Xəbərlər
05 iyul 2016
4 644


TARİXİN SİRLƏRİ ! Atatürkün sirli ölümü və gizlədilən vəsiyyəti

TARİXİN SİRLƏRİ ! Atatürkün sirli ölümü və gizlədilən vəsiyyəti

 

Atatürkün sirli ölümü və gizlədilən vəsiyyətiYalançı ölüm diaqnozu qoyulan Böyük Öndərin vəsiyyətinin açıqlanmasına "cəmiyyətin hələ hazır olmadığını” bəhanə edərək maneə törətdilər" ...Onlar israrla məclis rəhbərinə "Əfəndim, onun spirt və...

Yalançı ölüm diaqnozu qoyulan Böyük Öndərin vəsiyyətinin açıqlanmasına "cəmiyyətin hələ hazır olmadığını” bəhanə edərək maneə törətdilər"

...Onlar israrla məclis rəhbərinə "Əfəndim, onun spirt və siqaretdən öldüyünü eşitdirək, gənclərimizə görk olar” deyirdilər. Maraqlıdır ki, bu variant səs çoxluğu ilə qəbul edilir. Türkiyə üçün canını heçə sayan böyük öndərə ləkə yaxırlar- Atatürk aşırı dərəcədə spirtli içkinin fəsadından vəfat edib!

Qısa arayış:
Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Paşa Atatürk 1881-ci ildə Selanikdə doğulub, 10 noyabr 1938-ci ildə İstanbulda vəfat edib. Türkiyə Cümhuriyyətinin ilk prezidenti olan Atatürk 1919-cu ildə başlatdığı Milli Qurtuluş Savaşına öndərlik edib, daha sonra, Türkiyə Cumhuriyyətini meydana gətirən inqilab və islahatları reallaşdırıb. Cumhuriyyət Xalq Partiyasının qurucusu və ilk başqanı olan Mustafa Kamal Atatürk Osmanlı və Türkiyə Ordusunda zabit vəzifəsini yerinə yetirib, 1921-ci ildə "Qazi” adını alıb və marşallığa qədər yüksəlib. Bu yazıda bütün dünyanın tanıdığı bu möhtəşəm türk barədə bilinməyən və bilinməsi istənməyənlərdən danışmaq istədik…

Atatürkü masonlarmı öldürdü?

Atatürk, məlum olduğu kimi "İttihat və Tərəqqi” partiyasında idi. Masonlarla ilk ixtilafı da burada başladı. Çünki "İttihat və Tərəqqi” cəmiyyətinin qurucuları masonlar idi. Bu dönəm içərisində masonlarla tez-tez qarşılaşmışdı. Hətta, Anadoluda bəzi qüvvələr Atatürkü ləkələmək və nüfuzuna xələl gətirmək üçün ona "mason” adı qoyurdular.

Tarixi qaynaqlarda Atatürk masonluqla bağlı heç bir nitqi, fikri yer almayıb. Amma bir gerçək var- Atatürk 1935-ci ildə arası kəsilməyən teleqraflar alırdı. Masonlar Atatürkə isti münasibət göstərməyə çalışırdılar. Amma alınmadığını və rədd edildiklərini görəndə əks-hücuma keçdilər.
Atatürkün sirli ölümü və gizlədilən vəsiyyəti
Mustafa Kamal Atatürkün ölümü və ya masonlar tərəfindən öldürülməsi, Atatürkün 1935-ci ildə mason lojalarını bağlatdırmasından 3 il sonra reallaşdı. Yəni, Atatürkün masonlar tərəfindən öldürülməsi üçün etibarlı bir səbəb var. Orduda və hökumətdə apardığı islahatlar səbəbi ilə "İttihat və Tərəqqi” ilə arası açılan Mustafa Kamal bir sıra məmur və zabitlərlə də müxalif durumuna gəldi.

Ordunun siyasətdən xaricdə qalmasının lazım olduğu fikrini təkrarladığı üçün Atatürk, "İttihat və Tərəqqi” Cəmiyyəti tərəfindən təhlükəli adam sayılmağa başlandı, iki dəfə öldürülmək istəndi. Yəni, sui-qəsdlər reallaşdırıldı, amma başarılı ola bilmədilər. Elə həmin vaxtdan da böyük öndərin "İttihat və Tərəqqi” Cəmiyyəti və dolayısı ilə masonlarla arası da açıldı.

