihə üzrə isə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr edilmiş "Neft və geoekologiya" mövzusunda 1-ci beynəlxalq məktəb-seminar və "Davamlı sağlamlıq turizminin ölkənin iqtisadiyyatında rolu” mövzusunda gənc alim və mütəxəssislərin beynəlxalq konfransı təşkil olunaraq keçiriləcək. Fizika-riyaziyyat və texnika elmləri üzrə 3 layihə, Yer haqqında elmlər üzrə 3 layihə, Kimya elmləri üzrə 4 layihə, Biologiya, tibb və aqrar elmləri üzrə 3 layihə, Humanitar və ictimai elmlər üzrə isə 6 layihə qalib olub. Qalib layihə rəhbərlərindən 14-ü qadın, 5-i isə kişidir.


Müsabiqənin nəticələri ilə www.sdf.gov.az internet səhifəsində tanış olmaq olar. 







Whatsapp'ta Paylaş

loading...

Загрузка...
Həmçinin oxuyun:
BANM-nin tələbəsi Gənclər Fondunun qrant layihəsini reallaşdırdı

BANM-nin tələbəsi Gənclər Fondunun qrant layihəsini reallaşdırdı

Təhsildə inkişaf və innovasiyalar üzrə 32 layihə yekunlaşıb

Təhsildə inkişaf və innovasiyalar üzrə 32 layihə yekunlaşıb

Bakının 15 məktəbinə qrant verilib

Bakının 15 məktəbinə qrant verilib

Bakı Ali Neft Məktəbinin tələbəsi BP-nin qalibi oldu

Bakı Ali Neft Məktəbinin tələbəsi BP-nin qalibi oldu

"Qadınlara qarşı gender əsaslı zorakılıq mübarizədə gənclərin rolu” adlı layihə icra edildi

Türkiyə universiteti LDU ilə birgə işləyəcək

Türkiyə universiteti LDU ilə birgə işləyəcək

Qrant müsabiqəsi üzrə qalib layihələr - Məktəblilərə səlis danışmağın sirləri öyrədilir

Qrant müsabiqəsi üzrə qalib layihələr - Məktəblilərə səlis danışmağın sirləri öyrədilir

Məktəb psixoloqlarının praktik bilikləri artırılır

Məktəb psixoloqlarının praktik bilikləri artırılır

Təhsildə innovasiyalar üzrə dəstəklənən layihənin təqdimatı olub

Təhsildə innovasiyalar üzrə dəstəklənən layihənin təqdimatı olub

"Ağsutexçilər" məktəb ərazisində meyvə ağacları əkiblər

Məktəblərdə

Məktəblərdə "Gənc Psixoloqlar” mərkəzi yaradılacaq: layihəyə start verildi - FOTOLAR

“Müəllimlər otağı”nda şagirdlər bəyəndikləri dərs metodları haqqında fikirlərini bölüşəcəklər

“Müəllimlər otağı”nda şagirdlər bəyəndikləri dərs metodları haqqında fikirlərini bölüşəcəklər

Qrant müsabiqəsi üzrə qalib layihələr

Qrant müsabiqəsi üzrə qalib layihələr

Qusar orta məktəbi pilot layihədə qalib olub

Qusar orta məktəbi pilot layihədə qalib olub

"2016-cı ilin alimi” və “2016-cı ilin gənc alimi” müsabiqəsinin qalibləri MÜKAFATLANDIRILDI

Təhsil Nazirliyi müsabiqə elan edir

Təhsil Nazirliyi müsabiqə elan edir

Fəlsəfə doktoru proqramı üzrə təhsil alanların 56,3 faizi 30 yaşadək gənclərdir

Fəlsəfə doktoru proqramı üzrə təhsil alanların 56,3 faizi 30 yaşadək gənclərdir

Alimlər üçün layihə müsabiqəsi elan edilib

Alimlər üçün layihə müsabiqəsi elan edilib

AMEA və Belarus Dövlət Elm və Texnologiya Komitəsi birgə müsabiqə elan edir

AMEA və Belarus Dövlət Elm və Texnologiya Komitəsi birgə müsabiqə elan edir

Təhsil Nazirliyi tam orta məktəblərə 100 min, müəllimlərə 10 min manata qədər qrant verəcək

Təhsil Nazirliyi tam orta məktəblərə 100 min, müəllimlərə 10 min manata qədər qrant verəcək

Bakı məktəbliləri arasında “Kosmonavtika günü”nə həsr olunmuş müsabiqə keçirilib

Bakı məktəbliləri arasında “Kosmonavtika günü”nə həsr olunmuş müsabiqə keçirilib

Qrant almaq istəyən alimlər üçün yenilik...

Qrant almaq istəyən alimlər üçün yenilik...

BANM-də Gənclər Fondunun növbəti layihəsi ilə bağlı tədbir keçirilib

BANM-də Gənclər Fondunun növbəti layihəsi ilə bağlı tədbir keçirilib

“Peşəm mənim karyeramdır- gənc qızlara dəstək” adlı layihə çərçivəsində sərgi keçirilib

“Peşəm mənim karyeramdır- gənc qızlara dəstək” adlı layihə çərçivəsində sərgi keçirilib