Xəbərlər / Saglam həyat
08 yanvar 2018
3 552


Təbaşir uşaqlarda dəri xəstəliklərinə səbəb ola bilərmi?

Təbaşir uşaqlarda dəri xəstəliklərinə səbəb ola bilərmi?

Bu gün uşaqlar arasında daha çox allergik dermatitlərə (ekzema) və sadə dəmrovlara (övrə) rast gəlinir.


Həmin xəstəliklərin səbəbini əsasən, qida ilə izah edən həkim qeyd edib ki, yetkinlik dövründən sonra uşaqlarda daha çox rast gəlinən dəri xəstəlikləri dəyişir:


"Müraciətlər daha çox ekzema və övrə ilə bağlı olur. Göbələk xəstəliklərinə isə uşaqlarda az rast gəlinir. Yetkinlik dövründə isə - dərinin Ph-nı dəyişməsi ərəfəsində göbələk və digər yoxucu xəstəliklərə rast gəlinir”.


S.Kərimova məktəblilərin istifadə etdikləri təbaşirlərin onların dərisi üçün hansısa problem yarada bilməsinin mümkünlüyünü də açıqlayıb.

 

Onun sözlərinə görə, təbaşirdən istifadə uşağın dərisində çox da böyük problemlər yaratmır. Amma təbaşir allergiyadan – bronxial astma, allergik renit, konyuktivit, allergik dermatitlər, övrədən əziyyət çəkən uşaqlara müəyyən qədər qıcıq verə bilər:


"Yazı lövhəsindəki təbaşiri sildikdə onun tozu allergik renit, daha çox isə bronxial astması olan uşaqlara qıcıqlandırıcı təsir göstərə bilər. Bu, onların xəstəliyini kəskinləşdirə bilər”.


S.Kərimova deyib ki, avitaminozlu, quru, immuniteti zəif olan dərilərdə, ekzema kimi xəstəliklər və müəyyən allergiya mənşəli dermatozlar zamanı təbaşir dəriyə təsir göstərə bilər:


"Ümumilikdə isə məktəblərdə istifadə olunan təbaşiri yüksək allergen kimi qəbul etmirik. Təbaşirlə təmasda olan zaman hansısa böyük problemin yaranması kimi hallara çox az rast gəlinir. Amma ümumilikdə uşağın əlində allergik dermatit, ekzema kimi xəstəliklər varsa, onda təbaşir həm allergen olaraq ona qıcıq verə, həm də dəridə qurutma, qabıqlama törədə bilər. Bu zaman tövsiyə olunur ki, uşaqlar birbaşa təbaşrilə təmasda olmasınlar, onu kağıza bükdükdən sonra əllərinə götürsünlər”.


Böyüklər arasında müşahidə edilən dəri xəstəlikləri barəsində danışan S.Kərimova bildirib ki, bu gün yetkin insanlarda daha çox allergik övrə və göbələk xəstəliklərinə rast gəlinir:


"Ən çox müraciətlər "akne vulqaris", yəni üzdə irinli sızanaqlara görədir. "Akne vulqaris” yağlı dərinin problemidir. Yağlı seboriyalı dermatit olan dəridə buna daha çox meyillilik olur.

 

Eyni zamanda, bizi əhatə edən tozlar, qəbul etdiyimiz qidalar, maddələr mübadiləsinin pozulması "akne vulqaris”in yaranmasında rol oynayır. Adətən, yeniyetməlik, gənclik dövründə dərinin Ph-ı dəyişdiyindən dərinin yağlanması daha da artır. Bu xəstəliyə daha çox 17-18 yaşlı gənclərdə təsadüf edilir".


