Xəbərlər / Müəllim
13 yanvar 2018
3 957


Sinif rəhbərləri işlərinin öhdəsindən gələ bilirlərmi? - Valideynlər cavab verdilər - SORĞU

Orta ümumtəhsil məktəblərində şagirdlərin şəxsiyyət kimi formalaşmasında, tədris və tərbiyəyə cəlb olunmasında fənn müəllimləri ilə yanaşı, sinif rəhbərləri də əhəmiyyətli rol oynayır. Sinif rəhbərlərinin fəaliyyəti Azərbaycan Respublikası təhsil nazirinin 2009-cu il tarixli əmri ilə təsdiq edilmiş "Sinif rəhbəri haqqında Əsasnamə"də öz əksini tapmışdır.

 

Əsasnaməyə görə, sinif rəhbəri məktəb direktoru tərəfindən təyin edilir və ya vəzifədən azad olunur. Sinif rəhbəri bu işi icra etdiyinə görə xüsusi müavinət alır. Onların fəaliyyətinə rəhbərlik tərbiyə işləri üzrə direktor müavini tərəfindən həyata keçirilir.

 

Sinif rəhbərinin əsas vəzifələri təhsil alanları şəxsiyyət kimi yetişdirmək, onlarda əsl vətəndaş, mənəviyyat, təşəbbüskarlıq kimi yüksək keyfiyyətlərin və müstəqil tənqidi təfəkkürünün formalaşmasına kömək göstərməkdir. Bundan başqa, şagirdlərin xarici görünüşünə, geyiminə, dərsə davamiyyətinə, hər bir şagirdin tədris nailiyyətlərinə nəzarət etmək, onların uğur və səhvlərini qeydə almaqla vaxtında kömək göstərmək, sinif jurnalının işlənməsi və nəzarəti, valideynlərlə əlaqə yaratmaq və onlara uşaqların tərbiyə olunmasında kömək göstərmək də (şəxsən, məktəb psixoloqu və müəllimlər vasitəsilə) əsas işlərindəndir.

 

Bununla yanaşı, sinif rəhbəri Azərbaycanın milli bayramları, əlamətdar tarixi hadisələri ilə bağlı tədbirlər təşkil etmək, mərasimləri qeyd etmək, sinif saatlarını təşkil etmək, fənn müəllimləri və məktəbin digər mütəxəssisləri ilə (uşaq birliyi rəhbəri, psixoloq, kitabxanaçı və s.) qarşılıqlı fəaliyyət və bu mütəxəssislərin yardıma ehtiyacı olan uşaqlara köməyinin təşkil və bir çox məsələləri yerinə yetirməlidir.

 

Bəs, görəsən, ümumtəhsil məktəblərində çalışan sinif rəhbərləri işlərinin öhdəsindən yetərincə gəlirlərmi? 

 

Aztəhsil.com sözügedən məsələ ilə bağlı valideynlərə üz tutaraq fikirlərini öyrənməyə çalışıb.

 

Valideyn, Anar Hüseynov:


- Sinif rəhbəri, mən deyərdim ki, məktəbdə ən aparıcı şəxslərdəndir. Düşünürəm ki, hər kəsə eyni formada yanaşmaq doğru olmaz. Hazırda iki övladım məktəbdə təhsil alır. Onların sinif rəhbərlərinin birindən razı, digərindən isə narazıyam. Narazı olduğum sinif rəhbəri isə bir az laqeyddir.

 

Valideyn, Leyla Nuriyeva 


- Övladımın təhsil aldığı məktəbdə sinif rəhbəri yaxşıdır, razıyam. Amma digər siniflərin valideynlərinin narazılıqlarının da şahidi oluruq. Övladıyla maraqlanan hər bir valideyn düşünürəm ki, sinif rəhbəri ilə müntəzəm əlaqə saxlayıb maraqlanır. Bu məsələdə ikitərəfli problem ortaya çıxır. Ancaq müəllimi səbəbkar göstərmək də doğru deyil. Ancaq məni narahat edən məsələlərdən biri sinif rəhbərlərinin şagirdlərlə ünsiyyət qura bilməmələridir. Bu da ya qeyri-peşəkarlıqdan, ya da ki laqeydlikdən irəli gələ bilər. Dəqiq bir söz demək çətin məsələdir.

 

Valideyn, Nailə Əsədova

 

-Övladım ibtidai sinifdə təhsil alır. Əlbəttə ki, razı olduğum məqamlar olduğu qədər, narazı qaldığım hallar da olur. Düşünürəm ki, müəllim qədər valideyndən də çox şey asılıdır. Əsas yük məktəbdə müəllimin, evdə isə biz, valideynlərin üzərinə düşür. Həm müəllimlər, həm valideynlər uşağı üçün çalışır. Burada da müəllim peşəkar olmadıqda çətinliklər yaranır.

