Xəbərlər / Ekspert
13 yanvar 2018
2 601


İran ingilis dilini qadağan etdi - Azərbaycan da ... -EKSPERT

Elçin Mirzəbəyli: "İngilis dilinin tədrisinin qadağan edilməsi heç bir effektiv nəticə verməyəcək”


İranda ibtidai siniflərdə ingilis dilinin tədrisi qadağan edilib. Qərar ali dini lider Ayətullah Əli Xamneyinin ingilis dilinin tədrisini "Qərbin mədəni işğalı” elan etməsindən sonra verilib. 


Aztəhsil.com xəbər verir ki, İran Yüksək Təhsil Şurasının başqanı Mehdi Navid Adham "Dövlət və özəl ibtidai məktəblərdə ingilis dilinin tədrisi qanuna ziddir” deyərək, bunun qadağan ediləcəyini bildirib:

 

"Məktəblilər ilk öncə İran mədəniyyətinin təməllərini öyrənməlidirlər”.


İranda ingilis dilində təhsil əsasən orta məktəblərdə, yəni 12-14 yaş arasında başlayır. Ancaq bəzi məktəblərin ibtidai siniflərində də ingilis dili tədris edilir.


Ekspertlər bu qərarın onsuzda gərgin olan İran-Qərb münasibətlərini daha da xoşagəlməyən həddə çatdıracağını bildirirlər. 


Xüsusilə, İran və ingilisdilli ölkələr olan Amerika, Böyük Britaniya arasında olan soyuq münasibətlərin daha da kritik həddə çatacağı proqnozlaşdırılır. Eyni zamanda, dünyanın aparıcı dili sayılan ingilis dili ilə bağlı bu qərarın cənub qonşumuzda Avropaya çıxışına da ciddi zərbə olacağı vurğulanır. 


İranın bu qərarı Azərbaycanda da müzakirə doğurmaqla yanaşı, bəzi məsələləri gündəmə gətirib. Zaman-zaman ölkəmizdə rus dilinin tədrisinin dayandırılması barədə fikirlər meydana çıxıb. Xüsusilə, müstəqillik qazandığımız ilk illərdə bu cür fikirlər daha çox səslənirdi. Lakin indiyə qədər ölkəmizdə belə bir məhdudiyyət olmayıb. Əksinə, hazırda əksər işəgötürənlər qanunsuz olaraq vəəndaşlardan rus dili tələbi qoyurlar. İndinin özündə rus dilinin getdikcə daha çox yayıldığı önə çəkilərək, Azərbaycanda da belə bir qərarın ola biləcəyindən söz açılır.

 

Politoloq Elçin Mirzəbəyli ingilis dilinin tədrisinin İranda ləğvinin effekt verməyəcəyini düşünür:

 

"Öncə onu qeyd edim ki, ibtidai siniflərdə ingilis dilinin ləğv edilməsi sağlam düşüncə ilə izah edilməsi mümkün olmayan bir addımdır və qənaətimə görə daha çox çəkindirici xarakter daşıyır.

 

Digər tərəfdən dünyanın əksər nüfuzlu informasiya resurslarının fars dilində yayımları var, sosial şəbəkələrdə də həmçinin. Mən hələ birbaşa səsli və yazılı tərcümə edən proqramları demirəm. Bu baxımdan İran rejiminin iddia etdiyi kimi qərbdən gələn təbliğatın qarşısını almaq üçün ingilis dilinin tədrisinin qadağan edilməsi heç bir effektiv nəticə verməyəcək. Bütün bu qadağaların əvəzinə normal hüquqi, demokratik cəmiyyət formalaşdırmaq lazımdır ki, bu cəmiyyətdə yetişən vətəndaş qlobal çağırışlara hazır olsun, öz xalqının dövlətinin mənafeyini qorumağı bacarsın. Şübhəsiz ki, bu qərar İran-Qərb münasibətlərinə təsir göstərməyəcək. 