TARİXİN SİRLƏRİ ! Atatürkün sirli ölümü və gizlədilən vəsiyyəti

Onun masonluq haqqında tarixdə qalan maraqlı cümləsi: "Masonluq yəhudi təriqətindən başqa şey deyil. Məmləkətimizdə də olmamalı, nə gərək var?” sözləri ölkədə xeyli səs-küyə səbəb oldu. Atatürk açıqca masonları sevmir və saymırdı. Bir neçə gün sonra TBMM məclisində "Masonluq qalmamışdır, mason lojaları bağlanılmışdır” deyə bəyanat verildi. Anadolu Xəbər Agentliyi 10 Oktyabr 1935-ci ildə qəzetlərə” masonların malları, mülkləri, bir sözlə hər şeyləri ictimai təşkilatlara göndərildi” deyə xəbər yaydı. Amma İsmət İnönünün əmriylə 1948-ci ildə masonlar təkrar ölkədə kök saldılar…

Atartürkün mason lojalarını bağlatması masonlar arasında olduqca pis qarşılandı. Öncədən də ixtilafları olduqları üçün Mustafa Kamal Atatürkdən birdəfəlik qurtulmaq lazım idi. Atatürkün masonlara qarşı bu cür sərt addımı xaricdə də əks-səda yaratdı.

Atatürkün sirli ölümü və gizlədilən vəsiyyəti
Türkiyə mətbuatında Atatürkün bu qərarı ilə bağlı yazılan yazılar qonşu yunan qəzetlərinə və oradan da dünyaya sıçradı. Bu hadisəni öyrənən xaricdəki masonlar Atatürkü yox etmək üçün sonu gəlməyən cəhdlərə başladılar. 33-cü dərəcəli mason olan yəhudi Avram Benaroyas bir nitqində "Masonluğumuza öldürücü zərbə vuranların aqibəti faciəvi şəkildə ölümdür. Onun ölümü əsrarəngiz və sirlərlə dolu olacaq!”. Beləliklə, Atatürklə masonların savaşı başlanmış oldu.

Həkimlər Atatürkün ani ölümünü qəbul etmirdilər, çünki bu xəbər ölkədə böyük bir təhlükə yaradar və Atatürkün sui-qəsdə qurban getdiyi aydın olardı. Bu üzdən onun sağlamlığından şikayətləri olduğu bildirildi. Tarixdə adı açıqlanmayan, gizli mason olduğu güman edilən həkimin Atatürkə ilk yardım iynəsi kimi etdiyi müdaxiləsindən dərhal sonra Atatürkün sinir sistemi iflicə uğradı.

Bundan sonra Atatürkdə tez-tez burun qanamaları, baş gicəllənmələri, qarşısındakını tanımama kimi problemlər baş qaldırdı. 49 yaşında bir adamın birdən-birə bu cür zəif düşməsi bir qədər qaranlıq deyilmi? Düzdür, Atatürk o qədər də normal həyat tərzi keçirməmişdi, ömrü döyüşlərdə, at belində, səngərlərdə keçmişdi, amma bu kimi şikayətləri də heç vaxt olmamışdı.

O zaman Atatürkün ölümü niyə bu qədər sirli oldu? Onu gerçəkdən də masonlarmı öldürdü? Tarixi qaynaqlarda bu qəti olaraq təsdiqlənmir, amma ehtimaldan da çəkinilmir. Bir qrup araşdırmaçı hesab edir ki, Atatürkü masonlar öldürsəydi, sadəcə qəfildən ölərdi, xəstəlik-falan keçirməzdi. Çünki, masonlar öz işlərini həmişə qəti görməyə çalışıblar. Başqa bir qrup araşdırmaçı isə hesab edir ki, Atatürk kimi möhkəm iradəli və illərin möhkəmləndirdiyi bədənin sahibi bu cür xəstəliklərə asanlıqla yenilə bilməzdi.

