12 rayon üzrə 1000-dən artıq pedaqoji mühazirə dinlənilib
"Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində təşkil edilən pedaqoji mühazirələrin dinlənilməsi başa çatıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdindəki Təlimə Dəstək Mərkəzində paytaxtın 12 inzibati rayonu üzrə 1000-dən artıq pedaqoji mühazirə dinlənilib.
Aztəhsil.com xəbər verir ki, bu barədə İdarədən məlumat verilib.
Mövzunun aktuallığı, təcrübi əhəmiyyəti, orijinallığı baxımından uyğun gələn 100-ə yaxın pedaqoji mühazirə şəhər mərhələsi üzrə Təşkilat Komitəsinə təqdim edilmək üçün seçilib. Ümumi təhsil məktəblərinin pedaqoji heyətinin ən çox müraciət etdikləri mövzular "Müəllim-şagird münasibətlərinin pedaqoji əməkdaşlıq əsasında qurulması”, "Fənnin tədrisində müasir təlim texnologiyalarının tətbiqi”, "İbtidai təhsil səviyyəsində şagird nailiyyətlərinin inkişafına məktəbəhazırlıq təhsilinin təsiri”, "İstedadlı şagirdlərlə işin təşkili formaları”dır.
Pedaqoji mühazirələrin şəhər (rayon) mərhələsində ən yaxşı məruzələr müəyyənləşdirilərək innovativ xarakterə, səmərəli təcrübəyə əsaslananları ölkə üzrə seçimlərə təqdim olunacaq. Pedaqoji mühazirələrin ölkə mərhələsinin qalibləri müvafiq qaydada mükafatlandırılacaqlar.
Qeyd edək ki, 2017-2018-ci dərs ilində təşkil olunan pedaqoji mühazirələrin əsas məqsədi ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, yaradıcı müəllim və məktəb rəhbərlərini aşkara çıxarmaq, qabaqcıl təcrübə nümunələrini təbliğ etmək və perspektiv üçün inkişafyönlü təkliflər hazırlamaqdan ibarətdir.
Pedaqoji mühazirələrin şəhər mərhələsinin 2018-ci ilin fevral-mart aylarında, ölkə mərhələsinin isə aprel-may aylarında keçirilməsi nəzərdə tutulur.
“Təhsildə keyfiyyət ili” çərçivəsində pedaqoji mühazirələr təşkil ediləcək
2017-2018-ci dərs ili “Ümumi təhsildə keyfiyyət ili” elan edilib
“Təhsildə keyfiyyət ili” çərçivəsindəki tədbirlərə dair Fəaliyyət Planı təsdiq edilib
Məktəblilər arasında müsabiqə keçiriləcək
Bakıda təhsilin keyfiyyətini artırmaq üçün xüsusi plan hazırlanıb
“Ədəbiyyat biliciləri” müsabiqəsinin məktəb mərhələsi keçirilir
Pedaqoji idarəetmənin təşkili
VIII-XI sinif şagirdləri “Ədəbiyyat biliciləri” müsabiqəsində -II mərhələ
ÜMUMİ TƏHSİL SİSTEMİNDƏ PEDAQOJİ PROSESİN TƏŞKİLİ PRİNSİPLƏRİ
Məktəblərdə metodiki işin, psixoloji xidmətin və məktəb kitabxanalarının fəaliyyətinin təşkili ilə bağlı seminarlar yekunlaşıb
Təhsilin keyfiyyətinə birbaşa təsir göstərən əsas amillər açıqlanıb
Məktəbdənkənar təhsil müəssisələrinin pedaqoji heyətinin qiymətləndirilməsi keçiriləcək
"Ədəbiyyat biliciləri" müsabiqəsinin şəhər mərhələsi keçirilib
Məktəb direktorları və müəllimlər üçün "Dəyirmi Masa" keçirilib
Pedaqoji şura - bir kollektivdə işləyən peşəkarların şurasıdır.
Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə
Müəllimlərin yerdəyişməsi və işə qəbulu üçün müsahibə proqramı
Təhsil Nazirliyi müsabiqə elan edir
Bakının 15 məktəbinə qrant verilib
Təhsil naziri Mikayıl Cabbarov təhsil işçiləri haqqında müvafiq əmr imzalayıb
Müəllim üçün pedaqoji əməyin obyekti dərs dediyi şagirdləridir- Pedaqoji ustalıq
Pedaqoji innovasiyaya sadəcə yenilik demək olarmı?
Paytaxt məktəblərinin direktorları ilə görüş keçirilib
Bakıdakı məktəblərdə təhsil alacaq şagirdlərin sayı açıqlandı