Bir ingilisin nə vecinə ki, İran vətəndaşları onun dilini öyrənməyəcəklər. Bu gün elmi və texnika ilə bağlı əsas resurslar ingilis dilindədir. İran vətəndaşı bu dili bilməyəcək, elmi-texniki tərəqqidən geri qalacaq. Qərbə də elə bu lazımdı. Maraqlıdır, görəsən İran yetkililəri ingilisin, yaxud başqa bir xalqın qurduğu dövlətin texnikasından niyə istifadə edirlər? Dilləri pisdir, texnikaları yaxşı? Bu məsələ ilə bağlı, İranda məşhur olan bir hadisəni, yaxud lətifəni xatırladım:

 

Deməli, günün birində tacirlər İngiltərədən İrana gəmi ilə qənd gətirirlər. Amma axundun haqqını vermirlər. Axund da cümə namazında deyir ki, bəs, ay camaat ingilis qəndini yemək olmaz, çünki kafir malıdır. Axundun bu sözündən sonra qənd alan olmur, tacirlər də məcbur olub axundun "haqqını” çatdırırlar. Axund da gözünə döndüyüm, növbəti cümə namazında minbərə çıxıb deyir ki, camaat, bəs ingilis qəndini yeməyin yolunu tapmışam: "Deməli, qəndi çaya salıb qüsl elədikdən sonra yemək lazımdır”.

 

İranlıların dediyinə görə, qəndi çaya batırıb yemək ənənəsi o zamandan qalıb. Yəqin bir müddətdən sonra ingilis dilinin qüsl edilməsi yolunu da taparlar”.


Politoloq bu cür qərarların gülüşlə qarşılandığına da toxundu: "Bu gün dünyaya çıxmaq üçün dildən daha çox baş lazımdır. 


Dünyaya çıxmaq istəyən onsuzda dili də, kommunikasiya və informasiya texnologiyalarını da mənimsəyəcək. Bu qarşısıalınmaz bir prosesdir. Burada seçim yoxdu. Ya prosesə qoşulub inkişaf etməli, mədəniyyətini, idemtikliyini qorumalı, ya da prosesdən geri qalıb assimilyasiyaya uğramalı, tarixin səhnəsindən silinməlisən. Bu gün ayaqda durmanın yeganə yolu qlobal rəqabətə davamlı şəxsiyyət, fövqəlinsan yetişdirməkdir. Bu səbəbdən də belə qərarlar dünyanın hər yerində, o cümlədən qərbdə də gülüşlə qarşılanır. Azərbaycanda ana dilimizlə yanaşı həm rus, həm ingilis, həm də fransız və digər dillərdə təhsil verən məktəblər fəaliyyət göstərir. Ən doğrusu da elə budur. Dil bilmək insana əlavə üstünlüklər verir. Bunun nəyi pisdir ki? Dilləri ləğv eləmək lazım deyil, istər rus, istər ingilis, istərsə də qeyri dillərdə təhsil verən məktəblərdə əsl Azərbaycan vətəndaşı yetişdirilməsi prosesinə nəzarət etmək lazımdır. Həmçinin ana dilimizin də inkişaf etdirilməsi və qorunmasına ehtiyac var. Bununla bağlı müvafiq dövlət proqramları qəbul edilib və icra olunur. Rus dilinin tədrisinin dayandırılmasının tərəfdarı deyiləm. Sadəcə tədris rus dilində olan məktəblərdə Azərbaycan dili keyfiyyətli şəkildə tədris olunmalı, dəqiq elmlərdən başqa bütün dərsliklər azərbaycanlı müəlliflər tərəfindən hazırlanmalıdır. Bir insanın köksündə azərbaycanlı ürəyi döyünürsə, içində Azərbaycan təəssübkeşliyi kök salıbsa, yəni o əsl Azərbaycan vətəndaşı kimi yetişdirilibsə, hər hansı kənar bir dil, yaxud mədəniyyət ona mənfi təsir göstərə bilməz, əksinə daha da güclü edər”.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
İranda ingilis dilinin tədrisi qadağan olundu

İranda ingilis dilinin tədrisi qadağan olundu

Dillər Univеrsitеtində VAKANSİYA -SİYAHI

Dillər Univеrsitеtində VAKANSİYA -SİYAHI

Azərbaycan dili dünyanın ən çətin dillərindən biri seçildi

Azərbaycan dili dünyanın ən çətin dillərindən biri seçildi

“Ləhcə və dialektlə danışan müəllimlərin auditoriyaya girməsi arzuedilən deyil”

