Xəbərlər / Psixoloq
10 yanvar 2018
3 536


Ölməyi yox, yaşamağı gözə alın! – İntihar çıxış yolu deyil

Az qala hər gün səhəri bir intihar xəbəri ilə açırıq. Bəli, məhz xəbər fonunda. İntihar edənlər arasında isə bütün təbəqələrdən olan insanlar var. Uşaq-böyük, varlı-kasıb, təhsilli-təhsilsiz, bir sözlə, bütün təbəqələrdən olan insanlar bu faciədə yer alır. Ona görə də istərdik yazıda ümumi şəkildə də olsa, intihar haqqında fikirləri paylaşaq. Bəli, intihar bütün zamanlarda olub və o, yalnız insan faktoru deyil. Digər canlılar arasında da intihar halları baş verir. Odur ki, intihar daha çox bioloji həyat hadisəsi kimi qəbul edilir. Bizim toplumda da intihar yeni bir şey deyil. Bütün zamanlarda ona rast gəlinib.

 

Aztəhsil.com Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, tanınmış psixoloq Elnur Rüstəmovun intiharlar haqda məqaləsini təqdim edir.

 

Uzağa getməyək, sovetlər dönəmində belə, biz ara-sıra intihar xəbərini eşidirdik. Lakin onu intihar kimi qəbul etmirdik, yaxud qəbul etmək istəmirdik. Çünki hadisəyə siyasi, ideoloji nöqteyi-nəzərindən qiymət verilirdi. O nöqteyi-nəzər də intiharı psixi xəstəlik, xroniki alkoqolizm zəminli patologiya kimi dəyərləndirirdi. Yaxud da ehtiyatsızlıq zəminində baş verən bədbəxt hadisə kimi. Bəli, ideologiya öz üzərinə düşən işi görürdü. Necə deyərlər, dost var, düşmən var. Sosializm cəmiyyətində "intihar ola bilməzdi”. Qışın soyuğunda özünü dənizə atan belə, intihar etmiş sayılmırdı. Hadisə az qala "vətəndaşın qışda üzmə azadlığının ifadə forması sonda bədbəxt hadisəyə gətirib çıxardı” kimi cəmiyyətə təqdim edilirdi. İndinin özündə də bəzən hansısa intihar hadisəsi cəmiyyətdən gizli saxlanılması məqsədi ilə "yatıb-durmadı” kimi təqdim edilir. Hadisənin intihar olmasını isə ailənin ən yaxın insanları bilir. Şübhəsiz, son qeyd etdiyimiz istisnalıq təşkil edir. Çünki informasiya əsrində yaşayırıq. Necə deyərlər, zaman o zaman deyil. Hadisə də olur, bəzən olmayan nəsnələrdən də hadisə yaradılır. Bəzən bədbəxt hadisənin özü belə, intihar kimi cəmiyyətə təqdim edilir. Bu da öz növbəsində bir çox psixoloji narahatlıqların, insanda ümidsizliyin, neqativ əhval-ruhiyyənin və s. yaranmasına gətirib çıxarır.

 

Nəzərə almaq lazımdır ki, bu gün intiharların bir qismi təqlid xarakteri daşıyır. Diqqət etsək görərik ki, qısa zaman kəsiyində eyni məkanda, yaxud eyni formada silsilə intiharlar baş verir. Prosesin özü bir növ təqliddi. Yenə də qeyd edirik, intihar hadisəsi Aristoteldən qabaq və sonra  mütəfəkkirlər tərəfindən araşdırılıb tədqiq olunmasına baxmayaraq, onunla bağlı konkret bir qənaətə gəlməyiblər. Hər bir tədqiqatçı intiharın bir aspektini tədqiq edib. Ona görə də fərqli fikirlər, fərqli yanaşmalar ortaya çıxır. Elə sosial şəbəkələrdə intihar hadisəsinə olan yanaşmalara diqqət etsək, nə qədər fərqli fikirlərin ortaya çıxdığının şahidi olarıq. Şübhəsiz ki, hər bir fikir sahibi də öz fikrində doğru olduğu qənaətindədir. Çünki insanların böyük bir əksəriyyəti görmək istədiyini görür, eşitmək istədiyini də eşitməyə çalışır.


Uzaqlaşmayaq, qayıdaq mövzuya. Bəzən intiharı insanı həyat bağlayan məqsəd, maraq instinktinin tormozlanması kimi dəyərləndirirlər. Əslində, insanda həyata maraq instinktinin ölməsi səbəb yox, nəticədir. Bura bir çox məqamlar təsir göstərə bilər. Mütəxəssislər bu sıraya psixi xəstəliklər sırasında yer alan depressiyanı, bipolyar affektiv pozuntunu, yaşlanma qorxusunu, alkoqol psixozu, hallüsinasiya, yaxud hipoxondrik sindromu və s. daxil edirlər. Əlbəttə, yuxarıda sadaladığımız və sadalaya bilmədiyimiz bütün hallar intihar prosesinə təsir göstərir. Ancaq bizə görə, ən böyük səbəb insanın içində sabaha olan ümidin ölməsidi.

 

Psixologiyada bununla bağlı Loqoterapiya adlı psixoloji cərəyan da var. Onun ən görkəmli nümayəndəsi, bəzi ədəbiyyatlarda yaradıcısı kimi qəbul edilən Viktor Franklın "İnsanın məna axtarışı” kitabı həmin cərəyanın "ana kitabı” kimi qəbul edilir. (Bu arada onu da qeyd edim ki, V.Franklın qeyd edilən əsəri psixoloq Nərmin Quliyeva tərəfindən Azərbaycan dilinə tərcümə olunub və 2014-cü ildə çap edilib – E.R).


