Xəbərlər, Ekspert
16 yanvar 2018
763

Media eksperti Dilçilik İnstitutunun qərarına qarşı çıxdı


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda Orfoqrafiya Komissiyasının növbəti iclası keçirilib. İclasda Azərbaycan dilinin orfoqrafiya qaydalarının təlim və tərtib prinsipləri müzakirə olunub.

Tədbirdə yeni "Orfoqrafiya lüğət”ində ediləcək bəzi dəyişikliklər də diqqətə çatdırılıb.  "Əsgər” sözünün "əskər”, "alqı-satqı” sözünün "alğı-satqı” yazılması təklifi məqbul sayılıb. Həmçinin yeni lüğətdə süni, qondarma sözlərin yer almayacağı vurğulanıb.

Aztəhsil.com xəbər verir ki, orfoqrafiya lüğətinə dəyişikliklə bağlı Modern.az-a danışan tanınmış media eksperti Qulu Məhərrəmli ümumiyyətlə bu cür dəyişikliklərin niyə edildiyini başa düşmədiyini bildirib:

"10-15 il bundan əvvəl "metafora” yazmışıq, 2013-cü ildə çıxan lüğətdə "metafor” edilib. İndi də təklif edirik ki, yazaq "metafora”. Bu onu göstərir ki, bu məsələlərə yanaşmada ciddi elmi prinsip yoxdur. Biri istəyir bu söz bu şəkildə yazılsın, biri  də istəyir ki, mədəniyyət sözündə bir "y” olsun. Mədəniyyət sözündə 2 "y” hərfinin olmağı kimə mane olur? Sadəcə olaraq bəzi sözlər 1 "y” hərfi  ilə yazılmalıdır. Xüsusi isimlər mütləq  2 "y” hərfi  ilə yazılmalıdır. Hər bir dəyişiklik ciddi elmi əsasa söykənməlidir. Orfoqrafiya lüğəti çox ciddi və sabit prinsiplərə əsaslanmalıdır. Bu olmasa, biz gündə orfoqrafiyada bir söz dəyişəcəyik. Bu bir institutun, bir şuranın gəldiyi qərar olmamalıdır. Dil hamının ümumi məhsuludur. Dildə gedən proseslərdə ölkənin intellektual qatı fəal iştirak etməlidir. Mən şəxsən bu dəyişikliklərin tərəfdarı deyiləm. Yazıda çətinlik yaradan məsələləri dəyişdirmək olar. Amma başdan-başa bütün qaydalara yenidən yanaşmaq və  bir çoxunun da elmi cəhətdən səbəbini izah edə bilməmək düzgün deyil”.

Qulu Məhərəmli deyib ki, söz hansı dildən götürülübsə o dilə istinad etmək tamamilə yanlışdır:

"Əsgər”, "əsginaz” sözlərində əsas gətirirlər ki, mənbə dildə bu söz belə yazılır. Mənbə dilə istinad etmək kökündən yanlışdır. Bu sözlərin yazılışı ilə bağlı irəli sürülən təkliflərdə mən ciddi prinsip görmürəm. Bu dəyişikliklərin Azərbaycan dilini hara aparacağını, hansı dolaşığı, xaosu yaradacağını təsəvvür edə bilmirəm. Mən əminəm ki, bu dəyişikliklər qəbul olunarsa, 5 ildən sonra tamam başqa dalğa gələcək. Ən başlıcası odur ki, bu gün Azərbaycan dilinin "Orfoqrafiya lüğəti”ni dəyişdirməyə heç bir lüzum və ehtiyac yoxdur. Dillə bu şəkildə davranmaq olmaz”.




Whatsapp'ta Paylaş



Загрузка...
loading...

Həmçinin oxuyun:
“Yazı qaydalarımızın dəyişdirilməsinə biganə qalmayaq” -Dilçi professorun həyəcan təbili

“Yazı qaydalarımızın dəyişdirilməsinə biganə qalmayaq” -Dilçi professorun həyəcan təbili

“Əsgər” sözü “əskər”, “alqı-satqı” isə “alğı-satqı” kimi yazılacaq -Rəsmən TƏSDİQLƏNDİ

“Əsgər” sözü “əskər”, “alqı-satqı” isə “alğı-satqı” kimi yazılacaq -Rəsmən TƏSDİQLƏNDİ

İsa Həbibbəyli: AMEA-nın hazırladığı orfoqrafiya qaydaları ictimaiyyətin müzakirəsinə verilsin

