Xəbərlər / Müəllim / İlk peşə təhsili
11 yanvar 2018
3 063


Orta məktəblərdən başlamaq lazımdır -EKSPERT

Ayrı-ayrı peşələr təbliğ olunmalı, onlar dərsliklərə salınmalıdır.


"Sovet dönəmində önəmli tədbirlərdə ön yerlərdə qabaqcıl peşə adamları oturardı, onlara xüsusi diqqət yetirilərdi”


Peşə təhsili müəssisələrində çalışan işçilərin innovasiya və sahibkarlıq fəaliyyətinin nəticələri onların vəzifəyə seçilməsində və ya təyin olunmasında nəzərə alınacaq. Bu, yeni hazırlanan "Peşə təhsili haqqında” qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, peşə təhsili müəssisələrinin maliyyələşdirilmə yollarından biri də onların innovasiya və sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərdir.


Peşə təhsili müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlər bilavasitə peşə təhsili sisteminin inkişafına və işçilərin sosial müdafiəsinə yönəldilir.


Dəyişikliyi "Şərq”ə şərh edən təhsil eksperti vurğulayıb ki, peşə təhsilinin uzun illər diqqətdən kənarda qalması bu sahəyə gənclərin marağını azaldıb. Ona görə də peşə məktəblərinin də fəaliyyəti bu gün ürəkaçan səviyyədə deyil: 


"Amma son vaxtlar bu sahədə müəyyən işlərin görülməsinə başlanılıb. Bir müddət öncə peşə təhsilində regionallaşdırma işinin aparılması ilə bağlı qərar verildi. İndi isə bu sahədə kompleks şəkildə iş görməyə imkan verən növbəti addım atılıb. Peşə təhsili müəssisələrinin istər kadr hazırlığı, istərsə də maddi-texniki baza ilə bağlı ciddi problemləri var idi. Nəzərə alaq ki, bütün inkişaf etmiş ölkələrin təhsil sistemində peşə təhsili önəmli yerə malikdir. Azərbaycanda 100 mindən çox məzunun təxminən 30 faizi ali məktəblərə qəbul ola bilir. Yerdə qalan orta məktəb məzunlarının demək olar ki, heç biri peşə məktəblərinə üz tutmur. 


Bu, peşə təhsilinin vəziyyəti ilə sıx bağlıdır. Əgər peşə təhsilinin inkişafına xüsusi diqqət olsaydı, vəziyyət bu cür olmazdı. İndiki yenilik ondan ibarətdir ki, bundan sonra peşə məktəblərində çalışan işçilər, onların rəhbərləri təkcə pedaqoji kadrlar deyil, həmçinin, müxtəlif ixtisaslar üzrə istehsalatda çalışan şəxslər olmalıdır. Çünki buna qədər ancaq peşə təhsili müəssisələrində nəzəriyyə yönümlü bilik və bacarıqlar formalaşdırılırdı. Bundan sonra birbaşa istehsalat sahəsində çalışan şəxslər təhsil alan tələbələrin birbaşa əmək bazarının tələblərinə uyğun olaraq hazırlığını həyata keçirəcək”.


Ekspert xatırladıb ki, texniki peşə təhsili məsələsinə sovet dönəmində böyük diqqət yetirilirdi: "1990-cı illərdən sonra keçid dövrü ilə bağlı müəyyən boşluqlar əmələ gəldi. Nəticədə peşə təhsili sisteminə qayğı azaldı. Bəzi peşə təhsili məktəblərinin maddi-texniki bazası, binaları hərraca qoyuldu, bəziləri əsas oldu-olmadı, peşə liseylərinə çevrildi. 


Sovet dönəmində təhsil sistemi üç qurum tərəfindən idarə olunurdu. Onlardan ali və orta ixtisas nazirliyi bilavasitə orta ixtisas və ali təhsillə məşğul olurdu. Sərbəst idarəçilik, mütəxəssislər var idi. Daha sonra üç qurum birləşdirilib Təhsil Nazirliyi yaradıldı və peşə təhsili nazirliyin nəzdində bir şöbə kimi fəaliyyət göstərdi”.

 

Almaniya, Yaponiya kimi ölkələr peşə ixtisası ilə dünyanın inkişaf etmiş ölkələrinə çevriliblər:

 

"Bizdə mentalitet belədir ki, əsas ali təhsildir. Sovet dönəmində önəmli tədbirlərdə ön yerlərdə qabaqcıl peşə adamları oturardı, onlara xüsusi diqqət yetirilərdi. Məktəblərdə müəyyən tədbir keçiriləndə əmək adamları, neft sahəsində çalışanlar dəvət edilirdi, onlarla görüşlər keçirilirdi. 