 

Valideyn, Səbinə Cəfərli

 

-2 övladım məktəblidir. 1-i ibtidaidə, digəri yuxarı sinifdə təhsil alır. İbtidai sinif müəllimindən razıyam, olduqca savadlı və bacarıqlıdır. Uşaq özü də razıdır, həvəslidir. Ancaq bir qədər yuxarı sinif müəllimlərindən narazılığım var. Uşaqlar yuxarı siniflərdə daha artıq oxuyub, öyrənməlidir ki, gələcəyini qura biləcək biliyə sahib olsun. Ancaq müəllimlərdə həvəssizlik, laqeyd münasibət daha çox hiss olunur. Düşünürəm ki, bu da uşaqların dərsə olan həvəsini daha da azaldır.

 

Vüsalə Qəzənfərqızı

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Dərnəklər,HBƏT,indi də SİNİF RƏHBƏRLİYİ ?

Dərnəklər,HBƏT,indi də SİNİF RƏHBƏRLİYİ ?

Məktəb direktoru və sinif rəhbəri

Məktəb direktoru və sinif rəhbəri

Məktəbdə sinif rəhbərlərinin reytinq cədvəlini  necə qurmalı ?..

Məktəbdə sinif rəhbərlərinin reytinq cədvəlini necə qurmalı ?..

MƏKTƏB DİREKTORU VƏ SİNİF RƏHBƏRİ

MƏKTƏB DİREKTORU VƏ SİNİF RƏHBƏRİ

Sinifdə valideyn iclasları necə təşkil olunmalıdır ?

Sinifdə valideyn iclasları necə təşkil olunmalıdır ?

Məktəb rəhbərləri ! Sinif rəhbərinin reytinq cədvəlini necə hazırlamalı ?

Məktəb rəhbərləri ! Sinif rəhbərinin reytinq cədvəlini necə hazırlamalı ?

Sinif rəhbəri və müəllim əməkdaşlığı

Sinif rəhbəri və müəllim əməkdaşlığı

Sinif jurnalının yazılması və sinif jurnalına  nəzarət qaydaları

Sinif jurnalının yazılması və sinif jurnalına nəzarət qaydaları

SİNİF RƏHBƏRİ HAQQINDA ƏSASNAMƏ...........

SİNİF RƏHBƏRİ HAQQINDA ƏSASNAMƏ...........

Sinifdənkənar və məktəbdənkənar tərbiyə işləri təşkilatçısının vəzifələri

Sinifdənkənar və məktəbdənkənar tərbiyə işləri təşkilatçısının vəzifələri

.Yay tətili günlər..Sinif rəhbəri ilə şagirdlərin əməkdaşlığının prinsipləri .

.Yay tətili günlər..Sinif rəhbəri ilə şagirdlərin əməkdaşlığının prinsipləri .

Sinif rəhbəri ilə şagirdlərin əməkdaşlığının prinsipləri

Sinif rəhbəri ilə şagirdlərin əməkdaşlığının prinsipləri

Sinifdə valideyin iclasları necə təşkil olunmalıdır ?

Sinifdə valideyin iclasları necə təşkil olunmalıdır ?

Sinif rəhbəri haqqında əsasnamə

Sinif rəhbəri haqqında əsasnamə

Təhsildəki problemləri ibtidai sinif müəllimlərinin üzərinə atmağı düzgün saymıram !

Təhsildəki problemləri ibtidai sinif müəllimlərinin üzərinə atmağı düzgün saymıram !

Sinif valideyin iclaslarını necə təşkil etməli ?..

Sinif valideyin iclaslarını necə təşkil etməli ?..

Ümumtəhsil məktəbinin valideyn komitəsi haqqında Əsasnamə

Ümumtəhsil məktəbinin valideyn komitəsi haqqında Əsasnamə

Sinif rəhbərinin valideyinlərlə apardığı işin məzmun və formaları

Sinif rəhbərinin valideyinlərlə apardığı işin məzmun və formaları

Sumqayıtda müəllim 1-ci sinfə gedən uşağı döyüb — Valideyn şikayəti

Sumqayıtda müəllim 1-ci sinfə gedən uşağı döyüb — Valideyn şikayəti

Məktublar -  Sinif rəhbərinin şagirdlərlə iş prinsiplərindən bir kimi

Məktublar - Sinif rəhbərinin şagirdlərlə iş prinsiplərindən bir kimi

Sinif rəhbərləri üçün-Sinif kollektivi ilə işin təşkili

Sinif rəhbərləri üçün-Sinif kollektivi ilə işin təşkili

SİNİF RƏHBƏRİNİN VALİDEYNLƏRLƏ APARDIĞI İŞİN     MƏZMUNU VƏ FORMALARI

SİNİF RƏHBƏRİNİN VALİDEYNLƏRLƏ APARDIĞI İŞİN MƏZMUNU VƏ FORMALARI

Məktəblərdə müəllimlə yanaşı psixoloq nəzarəti mütləq gücləndirilməli…Psixoloq Səbinə Bayramova

Məktəblərdə müəllimlə yanaşı psixoloq nəzarəti mütləq gücləndirilməli…Psixoloq Səbinə Bayramova

.Sinifin ad gününü qeyd etmək  , Xeyriyyə günləri , Dəyirmi masalar-Sinif rəhbəri ilə şagirdlər arasında əməkdaşlığı prinsipləri...

.Sinifin ad gününü qeyd etmək , Xeyriyyə günləri , Dəyirmi masalar-Sinif rəhbəri ilə şagirdlər arasında əməkdaşlığı prinsipləri...