Bank qarətçisi necə xalq qəhrəmanına çevrildi?


Bank qarətçisi necə xalq qəhrəmanına çevrildi?

 


Bank qarətçisi necə xalq qəhrəmanına çevrildi?Con Dilinger adlı amerikalı cinayətkar bankları qarət edən şəxs kimi tanınıb.

O, 22 iyun 1903-cü ildə İndianapolisdə dünyaya gəlib. Atası meyvə satmaq ilə məşğul olurdu. Con hələ körpə çağlarından valideynlərindən lazımi diqqət görməyib. Üç yaşı olanda isə anası dünyasını dəyişir.

Con Dilingerin əsas soyğun hədəfi bankalar idi. Həmin dövrdə isə əhalinin yoxsul təbəqəsi bankların əlindən cana gəlmişdi. Məhz bu amilə görə Dilinger xalqın gözündə qəhrəmana çevrilir. O, bir neçə dəfə həbs olunsa da, hər dəfəsində yerli polis bölmələrini çətin durumda buraxaraq asanlıqla qaçmağı bacarmışdı. Hətta bir dəfə qara taxta parçasını silah kimi polislərin üzərinə dayayaraq qaçmağı bacarmışdı.

O, 9 yaşında özünün ilk quldur dəstəsini təşkil etmişdi. 1919-cu ildə məktəbi atan Dilinger mexanik olaraq işləməyə başlayır. O, 1923-cü ildə avtomobil qaçırır və buna görə həbs edilir. Bu həbsindən sonra Con Dillinger bir daha ailəsinin yanına qayıtmır. Bir qədər sonra o evlənir və həyat yoldaşı ilə birlikdə yaşamağa başlayır.
Lakin tezliklə o qarət marağına geri dönür və yaratdığı dəstəsi ilə satıcını qətlə yetirərək mağazanı qarət edir. Bu zaman ona 10 il həbs cəzası verilir. 

Həbs həyatı ona yeni bacarıq qazandırır. 1933-cü ildə vaxtından əvvəl azadlığa çıxan məşhur oğru yenidən quldur dəstəsini təşkil edir. Bu zaman bu dəstəyə onun həbsxana yoldaşları daxil olur. Onlar birlikdə bir neçə bank və mağaza qarət edirlər. Tezliklə o yenidən həbs edilir. Bir qədər sonra isə növbəti dəfə həbsdən qaçmağı bacarır. 

Bank qarətləri yenidən davam edir. Onun dəstəsi polis məntəqələrini qarət edərək silah əldə edirdilər. Dilinger bank qarətlərinin birində polisi qətlə yetirir. Bundan sonra o, yenidən həbs edilir.

Bu dövrlər ABŞ çətin günlər yaşayırdı. Yoxsul insanlar Dillingeri öz kumirləri kimi görməyə başalyırdılar. Belə düşünülürdü ki, o, varlıların mal-mülkünü əllərindən alıb kasıblara paylayırdı. O, növbəti dəfə həbsdən qaçmağı bacarır. Bu zaman o, gözətçini girov götürərək həbsxanadan çıxır. Onun haqqında deyilən rəvayətlərdən birinə görə, Con Dilinger bir dəfə həbsxananın müdirini girov götürərək həbsxanaya məxsus sürücü və maşınla qaçarkən yaxınlıqdakı bankların birinə soyğuna girir. Soyğundan əldə etdiyi pulun bir hissəsini isə müdir və sürücüyə verir. Digər rəvayətə görə isə Dilinger maşında olarkən həbsxana müdiri və sürücüyə mahnı oxuyurmuş.

FBİ həmin dövrdə bank soyğunçularına qarşı mübarizə aparmırdı. Buna görə də Con Dilingerin işi asanlaşmışdı. Amma Dilinger sonuncu soyğununda həyatının səhvini edir. O, polis şöbəsindəki şefin maşınını qaçırır. Bu isə federal cinayət hesab olunurdu. FBİ-nın əfsanəvi rəhbəri,Edgar Huver düşündü ki, Dilinger yaxalandığı təqdirdə xalqın yeni yaradılan FBİ-ya dəstəyi artacaq. 

1930-cu illərdə Dilinger Çikaqoda sevgilisi Poli Hamilton ilə birgə yaşayırdı. Bu sırada Hamiltonun dostu Dilingeri 20 min dollar qarşılığında onun yerini FBİ agentlərinə deyir. Nəticədə, Dilinger sinema salonundan çıxan zaman güllələnərək öldürülür.

Hazırda FBİ poliqonlarındakı hədəflərin üzərində Dilingerin şəkli vurulur. Onun tərcümeyi-halı əsasında çoxlu sayda film çəkilib./Femida.az/



Forumda müzakirələrə qatıl







loading...