Orta məktəblərdə peşə yönümlü iş aparılırdı. Bizdə ali məktəbə qəbul qruplar üzrə ixtisaslara bölünüb. Şagirdlər də ixtisasına uyğun qruplar üzrə repetitor yanına gedirlər. Ona görə də orta məktəblərdən başlamaq lazımdır. Orta məktəblərdə ayrı-ayrı peşələr təbliğ olunmalı, dərsliklərə peşə məsələləri ilə bağlı hekayələr salınmalı, peşə adamları yüksəldilməli, onların nüfuzu ilə bağlı müsabiqələr keçirilməlidir. Bundan sonra peşə təhsili müəssisələrində çalışan işçilərin birbaşa istehsalatdan cəlb edilməsi bu sahənin inkişafına böyük təkan verəcək”.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
"universitet təhsili və daha uzunmüddətli təhsil peşə təhsili deyil və sektorlar üzrə işçilərin hazırlanmasına imkan vermir"

"universitet təhsili və daha uzunmüddətli təhsil peşə təhsili deyil və sektorlar üzrə işçilərin hazırlanmasına imkan vermir"

Azərbaycanda peşə təhsilinin üç pilləli olması təklif edilir

Azərbaycanda peşə təhsilinin üç pilləli olması təklif edilir

Peşə təhsili ilə bağlı daha bir YENİLİK - Fond yaradılır

Peşə təhsili ilə bağlı daha bir YENİLİK - Fond yaradılır

Azərbaycanda özəl peşə təhsili müəssisələri yaradılacaq

Azərbaycanda özəl peşə təhsili müəssisələri yaradılacaq

Azərbaycanda peşə məktəbləri 1, 3 və 4 illik olacaq

Azərbaycanda peşə məktəbləri 1, 3 və 4 illik olacaq

Peşə məktəblərində şagirdlərə xüsusi geyim formaları veriləcək

Peşə məktəblərində şagirdlərə xüsusi geyim formaları veriləcək

Azərbaycanda özəl və bələdiyyə peşə təhsili müəssisələri yaradılacaq

Azərbaycanda özəl və bələdiyyə peşə təhsili müəssisələri yaradılacaq

Peşə-ixtisas məktəblərinin müəllimləri də diaqnostik qiymətləndirmədən keçəcək

Peşə-ixtisas məktəblərinin müəllimləri də diaqnostik qiymətləndirmədən keçəcək

"Peşə təhsili müəssisələri üzrə əsas fəaliyyət göstəriciləri” təsdiqlənib

"Peşə təhsili müəssisələri üzrə əsas fəaliyyət göstəriciləri” təsdiqlənib

Bu tələbələr maaş da ala biləcəklər - Yeni qanun

Bu tələbələr maaş da ala biləcəklər - Yeni qanun

Peşə məktəblərinin boş qalan yerlərinə əlavə ixtisas seçimi avqustun 28-də başlayacaq

Peşə məktəblərinin boş qalan yerlərinə əlavə ixtisas seçimi avqustun 28-də başlayacaq

Təhsil Nazirliyi: 8651 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olub

Təhsil Nazirliyi: 8651 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olub

"ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçiminin vaxtı uzadılıb

"ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçiminin vaxtı uzadılıb

Peşə təhsili və təlimi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Peşə təhsili və təlimi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub

İlk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlayıb

İlk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlayıb

"Peşə təhsil müəssisələrinin optimallaşdırılması bir çox imkanlara yol açır"

"Peşə təhsil müəssisələrinin optimallaşdırılması bir çox imkanlara yol açır"

“ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçimlərinin nəticələri açıqlanıb

“ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçimlərinin nəticələri açıqlanıb

Peşə məktəbləri ödənişli və ödənişsiz olacaq- YENİLİK

Peşə məktəbləri ödənişli və ödənişsiz olacaq- YENİLİK

Azərbaycanda bəzi şəxslər peşə məktəblərində pulsuz oxuya biləcəklər

Azərbaycanda bəzi şəxslər peşə məktəblərində pulsuz oxuya biləcəklər

Bu ilin sonunadək “Peşə təhsili haqqında” qanun qəbul oluna bilər

Bu ilin sonunadək “Peşə təhsili haqqında” qanun qəbul oluna bilər

Ölkəmizdə ilk peşə-ixtisas təhsili müəssisələrinin fəaliyyəti genişlənir

Ölkəmizdə ilk peşə-ixtisas təhsili müəssisələrinin fəaliyyəti genişlənir

Cari ilin sonunadək rasionallaşdırılmış peşə təhsili müəssisələrində çalışan ixtisas fənn müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi nəzərdə tutulur

Cari ilin sonunadək rasionallaşdırılmış peşə təhsili müəssisələrində çalışan ixtisas fənn müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi nəzərdə tutulur

Peşə-ixtisas təhsili müəssisələrinə qəbul olanların qeydiyyat vaxtı uzadılıb

Peşə-ixtisas təhsili müəssisələrinə qəbul olanların qeydiyyat vaxtı uzadılıb

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu başlayır

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu başlayır