“Ləhcə və dialektlə danışan müəllimlərin auditoriyaya girməsi arzuedilən deyil”

Rus dili bizə lazımdır, bəs ingilis dili hanı? - Professordan təhsil nazirinə ritorik sual

Rus dili bizə lazımdır, bəs ingilis dili hanı? - Professordan təhsil nazirinə ritorik sual

"Bu prossesi həyata keçirmək mexanizmini tapmaq Təhsil Nazirliyinin intelektual mərkəzinin vacib məsələlərindəndir"

"Bu prossesi həyata keçirmək mexanizmini tapmaq Təhsil Nazirliyinin intelektual mərkəzinin vacib məsələlərindəndir"

II İngilis dili Olimpiadası keçiriləcək

II İngilis dili Olimpiadası keçiriləcək

Bakıda şagirdlərin 17 faizi rus dilində təhsil alır -RƏSMİ

Bakıda şagirdlərin 17 faizi rus dilində təhsil alır -RƏSMİ

Bu orta məktəbdə İngilis dili Mərkəzi fəaliyyətə başlayıb -VİDEO

Bu orta məktəbdə İngilis dili Mərkəzi fəaliyyətə başlayıb -VİDEO

İngilis dili müəllimlərinin nəzərinə: Əlavə pul qazanmaq istəyirsinizsə...

İngilis dili müəllimlərinin nəzərinə: Əlavə pul qazanmaq istəyirsinizsə...

Təhsil Nazirliyinin məktəblərdə rus dili OYUNU

Təhsil Nazirliyinin məktəblərdə rus dili OYUNU

“Rus dilini təbliğ etmək Azərbaycana düşmənlikdir”

“Rus dilini təbliğ etmək Azərbaycana düşmənlikdir”

ADAU-da ingilis bölməsində təhsil alan tələbələrə əlavə təqaüd verilib

ADAU-da ingilis bölməsində təhsil alan tələbələrə əlavə təqaüd verilib

İngilis və rus dili fənnlərindən bilik yarışı keçirilib.

İngilis və rus dili fənnlərindən bilik yarışı keçirilib.

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda (TİPİİ) ingilis dili müəllimləri üçün Təlim-resurs mərkəzinin açılış mərasimi keçirilib.

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda (TİPİİ) ingilis dili müəllimləri üçün Təlim-resurs mərkəzinin açılış mərasimi keçirilib.

Tədrisi ingilis dilində aparılan ixtisaslara qəbul artıb

Tədrisi ingilis dilində aparılan ixtisaslara qəbul artıb

İngilis dili müəllimləri Londonda səfərdə olublar

İngilis dili müəllimləri Londonda səfərdə olublar

Ağstafalı müəllimlər Londonda ingilis dili təlimində iştirak edib

Ağstafalı müəllimlər Londonda ingilis dili təlimində iştirak edib

ADU-da “Türk sonetləri” kitabının təqdimatı keçirildi

ADU-da “Türk sonetləri” kitabının təqdimatı keçirildi

LDU-da ingilis dilindən fənn olimpiadası keçirilib

LDU-da ingilis dilindən fənn olimpiadası keçirilib

“Ümumi təhsil məktəblərində İngilis dilində Danışıq Klublarının yaradılması” layihəsinə start verilib.

“Ümumi təhsil məktəblərində İngilis dilində Danışıq Klublarının yaradılması” layihəsinə start verilib.

İngilis Dili Müəllimləri Birliyinin XII beynəlxalq konfransı keçirilib

İngilis Dili Müəllimləri Birliyinin XII beynəlxalq konfransı keçirilib

Dillər Universiteti işçi axtarır: VAKANT YERLƏRİN SİYAHISI

Dillər Universiteti işçi axtarır: VAKANT YERLƏRİN SİYAHISI

İngilis dili müəllimlərinin beynəlxalq konfransı keçiriləcək

İngilis dili müəllimlərinin beynəlxalq konfransı keçiriləcək