Cəlilabadda gənc müəllimlər "gəlmə" deyə sıxışdırılır » Aztehsil.com

Xəbərlər, MÜƏLLİM
10 yanvar 2018
701

Cəlilabadda gənc müəllimlər "gəlmə" deyə sıxışdırılır


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Cəlilabadda gənc müəllimlər "gəlmə" deyə sıxışdırılır

Onlar Alar kəndindəki 2 saylı məktəbə qonşu Günəşli kəndindən gəliblər.


Cəlilabad rayonu, Alar kənd 2 saylı orta məktəbinin iki müəllimi – Bakı şəhər sakini Elçin Abbasov, onun həyat yoldaşı, Biləsuvar rayon sakini Ülkər Abbasova redaksiyamıza şikayət ediblər.


Aztəhsil.com "Sherg.az”-a istinadən xəbər verir ki, şikayət Alar kənd 2 saylı orta məktəbinin rəhbərliyi, məktəbin direktoru səlahiyyətlərini icra edən Lətif Seyfullayev və onun müavini səlahiyyətlərini icra edən Həsənağa Əliyevdəndir.


Şikayətdə bildirilir ki, Bakı şəhər sakini Elçin Abbasov "Kənd yerlərindəki ümumtəhsil məktəblərinə pedaqoji kadrların cəlb olunmasının həvəsləndirilməsi tədbirləri haqqında” proqrama əsasən 2006-cı ildən bu məktəbdə çalışır. Onun həyat yoldaşı, Biləsuvar rayon sakini Ülkər Abbasova da ADPU-nu bitirib və təyinatla 2006-cı ildən həmin məktəbdə işləyir. Hər iki müəllim Müəllimlərin Diaqnostik Qiymətləndirməsində məktəb üzrə ən yüksək bal toplayıb (E.Abbasov ixtisasdan 40, kurikulumdan 16 – toplam 56, həyat yoldaşı isə ixtisasdan 38, kurikulumdan 16 bal – toplam 54).


Müəllimlərin şikayəti dərs bölgüsündən və maaşın azlığındandır. E.Abbasovun 2017-ci ilin oktyabr üçün aylıq maaşı 318 manat, Ü.Abbasovanın maaşı isə ondan da az olub.


Şikayətçilərin yazdığına görə, onlar dəfələrlə dərs saatının az olmasının səbəbini öyrənməyə, gənc müəllim ailəsi olaraq üzləşdikləri bu ayrı-seçkiliyin nədən qaynaqlandığını aydınlaşdırmağa çalışıblar. Məktəbin direktoru səlahiyyətlərini icra edən Lətif Seyfullayev hər dəfə bəhanə kimi eyni ailədən iki nəfərin bir müəssisədə çalışdığını, bu müəllimlərin Alar kəndinin sakinləri olmadığını göstərib və 2 saylı Alar kənd orta məktəbindəki işlərindən çıxaraq, qeydiyyatda olduqları yerlərdə işləməyi məsləhət görüb.


Qeyd edək ki, adı çəkilən müəllimlər qonşu Günəşli kəndində yaşayırlar.


Dərs saatları ilə bağlı edilən şikayətdən sonra isə L.Seyfullayev nəinki məsələnin həlli istiqamətində tədbir görüb, əksinə, 2017-ci il noyabrın 22-də məktəbin pedaqoji şurasının iclasını çağırıb, həmin iclasda E.Abbasovun üzərinə hücum edib, onu müəllimə, ziyalıya yaraşmayan ağır sözlərlə söyərək təhqir edib.


Sözügedən məktəbdə çalışan digər müəllim Azad Dadaşov da alarlı direktorun "kənd ayrı-seçkiliyi”ndən nəsibini alıb. O da qonşu Günəşli kəndindəndir və buna görə də o da iclasda hücuma məruz qalıb. Onu bir dəfə işindən kənarlaşdırıblar, ancaq Azad Dadaşov məhkəməyə müraciət edərək haqını alıb və işinə geri qayıdıb.


Şikayətçilər qeyd edir ki, Əmək Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Ancaq heç bir dövlət mükafatı, fəxri adı olmayan Həsənağa Əliyev 65 yaşda direktorluqdan çıxarılsa da, sonradan vəzifəsinə qayıdıb. Hazırda isə direktor müavini vəzifəsini icra edir.


Məktubda qeyd olunur: "Həsənağa Əliyev 2010-cu ildən indiyədək direktor vəzifəsindən 4 dəfə azad olunub (bunun 3 dəfəsi nöqsanlarla, biri isə yaş məhdudiyyəti ilə bağlı olub). Özü direktor olmadığı vaxtlarda isə bir müddət onun vəzifəsini qohumları tutub”.


Şikayət edən gənc müəllimlər qeyd edirlər ki, hazırda məktəb rəhbərliyi onların bu və ya digər formada işlərindən uzaqlaşdırılmasına nail olmağa çalışır. "Bizi hər an məktəb rəhbərliyinin təxribatı gözləyir”.


Qarşı tərəfin deməyə sözü varsa, redaksiyamıza məktub ünvanlaya bilər.

Cəlilabadda gənc müəllimlər "gəlmə" deyə sıxışdırılır

Cəlilabadda gənc müəllimlər "gəlmə" deyə sıxışdırılır







Whatsapp'ta Paylaş

loading...