Onu demək istəyirik ki, problemsiz insan yoxdur. Hər kəsin öz çapında problemləri, qayğıları olur. Ancaq hamı intihar etmir. Yaşamaq eşqi, ölmək eşqindən üstündür. Pessimizmə qarşı mübarizəni gücləndirmək lazımdı. Yanaşma dəyişməlidir. Ölməyi yox, yaşamağı gözə almaq lazım. Təəssüf ki, bizim şihfahi və yazılı ədəbiyyatda "sənin üçün ölümə gedərəm”, yaxud "ölərəm sənin üçün”, "həyat mənasızdı” və s. fikirlərə az rast gəlinmir. Həyatının çətin dönəmlərində bu fikirlərə söykənərək ömrünə son qoyanlar da az deyil. Çünki insanın oxuduqları, yaxud eşitdikləri onun şüuraltısında iz buraxır. Bəzi məsələlərə düşüncə və yanaşma tərzimizi dəyişməyimiz gərəkdir. Bu, məsləhət deyil, vətəndaş yanaşmasıdır. Ölməyi yox, yaşamağı üstün tutaq. Axı, hər qaranlıq gecənin bir işıqlı sabahı olur.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
16 yaşlı məktəbli intihar etdi

16 yaşlı məktəbli intihar etdi

Lənkəranda məktəbdə intihar hadisəsi baş verib

Lənkəranda məktəbdə intihar hadisəsi baş verib

Ağdaşda məktəbli niyə intihar edib? - "Anasından gizli..."

Ağdaşda məktəbli niyə intihar edib? - "Anasından gizli..."

“İntihar hadisələrinin bölgələrdə daha çox baş verməsi həyat tərziylə bağlıdır...”

“İntihar hadisələrinin bölgələrdə daha çox baş verməsi həyat tərziylə bağlıdır...”

Sumqayıtda müəllim məktəbdə intihar etdi

Sumqayıtda müəllim məktəbdə intihar etdi

SOS!!Ölkədə müəllim işləyən vətəndaşlar arasında intihar halları artıb

SOS!!Ölkədə müəllim işləyən vətəndaşlar arasında intihar halları artıb

Müəllimin intihar səbəbi bilindi - Tələbəsi ilə sevgili olub

Müəllimin intihar səbəbi bilindi - Tələbəsi ilə sevgili olub

İntihar edən müəllimə budur - Foto

İntihar edən müəllimə budur - Foto

Gəncləri intihara sürükləyən SƏBƏBLƏR nədir? -PSİXOLOQ

Gəncləri intihara sürükləyən SƏBƏBLƏR nədir? -PSİXOLOQ

Uşaq intiharlarının ilkin səbəbləri AÇIQLANDI

Uşaq intiharlarının ilkin səbəbləri AÇIQLANDI

İranlı tələbə sevdiyi qızla dalaşıb intihar etdi - BAKIDA

İranlı tələbə sevdiyi qızla dalaşıb intihar etdi - BAKIDA

Ağdaşda 7-ci sinif şagirdinin intiharında "Mavi Balina" izi

Ağdaşda 7-ci sinif şagirdinin intiharında "Mavi Balina" izi

Azərbaycanda müəllim damarlarını kəsib intihar etdi

Azərbaycanda müəllim damarlarını kəsib intihar etdi

Azərbaycanlı tələbə oğlandan kövrəldici intihar mesajı: "Ata mən getdim"

Azərbaycanlı tələbə oğlandan kövrəldici intihar mesajı: "Ata mən getdim"

Uşaq intiharlarının dəhşətli STATİSTİKASI - Hər 100 min nəfərə...

Uşaq intiharlarının dəhşətli STATİSTİKASI - Hər 100 min nəfərə...

Tarix müəllimi özünü mal tövləsinin çardağından asaraq intihar etdi - Zaqatalada dəhşətli hadisə

Tarix müəllimi özünü mal tövləsinin çardağından asaraq intihar etdi - Zaqatalada dəhşətli hadisə

Bakıda müəllim İNTİHAR ETDİ

Bakıda müəllim İNTİHAR ETDİ

10-cu sinif şagirdinin müəmmalı intiharı:  “Sinif yoldaşlarından ayrılandan sonra...”

10-cu sinif şagirdinin müəmmalı intiharı: “Sinif yoldaşlarından ayrılandan sonra...”

İntihar edən 12 yaşlı şagirdin oxuduğu məktəbdən AÇIQLAMA

İntihar edən 12 yaşlı şagirdin oxuduğu məktəbdən AÇIQLAMA

12 yaşlı uşağın qatili: din, yoxsa məktəb?

12 yaşlı uşağın qatili: din, yoxsa məktəb?

Mən əgər bilsəydim ki, məni öldürəcəklər.......ŞƏHRİYYƏ QƏZƏNFƏRQIZI

Mən əgər bilsəydim ki, məni öldürəcəklər.......ŞƏHRİYYƏ QƏZƏNFƏRQIZI

Uşaqlar niyə intihar edir? - Komitə valideynlərə xəbərdarlıq etdi

Uşaqlar niyə intihar edir? - Komitə valideynlərə xəbərdarlıq etdi

İntihar edən gəncin tələbə yoldaşı: “Dəfələrlə depressiyada olduğunu demişdi”

İntihar edən gəncin tələbə yoldaşı: “Dəfələrlə depressiyada olduğunu demişdi”

İntihar edən qadın ADPU-nun baş müəllimi imiş

İntihar edən qadın ADPU-nun baş müəllimi imiş