Xəbərlər
10 yanvar 2018
3 280


Tələbələr diplom aldıqdan sonra iş tapa biləcəklərmi? -SORĞU

Azərbaycan universitetlərinin əksəriyyətində payız semestrinin bitməsi ilə əlaqədar qış imtahan sessiyası start götürüb. Sonuncu kursda təhsil alan tələbələrin iş həyatına atılmaqlarına çox az bir zaman qalıb. Tələbələrin ali təhsil aldıqdan sonra iş tapa bilmərində  isə bəzi problemlər ortaya çıxır. Çünki Azərbaycanda bir sıra universitetlər istisna olmaqla, təyinat sistemi mövcud deyil.


Bəs, tələbələr təhsil ilinin sonlarına yaxın iş barədə nə düşünürlər? Onlar diplom aldıqdan sonra iş tapa biləcəklərmi?


Aztəhsil.com xəbər verir ki, modern.az bu sualla tələbələrə müraciət edib.


Azərbaycan Dillər Universitetinin 4-cü kurs tələbəsi Sevinc Əlizadə hal-hazırda çalışdığını bildirib:


"İşim ixtisasımla bağlı deyil. Çünki ixtisasıma istəyərək qəbul olunmamışam. Filologiya üzrə təhsil alıram. Daxil olanda da bu sahədə işləyəcəyimi fikirləşmirdim. Sadəcə ailəm istəyirdi deyə qəbul olundum və oxudum. 4-cü kursun əvvələrindən dizaynerliyi öyrənməyə başladım. Hal-hazırda bu ixtisas üzrə xüsusi kurs keçirəm. Birinci ixtisasım üzrə heç vaxt işləməyi düşünməmişəm, indi də düşünmürəm. Həvəsim qrafik və web-dizayerliyədir. İndi həm kursa gedirəm, həm də çalışıram. Bu sahə üzrə ixtisaslaşmağı fikirləşirəm”.


Bakı Dövlət Universitetinin 4-cü kurs tələbəsi Nəzrin Həsənova hələki işləmək fikrində deyil.


"Magist adı aldıqdan sonra işləməyi fikirləşirəm. Yəqin ki, bir çox yerdə əvvəl özümü yoxlayıb sonra tam istədiyim sahəni tapıb ( jurnal, radio, tv ) o sahədə də çalışaram”.


Azərbaycan Dillər Universitetinin 4-cü kurs tələbəsi Nərmin Cəfərzadə deyir ki, onun üçün əsas olan magistr dərəcəsi almaqdır.


 "Magistratura imtahanına hazırlaşıram və gələn ay imtahan verəcəm. Qəbul olunsam, qarşıdakı iki il ərzində  işləmək fikrim yoxdur. Gələcəkdə isə ixtisasımla ( xarici dil müəllimliyi) bağlı olaraq imtahan verib, işə girməyi düşünürəm”.


Azərbaycan Dövlət İqtisad Universitetinin 4-cü kurs tələbəsi Ramil Əzizli işləmək üçün universitetin verdiyi təhsili yetərsiz sayır.


"Hansısa müəssisədə çalışa bilmək üçün insan özünü daha da inkişaf etdirməlidir. Həm təcrübənin, həm də savadın artırılması əsas şərt olduğundan magistratura pilləsinə daxil olub, təhsilimi davam etdirməyi fikirləşirəm”.


Azərbaycan Dövlət Pedoqoji Universitetinin tələbəsi Sevil Namazova 4 il ərzində aldığı təhsildən razı deyil:


"Aldığım təhsillə ancaq kənd məktəblərini qane edərəm”.


Bakı Slavyan Universitetinin 4-cü kurs tələbəsi Murad Nasirli isə artıq öz işini qurub:


"Mənim artıq şəxsi biznesim var. Lakin dövlət işində işləmək istəyirəm. Mumin Sekman "Hər şey səninlə başlayır” kitabında dediyi kimi, bir şeyi çox istəyəndə o gerçək olur”.


Bakı Dövlət Universitetinin 4-cü kurs tələbəsi Şükufə Süleymanlı qeyd edir ki, universiteti bitirib diplom alan kimi işi hazırdır:


"Mən işə tanışlıq vasitəsilə qəbul olunacam. Amma buna baxmayaraq, özümü doğruldacağımı düşünürəm. Tapşırıqla getmək pis bir şey deyil. Sənə təkan verirlər və sən də irəliləyirsən. Təbii ki, istedadın varsa. Mən də belə istedadımın olduğunu zənn edirəm və çalışmağa həvəsli biriyəm. İxtisasıma uyğun olaraq televiziya sahəsində işləməyi düşünürəm”.