S.Kərimova bildirib ki, hazırda gənclərin daha çox yedikləri "fast-food”lar onlada dərinin yağlanmasına səbəb olur və bu da dəriyə infeksiyanın düşməsi üçün əlverişli şərait yaradır.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Uşaqlar niyə torpaq yeyir? – Bu xəstəlik ölümə də səbəb olur

Uşaqlar niyə torpaq yeyir? – Bu xəstəlik ölümə də səbəb olur

Uşaqlarda davranış pozuntusu və səbəbləri

Uşaqlarda davranış pozuntusu və səbəbləri

Soyuq havalarda uşaqları xəstəliklərdən necə qoruyaq? – PEDİATR TÖVSİYƏSİ

Soyuq havalarda uşaqları xəstəliklərdən necə qoruyaq? – PEDİATR TÖVSİYƏSİ

Burun əti uşağı kar edə bilər – VALİDEYNLƏR, DİQQƏTLİ OLUN

Burun əti uşağı kar edə bilər – VALİDEYNLƏR, DİQQƏTLİ OLUN

Smartfonlar uşaqlarda nitq gecikmələrinə səbəb olur

Smartfonlar uşaqlarda nitq gecikmələrinə səbəb olur

Çox pendir yemək xərçəngə səbəb olur - DİQQƏT

Çox pendir yemək xərçəngə səbəb olur - DİQQƏT

Uşağınızın yaddaşını yoxlayın! - TEST

Uşağınızın yaddaşını yoxlayın! - TEST

Gündə üç-dörd fincan qəhvə içməyin faydaları

Gündə üç-dörd fincan qəhvə içməyin faydaları

Şagirdlər arasında ən çox rast gəlinən xəstəliklər açıqlandı

Şagirdlər arasında ən çox rast gəlinən xəstəliklər açıqlandı

"Bəzi revmatizm xəstəlikləri şikəstliklə nəticələnə bilər” - EHTİYATLI OLUN

"Bəzi revmatizm xəstəlikləri şikəstliklə nəticələnə bilər” - EHTİYATLI OLUN

Nar qabıqlarını atmayın – MÜALİCƏVİ ÇAY

Nar qabıqlarını atmayın – MÜALİCƏVİ ÇAY

Azərbaycanda bu xəstəlik geniş yayılıb- DİQQƏT

Azərbaycanda bu xəstəlik geniş yayılıb- DİQQƏT

Kəkələyən uşaqlarda hansı qüsurlar olur?

Kəkələyən uşaqlarda hansı qüsurlar olur?

Şirin qazlı içkilər uşaqların SÜMÜYÜNÜ “ƏRİDİR” – VİDEO

Şirin qazlı içkilər uşaqların SÜMÜYÜNÜ “ƏRİDİR” – VİDEO

Əgər virusa yoluxma baş veribsə… Pediatrdan MƏSLƏHƏT

Əgər virusa yoluxma baş veribsə… Pediatrdan MƏSLƏHƏT

Bakıda uşaqlar “koksaki” virusuna tutulub? - VALİDEYNLƏR NARAHATDIR

Bakıda uşaqlar “koksaki” virusuna tutulub? - VALİDEYNLƏR NARAHATDIR

Yapon makiyajı ilə 10 yaş cavanlaşın – VİDEO

Yapon makiyajı ilə 10 yaş cavanlaşın – VİDEO

TV-yə baxmaqdan yaranan Qorxulu Xəstəlik

TV-yə baxmaqdan yaranan Qorxulu Xəstəlik

Uşağın yalan danışması nəyə işarədir? -VALİDEYNLƏR, DİQQƏTLİ OLUN!

Uşağın yalan danışması nəyə işarədir? -VALİDEYNLƏR, DİQQƏTLİ OLUN!

Uşağın yalan danışması nəyə işarədir?

Uşağın yalan danışması nəyə işarədir?

Bağırsaqları təmizləməyin ən sadə yolu: Həm də arıqladır

Bağırsaqları təmizləməyin ən sadə yolu: Həm də arıqladır

Yalan danışan uşağa necə davranmalı?

Yalan danışan uşağa necə davranmalı?

Bizi ölümə yaxınlaşdıran şirin “zəhər”: MENYUNUZDAN ÇIXARIN

Bizi ölümə yaxınlaşdıran şirin “zəhər”: MENYUNUZDAN ÇIXARIN

Uşağın iştahasını artırmaq üçün XALQ TƏBABƏTİ ÜSULLARI

Uşağın iştahasını artırmaq üçün XALQ TƏBABƏTİ ÜSULLARI