İsa Həbibbəyli: AMEA-nın hazırladığı orfoqrafiya qaydaları ictimaiyyətin müzakirəsinə verilsin

Allah, Rəbb, Tanrı sözləri böyük hərflə yazılmalıdır - Yeni lüğət hazırlanır

Allah, Rəbb, Tanrı sözləri böyük hərflə yazılmalıdır - Yeni lüğət hazırlanır

Sonu qoşa samitlə bitən iki və ya çoxhecalı sözlər bir samitlə yazılacaq

Sonu qoşa samitlə bitən iki və ya çoxhecalı sözlər bir samitlə yazılacaq

Orfoqrafiya lüğətinin onlayn versiyası hazırlanıb

Orfoqrafiya lüğətinin onlayn versiyası hazırlanıb

Orfoqrafiya lüğətində qüsurlar aşkarlandı - “Çırtı-pırtı”, “çıpaçıp”, “dit-dit”...

Orfoqrafiya lüğətində qüsurlar aşkarlandı - “Çırtı-pırtı”, “çıpaçıp”, “dit-dit”...

Orfoqrafiya sözlüyünə yeni sözlər daxil edilib - SİYAHI

Orfoqrafiya sözlüyünə yeni sözlər daxil edilib - SİYAHI

“Türkmənşəli sözlər lüğəti” çap olunub

“Türkmənşəli sözlər lüğəti” çap olunub

Yeni orfoepiya lüğəti niyə ləngiyir? -AÇIQLAMA

Yeni orfoepiya lüğəti niyə ləngiyir? -AÇIQLAMA

Orfoqrafiya lüğətində ediləcək bəzi dəyişikliklər AÇIQLANIB

Orfoqrafiya lüğətində ediləcək bəzi dəyişikliklər AÇIQLANIB

İsa Həbibbəyli: AMEA-nın hazırladığı orfoqrafiya qaydaları ictimaiyyətin müzakirəsinə verilsin

İsa Həbibbəyli: AMEA-nın hazırladığı orfoqrafiya qaydaları ictimaiyyətin müzakirəsinə verilsin

"Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü" nəşr olundu

Azərbaycan dilinin yeni orfoqrafiya qaydaları hazırlanıb

Azərbaycan dilinin yeni orfoqrafiya qaydaları hazırlanıb

Yeni orfoqrafiya lüğətinin istifadə vaxtı məlum oldu

Yeni orfoqrafiya lüğətinin istifadə vaxtı məlum oldu

YAZI QAYDALARIMIZIN KİTABİ-MÜQƏDDƏSİ – ORFOQRAFİYA LÜĞƏTİ

YAZI QAYDALARIMIZIN KİTABİ-MÜQƏDDƏSİ – ORFOQRAFİYA LÜĞƏTİ

"Problemlərin aradan qaldırılması üçün mükəmməl Orfoepiya lüğətinə ehtiyac var"- MÜTƏXƏSSİS

Akademik Möhsün Nağısoylu: Orfoqrafiya lüğətinin akademik nəşrini Dilçilik İnstitutu hazırlamalıdır

Akademik Möhsün Nağısoylu: Orfoqrafiya lüğətinin akademik nəşrini Dilçilik İnstitutu hazırlamalıdır

Azərbaycanda bəzi sözlərin yazılışı dəyişdirilir- TƏKLİF

Azərbaycanda bəzi sözlərin yazılışı dəyişdirilir- TƏKLİF

Dilçi alimdən tənqidçiyə “dullama” - CAVABI

Dilçi alimdən tənqidçiyə “dullama” - CAVABI

Yeni orfoqrafiya lüğətinin tərtib olunması prinsiplərini Nazirlər Kabineti təsdiqləyəcək

Yeni orfoqrafiya lüğətinin tərtib olunması prinsiplərini Nazirlər Kabineti təsdiqləyəcək

AMEA-da yeni orfoqrafiya lüğətinin hazırlanması haqda qərar qəbul edilib

AMEA-da yeni orfoqrafiya lüğətinin hazırlanması haqda qərar qəbul edilib

Dil qaydasını pozanlar cərimələnəcək - Qanun hazırlanır

Dil qaydasını pozanlar cərimələnəcək - Qanun hazırlanır

Yeni orfoqrafiya lüğətinin hazırlanması istiqamətində iş aparılır

Yeni orfoqrafiya lüğətinin hazırlanması istiqamətində iş aparılır