Atatürkün sirli ölümü və gizlədilən vəsiyyəti

TARİXİN SİRLƏRİ ! Atatürkün sirli ölümü və gizlədilən vəsiyyəti

 


Qeyd edək ki, qısa müddət ərzində Atatürkə 4-5 cür xəstəliyin diaqnozu qoyuldu, bu xəstəliklərin hamısı da ona günü-gündən çox ağır ağrılar verirdi. Halbuki Kamal Paşa indiyəcən elə ayaqüstə, at belində onlarla xəstəlik sovuşdurmuşdu. Belə bir variant meydana çıxır- Atatürkü masonlar xəstəliyə yoluxdurmuş olsaydı, o bu xəstəlikləri də asanlıqla sovuşdura bilərdi. Amma bir fakt da var ki, Atatürkün özünü pis hiss etməsi məhz gizli mason olan həkimin iynəsindən sonra baş verib.

Düzdür, Atatürkün masonlar tərəfindən öldürüldüyü iddiası dəqiq və qəti olaraq təsdiqlənmir, amma inkar da edilmir. Araşdırmaçılar hətta ikinci varintın birinciyə nisbətən daha real olmasını deyirlər.

Sirr deyil ki, Atatürkü öz dövrünün insanları müqəddəs hesab ediblər. Cavan olmasına baxmayaraq, Türkiyə Cumhuriyyətinin təməlinin qoyulmasında və güclənməsi yolunda çox başarılı və dəqiq addımlar atıb. Amma onun bədxahları da az deyildi, bu sıraya bəzi həkimlər də daxil idi.

…Böyük Türkə ömrünün son günlərində "qaraciyər serrozu” diaqnozu qoyuldu. Həkimlər bunu aşırı dərəcədə alkoqollu içkilərin nəticəsi kimi xarakterizə etdilər. Amma bunun yalnız çirkin iddia və ləkə olduğnu hamı bilir, çünki Atatürk sutkanın demək olar ki, 18-20 saatını ayaq üstə, at belində və iş başında olub və tarixi qaynaqlarda onun bir dəfə də olsun sərxoş halda olması barədə fakt yoxdur. Həkimlərin qoyduğu diaqnoz da fiaskoya uğradı- onun ölümündən sonra aparılan analiz zamanı bu, aydın oldu... – Atatürkün qanında alkoqola rast gəlinmədi...

Beləliklə, əlimizdəki bütün faktları bir kənara qoyuruq və gerçək səbəbi tapmağa çalışırıq:

Atatürkün ölüm səbəbi alkoqollu içkinin nəticəsi olan "qaraciyər serrozu” deyildi. Serrozdan ölsəydi, qaraciyəri şişmiş olmazdı. Şişkinliyin səbəbi vurulan zəhərli iynədən ola bilərdi.

Atatürk millətini qurtarmaq və müasir sivilizasiyaya aparmaq üçün cəbhədən cəbhəyə qaçarkən iki dəfə tutulduğu qızdırma xəstəliyindən və müalicəsi üçün istifadə edilən dərmanların təsirindən də ölə bilərdi.

Alkoqollu içkinin aşırı dərəcədə olmasından yaranan "qaraciyr serrozu” 10-15 il davamlı olaraq hər gün 3 çay stəkanından artıq araq içilməsinin nəticəsidir. Halbuki Atatürk bu sıxlıqda və bu qədər içki içməyib.

Atatürkə qoyulan spirtə bağlı "qaraciyər serrozu” diaqnozunun bir səbəbi də o dövr əldə bakterioloji analiz üçün kifayət qədər avadanlıq olmamasından qaynaqlanırdı.

Atatürkün sirli ölümü və gizlədilən vəsiyyəti

TARİXİN SİRLƏRİ ! Atatürkün sirli ölümü və gizlədilən vəsiyyəti

 

Bir həkim-polkovnikin bu mövzuda müdafiə etdiyi doktorluq işi vardır ki, orada Atatürkə səhv müalicə tətbiq olunduğu izah edilir. Yəni, Atatürk sanıldığı kimi serroz xəstəsi deyildi. Atatürkə qızdırma-isitmə əleyhinə müalicə aparılmış, orqanizminə həddindən artıq kimyəvi dərmanlar yüklənmiş və qaraciyəri buna görə gücünü itirmiş, serroza çevrilmişdi.

