Xəbərlər / Müəllim
10 yanvar 2018
3 964

DİM ingilis dili fənni üzrə monitorinq imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Bakı şəhərində ümumtəhsil müəssisələrinin 10-cu sinfində təhsil alan şagirdlər üçün ingilis dili fənni üzrə monitorinq imtahanı keçirib.

Aztəhsil.com xəbər verir ki, Mərkəzdən verilən məlumata görə, monitorinq imtahanı 98 məktəbdə təşkil olunub.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, mütəmadi olaraq imtahan keçirilən mərkəzlərlə əlaqə saxlanılıb. İmtahan bütün mərkəzlərdə təlimata uyğun həyata keçirilib.

DİM rəhbərliyi və Təhsil Nazirliyinin nümayəndəsi də imtahan keçirilən binalara baş çəkiblər və imtahanın gedişini izləyiblər.

İmtahanın ilk 1 saat 10 dəqiqəsi sual kitabçasındakı yazı və oxuyub-anlama bacarıqlarının ölçülməsinə aid tapşırıqların yerinə yetirilməsinə, son 20 dəqiqəsi isə dinləmə mətninin səsləndirilməsi və bu mətn üzrə təqdim olunan tapşırıqların cavablandırılmasına ayrılıb.

DİM tərəfindən keçirilən kütləvi imtahanlarda şagirdlərin dinləmə bacarıqlarının yoxlanılması ilk dəfə həyata keçirilib. Bunun üçün DİM tərəfindən xüsusi hazırlıq işləri həyata keçirilib, lazımi avadanlıqlar – audio qurğular alınıb. Dinləmə mətnlərin hazırlanması və səsləndirilməsi işi də Mərkəzin əməkdaşları və bu prosesə cəlb olunmuş mütəxəssislər tərəfindən həyata keçirilib.

Qeyd edək ki, monitorinq imtahanlarının nəticələri şagirdlərin biliyinin qiymətləndirilməsinə hüquqi təsir göstərmir və yalnız təhsil sahəsində dövlət standartlarının təmin edilməsi üçün aparılan islahatların, o cümlədən yeni təhsil proqramlarının (kurikulumların) tədris prosesinə təsirinin müəyyənləşdirilməsi məqsədi daşıyır.
Məqalə Göndər

Загрузка...
Həmçinin oxuyun:
Bakıda 10-cuların monitorinq imtahanı keçiriləcək

38 şəhər və rayonda monitorinq imtahanları keçirildi

6-cı sinif şagirdləri üçün monitorinq imtahanı keçiriləcək

DİM 6-cı siniflər üçün monitorinq imtahanı keçirəcək

XI sinif şagirdləri üçün monitorinq imtahanı keçiriləcək

Azərbaycanın 29 şəhər və rayonunda XI sinif şagirdləri üçün monitorinq imtahanı keçiriləcək

Bakı və Sumqayıtın XI sinfində təhsil alan şagirdlər üçün monitorinq imtahanları keçiriləcək

Azərbaycanda 3000-dən çox şagird imtahan verəcək

Bu gün Bakı və Sumqayıtda şagirdlər imtahan verəcək

Bugünkü imtahanda qayda pozan abituriyentlərin nəticələri ləğv olundu

Hansı abituriyentlərin imtahan nəticələri ləğv olunub?

IX siniflər üzrə monitorinq keçirilib

IX siniflər üzrə monitorinq keçirilib

DİM:"II və III ixtisas qruplarının imtahanın nəticələri yaxın 4 gün ərzində elan ediləcək"

DİM iyunun 17-də 76636 şagird üçün buraxılış imtahanı keçirib

DİM bu rayonlarda buraxılış imtahanı keçirib

BSU-da qış imtahan sessiyası ilə bağlı "Açıq qapı" günü keçirilib

Magistraturaya, rezidenturaya qəbul imtahanlarının I mərhələsi və Azərbaycan dili imtahanları keçirilib

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı

Buraxılış imtahanlarında iştirak edə bilməyən şagirdlər əlavə imtahan verib

Qəbul imtahanlarında köklü dəyişiklik ediləcək - 3 fəndən imtahan veriləcək - VİDEO

Qəbul imtahanının qaydaları dəyişir: 5 deyil 3 fəndən imtahan olacaq

Dövlət İmtahan Mərkəzi I-IV ixtisas qrupları üzrə sınaq imtahanları keçirib

Rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirir

LDU-da ingilis dilindən fənn olimpiadası keçirilib