Azərbaycan Tibb Universitetin 6-cı kurs tələbəsi Leyla Süleymanlı işləyə bilmək üçün Rezidenturaya hazırlaşdığını vurğulayıb:


"Rezidenturaya daxil olub 3-4 il Azərbaycanda oxuyacam. Sonra isə xaricdə kurslara gedib təcrübə yığmağı və Azərbaycana qayıdıb iş axtarmağı düşünürəm”.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Tibb Universitetinin 4-cü kurs tələbəsi fakultənin binasından - Özünü atdı

Tibb Universitetinin 4-cü kurs tələbəsi fakultənin binasından - Özünü atdı

Tibb Universitetinin tələbəsi faciəli şəkildə həyatını itirdi

Tibb Universitetinin tələbəsi faciəli şəkildə həyatını itirdi

Bakıda universitet tələbəsi kirayə qaldığı evdə müəmmalı şəkildə ölüb

Bakıda universitet tələbəsi kirayə qaldığı evdə müəmmalı şəkildə ölüb

Pedoqoji Universitetin rektoru tələbələrə əlçatandırmı...

Pedoqoji Universitetin rektoru tələbələrə əlçatandırmı...

Azərbaycanda tibbi dərslik PROBLEMİ – tələbələr etiraz etdi

Azərbaycanda tibbi dərslik PROBLEMİ – tələbələr etiraz etdi

Bölgə universitetlərinin tələbələri paytaxt tələbələrinə həsəd aparırlar: “Bizdən öndədirlər”

Bölgə universitetlərinin tələbələri paytaxt tələbələrinə həsəd aparırlar: “Bizdən öndədirlər”

Bakıdakı universitetlər: “Tələbələrimizə yer verə bilmirik” - PROBLEM

Bakıdakı universitetlər: “Tələbələrimizə yer verə bilmirik” - PROBLEM

2017-ci ildən razı və narazı TƏLƏBƏLƏR: “Kim həyatından bezibsə, bu universiteti seçə bilər”

2017-ci ildən razı və narazı TƏLƏBƏLƏR: “Kim həyatından bezibsə, bu universiteti seçə bilər”

Nazirlik: Təfəkkür Universitetinin daha 100 tələbəsi digər ali məktəblərə köçürülüb

Nazirlik: Təfəkkür Universitetinin daha 100 tələbəsi digər ali məktəblərə köçürülüb

Tələbə Həmkarlar Təşkilatının tələbələrə nə köməyi dəyir?

Tələbə Həmkarlar Təşkilatının tələbələrə nə köməyi dəyir?

Neft və Sənaye Universitetinin rektoru tələbələrə əlçatandırmı...

Neft və Sənaye Universitetinin rektoru tələbələrə əlçatandırmı...

Tibb Universitetinin tələbəsi 4-cü mərtəbədən yıxılaraq ölüb – FOTO

Tibb Universitetinin tələbəsi 4-cü mərtəbədən yıxılaraq ölüb – FOTO

SDU tələbəsi I Vitse-Prezidentə şikayət etdi

SDU tələbəsi I Vitse-Prezidentə şikayət etdi

Bakıda tələbə faciəli şəkildə öldü

Bakıda tələbə faciəli şəkildə öldü

Sumqayıt Dövlət Universitetindən I vitse-prezidentə şikayət edən tələbəylə bağlı AÇIQLAMA

Sumqayıt Dövlət Universitetindən I vitse-prezidentə şikayət edən tələbəylə bağlı AÇIQLAMA

Azərbaycanlı tələbə beynəlxalq müsabiqədə uğur qazanıb

Azərbaycanlı tələbə beynəlxalq müsabiqədə uğur qazanıb

Bir nəfər digər iki nəfərin yerinə imtahan verdi, universitetə daxil oldu - ÜSTÜ BU İL AÇILDI

Bir nəfər digər iki nəfərin yerinə imtahan verdi, universitetə daxil oldu - ÜSTÜ BU İL AÇILDI

UNEC-in magistrləri Litva Universitetinin diplomunu əldə edəcəklər

UNEC-in magistrləri Litva Universitetinin diplomunu əldə edəcəklər

Tələbələrin ən çox yedikləri: makaron, kartof-yumurta soyutması, “qreçka” - “Ət ala bilmirik”

Tələbələrin ən çox yedikləri: makaron, kartof-yumurta soyutması, “qreçka” - “Ət ala bilmirik”

Qərb Universitetinin tələbəsi buzadırmanma üzrə açıq ölkə çempionatında uğur qazanıb

Qərb Universitetinin tələbəsi buzadırmanma üzrə açıq ölkə çempionatında uğur qazanıb

Bakı Slavyan Universitetinin rektoru II kurs tələbələri ilə görüşüb

Bakı Slavyan Universitetinin rektoru II kurs tələbələri ilə görüşüb

Sumqayıt Dövlət Universitetinin rektoru tələbələrə əlçatandırmı...

Sumqayıt Dövlət Universitetinin rektoru tələbələrə əlçatandırmı...

Bakı Ali Neft Məktəbinin tələbəsi BP-nin qalibi oldu

Bakı Ali Neft Məktəbinin tələbəsi BP-nin qalibi oldu

UFAZ-a qəbul imtahanlarının nəticələri elan olunub

UFAZ-a qəbul imtahanlarının nəticələri elan olunub