Atatürkü müalicəni edən həkim, sən demə, mason lojası ustadı sıralarından olan həkim Kamaldır (çox mənbədə adı açıqlanmasa da Kamal adının yazıldığı bir neçə mənbə əldə edə bildik).

Atatürkün vəziyyəti daha da pisləşdikdən sonra xaricdən başqa bir həkim gətirilir. Səhv müalicə edildiyini, qaraciyərinin buna görə iflas etdiyini deyən də bu həkimdir.

Beləliklə, ortaya belə bir sual çıxır: necə oldu ki, Atatürkün serrozdan öldüyü açıqlandı və bütün yazılı qaynaqlara da belə qeyd olundu?

Türkiyə Böyük Millət Məclisində Atatürkün ölüm hesabatı gündəmə gətirildi. Mason lojaları 1935-ci ildə bağlanılmasına baxmayaraq Məclisdə hələ də mason millət vəkilləri vardı. Onlar israrla Məclis başqanına "Əfəndim, onun spirt və siqaretdən öldüyünü eşitdirək, gənclərimizə görk olar” deyirdilər. Maraqlıdır ki, bu variant səs çoxluğu ilə qəbul edilir… Beləcə, Türkiyə üçün canını heçə sayan böyük öndərə ləkə yaxırlar- Atatürk aşırı dərəcədə spirtli içkinin fəsadından dünyasını dəyişib!

Araşdırmaçı-yazar Aytunç Altındalın bildirdiyinə görə, Atatürk bəzi fikirlərinin yalnız ölümündən 50 il sonra açıqlanmasını istəmişdi. Amma 50 il keçdikdən sonra belə, onun bu vəsiyyəti "Cəmiyyət buna hələ hazır deyil” deyilərək yerinə yetirilmədi. Aytunç Altındal, Atatürkün "siyasi, ictimai, tarixi vəsiyyət”inin qəsdən gizlədildiyini düşünür. Onun sözlərinə görə, Atatürkün qeydlərində, "Əbədi payidar qalacaq” dediyi Türkiyə üçün irəlidə nələr edilməsi mövzusunda fikir, tövsiyyə və tapşırıqları var.

Sirli vəsiyyətin 1988-ci ildə, yəni Atatürkün ölümündən 50 il keçdikdən sonra açıldığını bildirən Altındal deyir: "O zamankı Cumhurbaşqanı Kənan Evren və o zamankı baş nazir Turqut Özal vəsiyyəti oxudular. Ancaq bu fikirlərə "cəmiyyətin hələ hazır olmadığını” bəhanə edərək vəsiyyətin açıqlanmasına maneə törətdilər”.

Atatürkün sirli ölümü və gizlədilən vəsiyyəti

TARİXİN SİRLƏRİ ! Atatürkün sirli ölümü və gizlədilən vəsiyyəti

 

1988-ci ildə Atatürkün vəsiyyətinin üstünə 25 illik yeni bir qadağan qoyulduğunu söyləyən Altındal, vəsiyyətdə yaxın gələcəkdə nələr olacağına və nələr edilməsi gərəkdiyinə dair öngörümlərin yazıldığını düşünür. Növbəti məhdudiyyətin vaxtı 2013-cü ildə başa çatdı, amma yenə də vəsiyyət açıqlanmadı. Vəsiyyətin açıqlanması Böyük Atatürkün nə qədər böyük zəkaya və uzaqgörənliyə sahib olduğunu ortaya qoya bilərdi və bu da bəzi qüvvələrə heç sərf etmir.

...Üstün zəkaya, nadir sərkərdəlik qabiliyyətinə və mükəmməl dövlət idarəetməsinə görə ad qazanmış Atatürk nəinki Türk dünyasının, eləcə də bütün dünyanın diaqqət mərkəzində idi. Onun öncəgörüşü və dərin düşüncəsinin sayəsində Türkiyə bu qədər güclənə və özünü təsdiqləyə bildi. Bu gün bütün türklər dünyadakı ən qüdrətli türk dövlətinin varlığı üçün bir böyük insana əbədi olaraq borcludurlar- Mustafa Kamal Atatürkə!

TARİXİN SİRLƏRİ ! Atatürkün sirli ölümü və gizlədilən vəsiyyəti

 

Lalə Mehralı
karabakhmedia.az
Məqalə Göndər








Загрузка...