Həmçinin oxuyun:
Jurnalisti təhqir edən direktor cəzalandırıldı – Rəsmi

Jurnalisti təhqir edən direktor cəzalandırıldı – Rəsmi

Müqaviləsiz məktəb direktoru- Nazirlik isə susur

Müqaviləsiz məktəb direktoru- Nazirlik isə susur

Masallı RTŞ-nin yarıtmaz fəaliyyəti- Tariyel Əkbərov...

Masallı RTŞ-nin yarıtmaz fəaliyyəti- Tariyel Əkbərov...

Masallı Təhsil Şöbəsində nə baş verir?- Məktəb direktoru qanunsuz əməllərdə...

Masallı Təhsil Şöbəsində nə baş verir?- Məktəb direktoru qanunsuz əməllərdə...

Sumqayıtda bu məktəbin direktoru işdən azad olundu - FOTO

Sumqayıtda bu məktəbin direktoru işdən azad olundu - FOTO

Sumqayıtda məktəb direktorunun işdən çıxarılması xəbəri yayıldı - FOTO

Sumqayıtda məktəb direktorunun işdən çıxarılması xəbəri yayıldı - FOTO

Təhsil Nazirliyi bir kəndi məktəbsiz qoydu- ŞİKAYƏT+VİDEO

Təhsil Nazirliyi bir kəndi məktəbsiz qoydu- ŞİKAYƏT+VİDEO

Cəlilabadda məktəbə 2 nəfər direktorluq edir?

Cəlilabadda məktəbə 2 nəfər direktorluq edir?

Bir məktəbin iki direktoru - Nazir üçün müşkülə çevrilən balaca post

Bir məktəbin iki direktoru - Nazir üçün müşkülə çevrilən balaca post

Məktəb şagirdinin ölümündə təqsirləndirilən direktor müavini azadlıqda qaldı- MƏHKƏMƏ QƏRAR VERDİ

Məktəb şagirdinin ölümündə təqsirləndirilən direktor müavini azadlıqda qaldı- MƏHKƏMƏ QƏRAR VERDİ

Psixoloqu məktəb direktorunun ərinə döydürən səbəb- “Aralarında münaqişə yaranıb”

Psixoloqu məktəb direktorunun ərinə döydürən səbəb- “Aralarında münaqişə yaranıb”

Cəlilabadda təyinat: İmtahandan kəsildi, yenə direktor oldu

Cəlilabadda təyinat: İmtahandan kəsildi, yenə direktor oldu

Azərbaycanda bu məktəblərdə müəllimlər üçün pul yığılır - SİYAHI

Azərbaycanda bu məktəblərdə müəllimlər üçün pul yığılır - SİYAHI

Azərbaycanda şok - Baytar məktəb direktoru təyin edildi

Azərbaycanda şok - Baytar məktəb direktoru təyin edildi

Cəlilabadda növbəti özbaşınalıq - Direktor əvəzi müəllim Təhsil Nazirliyinə zəng etdiyi üçün dərs saatlarını əlindən aldı - SƏS YAZISI

Cəlilabadda növbəti özbaşınalıq - Direktor əvəzi müəllim Təhsil Nazirliyinə zəng etdiyi üçün dərs saatlarını əlindən aldı - SƏS YAZISI

DİQQƏT! Daha bir məktəb bağlandı - Təhsil şöbəsindən AÇIQLAMA

DİQQƏT! Daha bir məktəb bağlandı - Təhsil şöbəsindən AÇIQLAMA

Azərbaycanın ən bərbad məktəbi -  Uyğunlaşdırılmış tövlədən REPORTAJ- FOTOLAR - VİDEO

Azərbaycanın ən bərbad məktəbi - Uyğunlaşdırılmış tövlədən REPORTAJ- FOTOLAR - VİDEO

TƏHSİL NAZİRLİYİ: Jurnalisti söyən direktorla bağlı araşdırmalar başladı

TƏHSİL NAZİRLİYİ: Jurnalisti söyən direktorla bağlı araşdırmalar başladı

Bakıda məktəb rəhbəri jurnalisti hədələdi: “Sənin başın bədəninə ağırlıq edir!” - SƏS YAZISI

Bakıda məktəb rəhbəri jurnalisti hədələdi: “Sənin başın bədəninə ağırlıq edir!” - SƏS YAZISI

Müəllim işləyə-işləyə yeri vakant göstərilib?-Sumqayıt məktəbində qəribə olay

Müəllim işləyə-işləyə yeri vakant göstərilib?-Sumqayıt məktəbində qəribə olay

Müəllimin diplomunun saxta olduğu 24 il işləyəndən sonra üzə çıxdı

Müəllimin diplomunun saxta olduğu 24 il işləyəndən sonra üzə çıxdı

Ağstafa rayonu Dağ Kəsəmən kənd 2 saylı tam orta məktəbdə “Mehriban səma” mövzusunda açıq dərs kecirilib

Ağstafa rayonu Dağ Kəsəmən kənd 2 saylı tam orta məktəbdə “Mehriban səma” mövzusunda açıq dərs kecirilib

Müəllim olmaq fədakar olmaq deməkdir - Gənc müəllim Zahir Abbasov.

Müəllim olmaq fədakar olmaq deməkdir - Gənc müəllim Zahir Abbasov.

MÜƏLLİM ÖMRÜ - “Əməkdar müəllim”, “Tərəqqi medalı”, “Qabaqcıl təhsil işçisi” Əliyev Fidayıl

MÜƏLLİM ÖMRÜ - “Əməkdar müəllim”, “Tərəqqi medalı”, “Qabaqcıl təhsil işçisi” Əliyev Fidayıl